Yol polisinin «20 gün avtomobilsiz» kampaniyasına dəstək gəldi - FOTO

Yol polisi 9 İyun 2015 17:10 Oxunub 1762
Yol polisinin «20 gün avtomobilsiz» kampaniyasına dəstək gəldi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
«Jurnalistika və İnkişaf» Mərkəzi, «İRƏLİ» İctimai Birliyi Avtosfer.az-la birlikdə «Avtomobilsiz 20 gün» kampaniyasına qoşulub

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Avropa Oyunlarının başlanması ərəfəsində sürücülərə müraciət edərək paytaxt ərazisində «Avtomobilsiz 20 gün» kampaniyası elan edib. İdarənin bölmə rəisi, polkovnik Vaqif Əsədov Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi adından paytaxtın sürücü və avtomobil sahiblərini 20 gün şəxsi avtomobillərin istifadəsindən imtina etməyə çağırıb: "Bir daha sürücülərdən Avropa Oyunlarının keçirildiyi ərəfədə həm özlərinin, həm də ətrafdakıların rahatlığı üçün şəxsi avtomobillərdən istifadə etməmələrini, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik. Bununla əlaqədar Bakı şəhər Dövlət Yol Polisi İdarəsi "Avtomobilsiz 20 gün" devizi altında kampaniyaya başlayıb. Hər bir avtomobil sahibini, sürücünü bu kampaniyaya qoşulmağa və 20 gün səbr edərək şəxsi avtomobillərə deyil, ictimai nəqliyyata üstünlük verməyə çağırırıq".

Artıq yol polisinin bu təşəbbüsünə ictimaiyyət tərəfindən dəstək gəlib. Bu təşəbbüsü ilk olaraq Avtosfer.az saytı dəstəkləyib. Bunun ardınca isə kampaniyaya «İRƏLİ» İctimai Birliyi, «Jurnalistika və İnkişaf Mərkəzi» və «Digesta» hüquq firması da qoşulub. Bu gün Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, «Digesta» hüquq firmasının direktoru, hüquqşünas Ərşad Hüseynov avtomobildən imtina edərək ictimai nəqliyyatdan istifadə ediblər.

«İRƏLİ» İB-nin sədri Mirhəsən Seyidov da bildirib ki, o və təşkilatın üzvləri də bu kampaniyaya qoşularaq bu gündən etibarədən avtomobildən yox, ictimai nəqliyyatdan istifadə edirlər. Bundan əlavə, «İRƏLİ» təşkilatının bir neçə üzvü də eyni addımı atıb. Onların arasında velosipeddən istifadəyə üstünlük verənlər də olub.

Avtosfer.az saytı olaraq biz də ictimaiyyət nümayəndələrinə - millət vəkillərinə, incəsənət nümayəndələrinə, ictimai-siyasi xadimlərə müraciət edərək onları Avropa Oyunlarının təhlükəsizliyi və rahatlığı naminə «Avtomobilsiz 20 gün» kampaniyasına qoşulmağa çağırırıq. Bu kampaniyaya sadə vətəndaşlar da qoşula bilər.

 

Cavid

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh