Ən bahalı "Audi A8" - FOTO

Avtodünya 9 İyun 2015 22:12 Oxunub 2456
Ən bahalı "Audi A8"  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Chauffeur" modifikasiyasının qiyməti isə 132 min 750 dollardır

"Audi"-nin Yaponiya bölməsi "A8"-in xüsusi versiyasını hazırlayıb.  Yenilik "Chauffeur" adı alıb və cəmi 5 ədəd buraxılacaq. Yeni modifikasiya uzadılmış təkər bazası olan "A8"-in təkmilləşdirilmiş modeli əsasında yığılıb. Avtomobilin dizaynı yalnız 20-düymlük təkər diskləri ilə fərqlənir. Lakin əsas dəyişiklik sedanın salonunda baş verib. Yeniliyin interyeri "Marble Gray" dərisi ilə işlənilib.  Avtomobilin salonunda soyuducu və arxa sərnişinlər üçün yeni displey quraşdırılıb. İşıqlandırmada oxumaq istəyənlər də nəzərə alınıb.

Avtosfer.az auto.az-a istinadən bildirir ki, yenilik 4,0-litrlik benzin V8TFSI mühərriki ilə hərəkətə gəlir. Onun gücü 435 a.g. və 600 Nm fırlanma anıdır.  "A8 Chauffeur" tam ötürücü sistem və avtomatik sürət qutusu alıb.

Qeyd edək ki, sedan "A8"-in qiyməti Yaponiyada 127 min 530 dollardan başlayır. "Chauffeur" modifikasiyasının qiyməti isə 132 min 750 dollardır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh