Mingəçevirə "London taksiləri" gətirilib - VİDEO

Avtodünya 10 İyun 2015 13:58 Oxunub 1736
Mingəçevirə "London taksiləri" gətirilib  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
I Avropa Oyunlarında avarçəkmə yarışlarının keçiriləcəyi şəhərdə 30 taksi xidmət göstərəcək

I Avropa Oyunlarında avarçəkmə yarışlarının keçiriləcəyi Mingəçevir şəhərinə 30 "London taksisi" gətirilib. 

Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, bu gündən etirbarən taksilər yarışlar boyu yerli sakinlərlə yanaşı şəhərə gələn əcnəbilərə xidmət edəcək. Yeni dizaynda olan taksilər şəhərin müxtəlif küçə və prospektlərindəki dayanacaqlarda fəaliyyət göstərəcək. 

Mingəçevir Regional Nəqliyyat Departamentinin rəisi Əziz Əhmədzadə deyir ki, bu sürücülər digərlərindən fərqli olaraq xarici turistlərlə və gələn qonaqlarla nisbətən ünsiyyətə hazırlıqlıdır. 

Taksi sürücülərinin gecələmək və yemək xərcləri dövlət tərəfindən ödənilir. London taksiləri ilə yanaşı sabahdan etibarən şəhərə xüsusi avtobuslar da gətiriləcək. Eskpress marşrutlar taksilərdən fərqli olaraq yarışlara bilet alan yerli və xarici vətəndaşlara təyin olunmuş marşrut üzrə pulsuz işləyəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh