Uçan piyada keçidindən ŞOK xəbər; standarta uyğun deyilmiş - VIDEO

Avtoxəbər 3 İyun 2014 16:06 Oxunub 2671
Uçan piyada keçidindən ŞOK xəbər; standarta uyğun deyilmiş - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin keçidin hündürlüyündə və daynıqlı olmasında problem var

İyunun 2-də Bakının Səbail rayonu ərazisində, Salyan yolu küçəsində yükqaldıran kranın ilişməsi nəticəsində uçan piyada keçidi ilə bağlı yeni məlumatlar yayılıb. Avtosfer.az saytının məlumatına görə, həmin keçidin zəlzələyə dayanıqlılığında və hündürlüyəndə problem olub. Elə bu səbəbdən də yükqaldıran kran keçidə ilişərək onu aşırıb. Körpü tikintisi ilə məşğul olan və adının çəkilməsini istəməyən mütəxəssis bildirib ki, Bakıda son vaxtlar tikilən əksər yerüstü piyada keçidlirəndi bu cür problemlər mövcuddur. Belə ki, dünyanın əksər ölkələrində piyada keçidlərinin hündürlüyü 6 metr qoyulsa da, Azərbaycanda 5 metr, bəzən isə bundan aşağı məsafəyə rast gəlinir. Əldə etdiyimiz məlumata görə, bu işləri həyata keçirən aidiyyatı orqanlar bu yaxınlarda məsələ ilə bağlı tam məlumatlandırılıb. Lakin dövlət qurumları əvvəlcədən tikilmiş keçidlərlə bağlı hər hansı qərar qəbul etməyib. Yalnız bundan sonra tikiləcək keçidlərin hündürlüyünün artırılması barədə göstəriş verilib.

Fövqəladə Hallar Nazirliyi piyada keçidinin çökməsi barədə rəsmi məlumat yayıb. Məlumata görə, Səbail rayonu, Bakı-Salyan yolu üzərində quraşdırılmış yerüstü piyada keçidinin çökməsi nəticəsində "Mercedes" markalı yük avtomobili dağıntılar altında qalaraq ağır deformasiyaya uğrayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, yük avtomobilinin sürücüsü deformasiyaya uğramış nəqliyyat vasitəsinin içərisində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi deformasiyaya uğramış avtomobilin içərisindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Piyada keçidinin uçması faktı ilə bağlı cinayət işi açılıb. Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, ötən gün saat 18.40 radələrində Bakı-Salyan yolu - 32-nin qarşısında Şabran şəhər sakini Tofiq Baba oğlu Balabəyovun idarə etdiyi “MAZ” markalı yük qaldırıcı kran piyada körpüsünü dağıdıb. Hadisəni törədən sürücü tutulub.

Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.1 (yol  hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb. Baş verən qəza zamanı əks istiqamətdə hərəkətdə olan yük avtomobilinin sürücüsü Bakı şəhər sakini İlkin Həsən oğlu Hüseynov ağır bədən xəsarətləri alaraq Klinik Tibbi Mərkəzə yerləşdirilib.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh