Təhlükəsizlik kəməri buna görə taxılmalıdır – VİDEOFAKT

Avtoxəbər 7 İyun 2014 01:26 Oxunub 2814
Təhlükəsizlik kəməri buna görə taxılmalıdır – VİDEOFAKT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ölüm hallarının baş verdiyi qəzaların əksəriyyəti avtomobillər aşağı sürətdə və yaxın məsafədə olarkən meydana gəlir

Bəzənsürücülərə və sərnişinlərə elə gəlirki, avtomobilaşağı sürətlə hərəkətedirsə təhlükəsizlikkəmərindənistifadə etməklazımdeyil. Lakin Avtosfer.az saytının təqdim etdiyi bu qısametrajlı filmdən də aydın olur ki, hətta saatda 45 km/saat sürətlə hərəkət edən nəqliyyat vasitəsi divara çırpıldıqda ön oturacaqda oturan sərnişin qabaq alın şüşəsinə dəyib ağır xəsarət ala bilər. Belə halda, hətta ölüm riski də yüksəkdir. Mütəxəssislər sübut edib ki, ön və arxa oturacaqda təhlükəsizlik kəməri bağlamadan oturan sərnişinlər, xüsusən də uşaqlar qəza anında böyük qarşısında qalırlar. Ölüm halları da qaçılmaz olur. Çünki toqquşma zamanı yaranan ağırlıq, enerji biz düşündüyümüzdən də artıq olur ki, bunun da nəticəsi ürəkaçan olmaya bilər.

Yol hərəkəti üzrə ekspertlərin apardığı araşdırmalar nəticəsində müəyyən edilib ki, ölüm hallarının baş verdiyi qəzaların əksəriyyəti avtomobillər aşağı sürətdə və yaxın məsafədə olarkən meydana gəlir. Odur ki, təhlükəsizlik kəmərini sürət həddinə görə yox, öz sağlamlığınıza görə taxmağı vərdiş halına salın. Uşaqların israrlı yalvarışlarına aldanıb onların qabaq oturacaqlarda oturmasına, xüsusən də təhlükəsizlik kəməri taxmadan oturmasına imkan verməyin.

İnanırıq ki, bu video hər birimizə təhlükəsizlik kəmərinin əhəmiyyətini bir daha xatırladacaq.

 

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh