DİN yeni PPX və ÇPA avtomobillərini istifadəyə verib - FOTO

Yol polisi 1 İyun 2015 12:56 Oxunub 4714
DİN yeni PPX və ÇPA avtomobillərini istifadəyə verib  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yeni polis avtomobilləri ən müasir texniki avadanlıqlarla təchiz olunub

Azərbaycanda Post Patrul Xidməti (PPX) və Çevik Polis Alayının (ÇPA) yeni avtomobilləri istismara verilib. Avtosfer.az "report"a istinadən məlumatına görə, keçən həftənin sonundan başlayaraq polislərin istifadəsində olab köhnə "Fiat Doblo" markalı xidməti avtomobillər, eyni markadan olan lakin yeni nəqliyyat vasitələri ilə əvəzlənib.

İstifadəyə verilən PPX və ÇPA avtomobillərinin seriya nömrələri 90 və 99-la başlayır. Yeni polis avtomobillərləri ən müasir texniki avadanlıqlarla təchiz olunub. Hələlik bu avtomobillər Bakının polis idarə və bölmələrinə verilib. Gələcəkdə respublikanın bütün bölgələrində olan xidməti polis avtomobillərin yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur.

Qeyd edək ki, istismara  bu ilin fevral ayında Daxili İşlər Nazirliyinin (DİN) müxəlif qurumlarının istifadəsinə verilməsi üçün Bakıya yeni avtomobillər gətirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh