25 yaşlı azərbaycanlının dizayn etdiyi avtomobil - VİDEO

Avtodünya 16 İyun 2015 20:07 Oxunub 3123
25 yaşlı azərbaycanlının dizayn etdiyi avtomobil - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Samir Sadıqov: «Üzərində işlədiyim eskizlər yeniliklərə imza atacaq» 

«Nəhayət ki, mənim dizayn etdiyim ilk avtomobil yola çıxmağa hazırdır. Mən çox xoşbəxtəm». 25 yaşlı Samir Sadıqov öz «facebook» hesabında «Rezvani» markalı avtomobilin yeni modelinin satış anonsunu verir. Onun dizayn etdiyi «Beast» (vəhşi) modeli iyunun 15-dən satışa çıxarılıb. Samir deyir ki, bu modeli haradasa il yarım əvvəl dizayn edib: «Mən «Rezvani Beast» modelini 2013-cü ilin dekabrında dizayn etmişəm. Adından göründüyü kimi, maşın aqressiv bir maşın olmalıdır. Ona görə mən onun dizaynında mexaniki performansına uyğunlaşacaq aqressiv dizayn elementlərindən istifadə etmişəm. Bu supermaşındır və onun istehsalına normal maşınlardan bir az daha çox vaxt sərf olunur. Hər şey zərgər dəqiqliyi ilə hesablanır». 

Samirin dizayn etdiyi bu avtomobil saatda 100 kilometri 2.8 saniyəyə yığır. 500 at gücündə olan avtomobilin çəkisi 750 kiloqramdır. 

Samir Sadıqov 1990-cı il iyulun 20-də Gəncə şəhərində anadan olub. O, «Lamborghini» avtomobil şirkətində dizayner kimi çalışıb, İtaliyanın Avropa Dizayn İnstitutunda təhsil alıb. «Xəzri» adı ilə dizayn etdiyi avtomobil «Ferrari 2011» Beynəlxalq Dizayn Müsabiqəsində ikinci yeri tutub. Samir hazırda iyulda işıq üzü görəcək «Ford» avtomobil markasının yeni modeli üzərində çalışır. Samir yeni modelinin daha da təəccüb doğuracağını bildirib: «Üzərində işlədiyim başqa eskizlər də var. O eskizlər dünya avtomobil sənayesində yeniliklərə imza atacaq». Samir Sadıqovu daha yaxından 2011-ci ildə AzadlıqRadiosuna verdiyi müsahibədən tanıya bilərsiniz.

 

qaynar.info

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh