Uşaq yol polisi formasında "Porsche"ni saxlatdırdı - VİDEO

Yol polisi 31 May 2015 16:05 Oxunub 5210
Uşaq yol polisi formasında "Porsche"ni saxlatdırdı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis videogörüntülərin saxta və ya qurma olub-olmadığını araşdırır

Rusiyanın paytaxtı Moskva şəhərində qeyri-adi hadisə baş verib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, paytaxt yollarında hərəkət edən sürücülərdən biri qəribə görüntü ilə rastlaşıb. O, küçədə bir uşağın yol-polisi formasında olduğunu və "Porsche" markalı avtomobili saxladığını görüb. Həmin uşaq "Porsche"nin sürücüsünün sənədlərini yoxlayırmış. Onların yanından ötüb keçən avtomobildəkilər isə həmin görüntüləri videoya çəkərək internetdə paylaşıblar. Hələlik videonun saxta və ya qurma olduğu haqqında heç bir xəbər yoxdur. Moskva polisi də indi o görüntülərin həqiqi olub-olmadığını müəyyən edilir. Həmçinin həmin videoda görünən bütün şəxslərin kimliyi də araşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh