Bakıda elektriklə işləyən idman avtomobili təqdim edildi – FOTO

Avtodünya 18 İyun 2015 19:52 Oxunub 1965
Bakıda elektriklə işləyən idman avtomobili təqdim edildi  – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Tədbir konsert proqramı ilə və viktorina ilə davam etdirilib

“GreenCar” MMC İDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxaq Dialoq) İctimai Birliyinin dəstəyi ilə həyata keçirdiyi ekoloji tədbirlər çərçivəsində Azərbaycanda ekologiyanın müdafiəsinə yönələn təqdimat edib. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a daxil olan məlumata görə, iyunun 17-də “Bakı 2015” birinci Avropa Oyunları çərçivəsində “Azərbaycan evi”ndə “GreenCar” və IDEA İctimai Birliyinin dəstəyi ilə Detroit Electric SP:01 idman avtomobilinin Avropada ilk təqdimat mərasimi keçirilib.

Tədbirdə əvvəlcə Birinci Avropa Oyunlarında uğur qazanmış idmançılar səhnəyə dəvət olunublar. İdmançılar onlara göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Əldə etdikləri qələbələri isə bütün Azərbaycan xalqına həsr etdiklərini deyiblər. Sonra çıxış edən IDEA İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsi və davamlı inkişafın təmin edilməsi dövlət siyasətinin prioritet istiqaməti hesab olunur.

“GreenCar” MMC-nin nümayəndəsi Orxan Həbibov Detroit Electric SP:01 idman avtomobili haqqında danışıb.

Sonra Detroit Electric SP:01 idman avtomobili təqdim olunub.

Tədbir konsert proqramı ilə və viktorina ilə davam etdirilib. Viktorinada qalib gələnlərə “GreenCar”dan hədiyyələr təqdim olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh