Bakıda polis maşını aşırdı: ölən və yaralanan var

Yol polisi 8 İyun 2015 11:46 Oxunub 1608
Bakıda polis maşını aşırdı: ölən və yaralanan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşı şəxsi avtomobilində qəzaya uğrayıb

Bakıda Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsinin əməkdaşı şəxsi avtomobilində qəzaya uğrayıb. Bölmədən anspress-ə verilən məlumata görə, qəza Mərdəkan-Buzovna yolunda qeydə alınıb. Həmin yolda hərəkət edən 12-ci polis bölməsinin əməkdaşı, polis-leytenantı, 1993-cü il təvəllüdlü Oqtay Rəhimov idarə etdiyi şəxsi “Hyundai" markalı avtomobilini aşırıb. Qəza nəticəsində polis və onun sərnişini ağır yaralanıb. Hər iki yaralı xəstəxana yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq maşında olan sərnişin dünyasını dəyişib. Polis əməkdaşının vəziyyəti isə ağırdır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh