Maşının nömrəsi bu rəqəmlə olanlar Bakıya rahat gəlib-gedə bilər - DYP

Yol polisi 2 İyun 2015 12:37 Oxunub 13126
Maşının nömrəsi bu rəqəmlə olanlar Bakıya rahat gəlib-gedə bilər - DYP
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sumqayıt və Abşerondan gələn maşınlar da şəhərə buraxılmayacaq

İyunun 1-dən etibarən rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə icazə verilməyəcəyi barədə məlumat vermişdik. Avtosfer.az xəbər verir ki, rayon qeydiyyatında olan maşınlarla yanaşı Sumqayıt şəhəri və Abşeron rayonu qeydiyyatında olan maşınlara da bu qadağa şamil olunacaq. Bu barədə "qafqazinfo"ya Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib. Kamran Əliyev bildirib ki, bu addımı atmaqda məqsəd sürücülərin rahatlığını təmin etməkdir: "Bir neçə gün sonra Bakı-Sumqayıt qatar yolu istifadəyə veriləcək. Bölgələrdən gələn minik maşınlarının isə şəhər ətrafında saxlanılması üçün dayanacaqlar var. Bu, I Avropa Oyunları zamanı əhalinin rahatlığı üçün düşünülmüş bir addımdır. Bakı qeydiyyatında olan bütün avtomobillər isə şəhərdə rahatlıqla hərəkət edəcək". 

Kamran Əliyev əlavə edib ki, özü Bakıda yaşayıb maşını rayon qeydiyyatında olan şəxslərin də şəhərdə maşınla hərəkətinə məhdudiyyətlər yaranacaq: "10 və 90 dövlət qeydiyyat nişanı olan maşınların hərəkəti sərbəst olacaq. 99 nömrəli dövlət qeydiyyat nişanlı maşınların həm rayon, həm də Bakı qeydiyyatı var. Onların rayon qeydiyyatında olan hissəsinə də giriş qadağan olunacaq".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

ismayil 3 İyun 2015 23:12
salam mene maraqlidir menim suruculuk vesiqeme mehkeme terefinden avto avariyaya gore 1 il suruculukden mehrum etme etme verilib mene maraqlidir 1 il tamam olannan sonra men icra sobesine muraciet edim yoxsa DYP ye
nihal 3 İyun 2015 01:27
salam her vaxtiniz xeyir menim masinimi hec bir eseas gosdermeden cerme meydancasina apariblar daha sora orda yol polisi reisi gelib diskilerime irad billdirib ki niye bu beledi masin inamarkadi altinda olanda r17 diskileridi bu duzgundumu
ramin 2 İyun 2015 09:44
salam her vaxtiniz veyirli olsun menim bir sualim var cox xahiw edirem ki sualimi cavablandirasiz men rayon qeydiyyatindayam amma mawinim nazirliye mexsusdu seriyasi 99 la bawlayir ozumde surucu vezifesinde iwleyirem yeni iw vesiqemde var mawini yol vereqi ile idare edirem indi cox maraqlidi ki men sehere giriw cixiw ede bilerem ya yox cox saq olun