Hansı sürücü piyadalara yol verməlidir?  – SUALIN DOĞRU CAVABI

Yarışma 1 İyun 2015 11:27 Oxunub 2071
Hansı sürücü piyadalara yol verməlidir?  – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavağını və qalib gəlmiş şəxsin adını açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız sürücülərlə piyadaların qarşılıqlı münasibətini tənzimləyən qaydalara, konkret olaraq yolayrıcını keçmə zmanı münasibətlərə aiddir. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan, «Repsol» avtomobil yağlarının sponsorluğu ilə təqdim olunan sual belədir:

Bu vəziyyətdə hansı avtomobilin sürücüsü piyadalara yol verməlidir? 

A) Yalnız sağa dönən minik avtomobilinin sürücüsü;

B) Yalnız sola dönən yük avtomobilinin sürücüsü;

C) Hər iki avtomobilin sürücüsü;

D) Sürücülərin heç biri.

Sualın ilk doğru cavabını Salmanlı Cavad adlı oxucumuz verib. Onu təbrik edirik. «Pepsol»dan 20 manatlıq hədiyyəni əldə etmək üçün 055 335 15 59-a zəng etmək xahiş olunur. 

Sualın daha dəqiq cavabı isə belədir: “Yol hərəkəti haqqında” Qanunun 75-ci maddəsinin 1-ci hissəsində deyilir ki, yolayrıcında sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. Bu tələb piyada keçidinin olub-olmamasından asılı deyil. Deməli, sualın doğru cavabı “C” variantı olacaq: Bu vəziyyətdə hər iki avtomobilin sürücüsü piyadalara yol verməlidir.

Öyrənək, öyrədək!

 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh