Yol polisi qəza törətdi - bir ölü - FOTO

Yol polisi 8 İyun 2015 11:31 Oxunub 3840
Yol polisi qəza törətdi - bir ölü - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
99-YP-883 yol polis patrul avtomobili səkidə dayanan 25-30 yaşlı gənci vurub

Dünən günorta saatlarında Mingəçevir şəhərində bir nəfərin ölümü ilə nəticələnən yol qəza hadisəsi baş verib. Hadisə şahidlərinin ölkə.az-a verdiyi məlumata görə, “BMW” markalı 99-YP-883 dövlət nömrə nişanlı yol polis patrul avtomobilinin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayaraq sürətlə hərəkət edərək qarşısındakı “Hyundai Sonata” maraklı avtomobillə toqquşub. Nəticədə idarəetməni itirən 99-YP-883 yol polis patrul avtomobili səkidə dayanan 25-30 yaşlı gənci vurub. Məlumata görə, zərbənin təsirindən vətandaş hadisə yerindəcə keçinib.

Hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlasaq da idarə əməkdaşları qəzanı şərh etməkdən imtina etdilər.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh