NASA Marsa göndərəcəyi “uçan boşqab”ın sınaqlarına başlayır

Texnologiya 2 İyun 2015 18:48 Oxunub 1715
NASA Marsa göndərəcəyi “uçan boşqab”ın sınaqlarına başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
LDSD aparatı bu gün ABŞ Hərbi Dəniz Qüvvələrinin Havay bazasından buraxılacaq

NASA Marsa göndərmək üçün hazırlanan və “uçan boşqab” formasında olan kosmik aparatın sınaqlarına başlayır. İKT.lent.az-ın “Exo Moskvı” radiosuna istinadən verdiyi məlumata görə, LDSD aparatı bu gün ABŞ Hərbi Dəniz Qüvvələrinin Havay bazasından buraxılacaq. Yeni qurğu xarici görünüşünə görə “uçan boşqab”lara bənzəyir. Diskin ətrafı içərisində hava olan qurşaqla çərçivələnib. Bu, Marsın səthinə yumşaq eniş etməyə imkan verəcək. Sınaqlar zamanı LDSD Marsa göndərilməyəcək. O, 55 km yüksəyə qaldırılacaq və daha sonra tədrici enişə keçəcək. Aparatın yavaş şəkildə Sakit okeana düşməsi planlaşdırılır.

Eksperimentin məqsədi aparatın Marsın atmosfer qatlarına girişini modelləşdirmək və bu zaman bütün zəruri şərtləri yerinə yetirməkdir. Aparatdan gələcəkdə Marsa iri qabaritli yüklərin daşınması üçün istifadə edilməsi planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh