Ağır qəza törədən sürücü məhkəmə zalında həbs edildi

Qaydalar 2 İyun 2015 18:56 Oxunub 2733
Ağır qəza törədən sürücü məhkəmə zalında həbs edildi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin hökmü ilə Orxan Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Orxan Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Orxan Həsənov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs olunub.

Qeyd edək ki, Orxan Həsənov Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh