Ramil Usubov 100 gənci polisə işə götürməyə seçdi

Yol polisi 31 May 2015 00:20 Oxunub 1736
Ramil Usubov 100 gənci polisə işə götürməyə seçdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sənədlərinin hazırlanması üçün aidiyyatı xidmətlərin rəhbərlərinə müvafiq göstəriş verilib

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 30-da Bərdə Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarından olan sakinlərin, həmçinin, qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib. Nazir vətəndaşları narahat edən problemlərin operativ, qanunvericiliyə uyğun şəkildə həlli üçün tədbirdə iştirak edən Nazirliyin aidiyyatı Baş İdarə, idarə və adları çəkilən ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. 

Eyni zamanda, kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək arzusunda olan 930 nəfər qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 100 gənc seçilib və sənədlərinin hazırlanması üçün aidiyyatı xidmətlərin rəhbərlərinə müvafiq göstəriş verilib.

 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh