Bakıda real piyada «mədəniyyəti» - Biabırçı mənzərə - FOTOLAR

Öyrənək 5 İyun 2015 09:18 Oxunub 2593
Bakıda real piyada «mədəniyyəti» - Biabırçı mənzərə - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keçid ola-ola 30 metr kənardan keçməyin nə demək olduğunu bilirsiniz?

«İşıqfordan sonra qarşı tərəfdə piyadalar üçün işıqforsuz piyada keçidinin olması məncə düzgün deyil». Avtosfer.az-a müraciət edərək öz fikirlərini açıqlayan Elçin Mustafayev adlı oxucumuz bununla bağlı düşüncələrini əsaslandırmaq üçün Azərbaycan Dövlət Neft Akademiyasının ətrafında çəkdiyi fotoları da göndərib. Fotolarda biabırçı mənzərənin şahidi oluruq. Piyadalar 30 metr kənarda keçid ola-ola özlərini maşınların qarşısına atıb yolu keçirlər. Özü də avtobusun qarşısından. Nə sirdirsə, bizim cəmiyyətdə avtobusdan düşən kimi avtobusun qabağından qaçıb yola çıxmaq adət halını alıb. Amma bu, çox təhlükəlidir.

Elçin Mustafayev vəziyyəti belə görüb təklif edir ki, qarşı tərəfdə piyadalar üçün işıqfor quraşdırılmalıdır: «Təsəvvür edin, avtomobillər üçün yaşıl yandı, kəsişməyə girən avtomobillər kəsişmədə gözləməli olurlar ki, qarşıdakı piyadalar keçsinlər. Piyada sayı çox olanda da, artıq o biri yolun yaşıl işığı yanır. Şəkillər «AZİ»-nin yanıda çəkilib. Belə kəsişmələr Bakıda çoxdur».

Fotolara baxanda hər şey aydın olduğu üçün əlavə hərh vermirik. Qısaca olaraq onu demək istəyirik ki, heç olmasa piyada keçidi ola-ola 30 metr kənardan yolu keçənlər bunun nə demək olduğunu da anlasınlar. Hələ, ətrafdakıların onlar haqqında nə düşündüyünü demirik…

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh