Məşhur futbolçunun dəhşətli avtomobili – FOTO

Avtodünya 17 İyun 2015 15:25 Oxunub 2030
Məşhur futbolçunun dəhşətli avtomobili  – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Futbolçu avtomobili içkili vəziyyətdə idarə edib

“Yuventus” klubunun məşhur futbolçusu Arturo Vidal avtomobil qəzası keçirib. Avtosfer.az xəbər verir ki, futbolçu və həyat yoldaşı Maria Teresa Matus qəzadan sağ qurtulublar. Futbolçunun lüks avtomobili isə bərbad hala düşüb. Qəza ilə bağlı aparılan araşrdırmalar zamanı məlum olub ki, futbolçu avtomobili içkili vəziyyətdə idarə edib.

Hadisə yerində ciddi xəsarət alan olmasa da, Vidal etdiyi hərəkətə görə ölkəsindən və komanda yoldaşlarından üzr istəyib: “Əvvəl ölkəmdən və komanda yoldaşlarımdan üzr istəyirəm. Dünən kazinoda spirtli içki qəbul etdim. Hardasa içkinin təsirindən maşını sürətlə idarə edib qəza törətdim. Belədə həm ailəmin həm də başqalarının həyatını təhlükə altına atdım. Buna görə çox peşmanam və utandığımdan nə deyəcyimi bilmirəm. Səhvimi başa düşürəm və bir daha belə hərəkətə yol verməyəcəyimə söz verirəm”.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh