Pilotsuz “KamAZ”ın sınaqları başlayıb

Avtodünya 4 İyun 2015 19:33 Oxunub 1786
Pilotsuz “KamAZ”ın sınaqları başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu cür avtomobillər əsasən hərbçilər üçün maraq kəsb edə bilər

Rusiyanın “KamAZ” Açıq Səhmdar Cəmiyyəti Moskva vilayətindəki Noginsk qapalı poliqonunda ilk sürücüsüz avtomobilin sınaqlarına başlayıb. İKT.lent.az-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, ilk pilotsuz “KamAZ”ın montajı may ayının əvvəllərində şirkətin elmi-texnoloji mərkəzində tamamlanıb. “KamAZ-5350”yə avtomobilin avtonom hərəkəti üçün vacib olan müxtəlif rejimlər – radarlar, videokameralar, rabitə sistemləri, kompüterlər və lidar (hərəkət zamanı lazer şüaları buraxan aktiv optik sensor) quraşdırılıb. Distansion idarəetmə məntəqəsi – “coystik” yığılıb və onun köməyi ilə avtomobili kənardan idarə etmək olur. Yük avtomobili Naberejnı Çelnıda poliqon öncəsi sınaqlarda uğurla çıxıb. Sınaqlarda 10 hərəkət variantı, verilən marşrut üzrə hərəkət, karvan daxilində hərəkət və digər variantlar yoxlanılır. Avtomobilin radar və lidarların köməyi olmadan yalnız videokameralar və GPS/QLONASS siqnallarından alınan informasiyalar əsasında avtonom hərəkətinin aprobasiyası da planlaşdırılır. Sınaqlar avtomobilin nə “gördüyünü”, məsafənin korrekt müəyyən edilib-edilmədiyini göstərməlidir. Sınaqlar zamanı hər ehtimala qarşı avtomobildə sürücü də olacaq. 

Bu cür avtomobillər əsasən hərbçilər üçün maraq kəsb edə bilər. Robot-avtomobillər 2025-2027-ci illərdə ümumi yollarda görünə bilər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh