Kim qaydalara uyğun hərəkət edir? – SUALIN DOĞRU CAVABI

Yarışma 8 İyun 2015 16:15 Oxunub 2148
Kim qaydalara uyğun hərəkət edir? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və qalib gəlmiş şəxsin kimliyini açıqlayıb. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız yol nişanlarının qüvvəsi ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu yolayrıcında müvafiq istiqamətdə dönmə manevri edən sürücülərdən hansı qaydalara uyğun hərəkət edir? 

A) Onların hər ikisi;

B) Onların heç biri;

C) Motosikletin sürücüsü;

D) Avtomobilin sürücüsüi.

Sualın ilk doğru cavabını Vüsal Hacıyev adlı oxucumuz verib. Onu təbrik edirik. 

Sualın daha dolğun cavabı isə belədir: Bu yolayrıcında müvəqqəti quraşdırılmış 4.1.1 “Düzünə hərəkət” nişanı yalnız düzünə hərəkət etməyə icazə verməklə digər istiqamətlərdə hərəkəti qadağan edir. Yol hərəkəti qaydalarana görə isə svetoforun siqnalları məcburi hərəkət istiqaməti nişanlarının qüvvəsinə təsir etmir. Deməli, bu yolayrıcında hər iki nəqliyyat vasitəsi yalnız düzünə hərəkət edə bilər, lakin onların heç biri bunu etmir. Beləliklə, sualın doğru cavabı “B” variantı olacaq:  Bu yolayrıcında müvafiq istiqamətdə dönmə manevri edən sürücülərdən heç biri qaydalara uyğun hərəkət etmir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh