Bakıda 5 gündə 1600 sürücü cərimələnib - Açıqlama

Yol polisi 2 İyun 2015 17:03 Oxunub 1371
Bakıda 5 gündə 1600 sürücü cərimələnib -  Açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Paytaxta “oyunlar zolağı”na qanunsuz daxil olan nəqliyyat vasitələrinin sayı ilk günlərlə müqayisədə azalıb”

Avtosfer.az xəbər verir ki, bu barədə azvision.az-a açıqlamasında Bakı şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif əsədov deyib. 

Onun sözlərinə görə, mayın 29-dan indiyə kimi paytaxtda quraşdırılan kameralar vasitəsilə 1600-ə yaxın sürücü qaydanı pozduğuna görə qeydiyyata düşüb. 

“Qadağanın tətbiq olunmağa başladığı gün qayda pozan çox idi. Çoxu bilmədiyi üçün xəttə girirdi. Hazırda sürücülər məlumatlı olduğu üçün qayda pozuntusunun sayı xeyli azalıb”. 

Qeyd edək ki, mayın 29-dan etibarən I Avropa Oyunları ilə əlaqədar müəyyən edilmiş - rəsmi icazəsi olan nəqliyyat vasitələrindən başqa, digər avtomobillərin həmin zolağa çıxması qadağandır. Bununla bağlı qaydanı pozanlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə, 40 manat məbləğində cərimə olunurlar. 

Əgər "Oyunlar zolağı" digər yol zolaqları ilə kəsişirsə, bu zaman, eləcə də yolayrıcılarda hərəkət üstünlüyü xüsusi yola verilməlidir. Yəni kəsişən yolla hərəkət edən sürücü yalnız xüsusi yolda hərəkət edən avtomobili buraxdıqdan sonra hərəkətini davam etdirə bilər. Bu qaydanı pozan və qəza şəraiti yaradan sürücülər 80 manat, 4 balla cərimələnəcəklər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh