Avtomobilin 4 təkərini 59 saniyəyə dəyişdilər- VİDEO

Avtodünya 9 İyun 2015 19:30 Oxunub 2035
Avtomobilin 4 təkərini 59 saniyəyə dəyişdilər- VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Almaniyada dörd mexanik  maraqlı dünya rekorduna imza atıb

Maşınqayırma sahəsində hər zaman ön sıralarda olan Almaniyada dörd mexanik  maraqlı dünya rekorduna imza atıb. Maşının təkərini dəyişərkən heç bir elektrik aparatından istifadə etməyən  ustalar qollarının gücü, alınlarının təri hesabına 4 təkəri cəmi 59 saniyəyə  dəyişməklə adlarını ginesin rekordlar kitabına yazdırıblar.

Qəribə rekord cəhdi Kletvits şəhərində qeydə alınıb. Burda ehtiyat hissələri və avtomobil təmiri sexində işləyən 4 mexanik  4 təkəri ən qısa zamanda dəyişə bilmək üçün zamana qarşı yarışıb. Onların bu cəldliyi ekspertləri də heyrətləndirib. Buna səbəb,  onların bundan əvvəlki rekordu az qala yarım dəqiqə fərqlə tarixə qovuşdurmasıdır.

Qeyd edək ki, bundan əvvəlki dünya rekordu də almanlara məxsus olub. O vaxt başqa şəhərdən olan mexaniklər,  dörd təkəri 1 dəqiqə 23 saniyədə dəyişməyə nail olmuşdular.//atv.az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh