Aktrisaya "Bentley" bağışladılar

Avtodünya 3 İyun 2015 12:35 Oxunub 4226
Aktrisaya "Bentley" bağışladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Maşının kim tərəfindən hədiyyə olunması hələ ki, sirr saxlanılır

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva bu günlərdə ad gününü qeyd edib. Aktrisaya yaxın olan insanlardan birinin dediyinə görə, ona "Bentley" markalı maşın hədiyyə olunub. Amma niyə o bunu gizlədir? Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a açıqlama verən aktrisanın yaxını deyir ki, o, gözə gəlməkdən qorxur. Bu xəbərin yayılmasını istəməyən sənətçi maşını saxladığı yerdən çölə çıxarmır. Aktrisaya maşının kim tərəfindən hədiyyə olunması hələ ki, sirr saxlanılır. Sözügedən məsələ ilə bağlı aktrisa ilə əlaqə saxlayıb, xəbərin düzgün, yaxud yalan olduğunu dərc edəcəyik.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh