Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? – SUALIN DOĞRU CAVABI

Yarışma 16 İyun 2015 13:42 Oxunub 1668
Hərəkəti hansı istiqamətdə davam etdirə bilər? – SUALIN DOĞRU CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və cavabı ilk yazan şəxsin adını açıqlayır. Yol hərəkətinə dair biliklərini sınamaq istəyənlər üçün budəfəki sualımız manevrlərin yerinə yetirilməsi qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir: Bu avtomobilin sürücüsü yolayrıcında hərəkətini hansı istiqamətdə davam etdirə bilər?

A) Düzünə istisna olmaqla, qalan bütün (sağa, sola və ya geriyə) istiqamətlərdə;

B) Yalnız sağa;

C) Yalnız sola və geriyə;

D) Yalnız sola.

Sualın cavabı belədir: Bu yolayrıcında 4.1.6 “Sağa və ya sola hərəkət” nişanı quraşdırılıb. Lakin “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin 6-cı hissəsinin tələbunə əsasən, dairəvi hərəkət təşkil edilmiş yolayrıcında dönmək istisna olmaqla, sağa, sola və ya geriyə dönməzdən əvvəl sürücü həmin istiqamətdə hərəkət hissəsində müvafiq kənar vəziyyət tutmalıdır. Şəkildəki nəqliyyat vasitəsi həmin istiqamətdə hərəkət üçün ən sol zolaqda yerləşib. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  Bu avtomobilin sürücüsü yolayrıcında hərəkətini yalnız sola və geriyə davam etdirə bilər.

Sualın ilk doğru cavabını Zamin Cümşüdov adlı oxucumuz verib.

 

Öyrənək, öyrədək!

 

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh