Ermənilər xalq artistimizə son model «Mersedes» bağışladı - YENİLƏNİB

Avtobazar 4 İyun 2014 13:36 Oxunub 3426
Ermənilər xalq artistimizə son model «Mersedes» bağışladı - YENİLƏNİB
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Brillianta külli miqdarda pul və lüks avtomobil verdilər

Son günlər gündəmdən düşməyən xalq artisti Brilliant Dadaşovanın Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards” mükafatı alması ilə bağlı məqamlar üzə çıxıb. Lent.az-ın məlumatına görə, B,Dadaşova əvvəlcə aldığı mükafatları mətbuatdan gizlətsə bu, çox davam etməyib. Məlum olub ki, okeanın o tayında xalq artistimizə 30 000 dollar pul və son marka “Mercedes” avtomobili də hədiyyə olunub. Müğənni bahalı avtomobilinin Bakıya gətirib.

Qeyd edək ki, B.Dadaşova “Big Apple Music Awards” mükafatına "Dünya musiqisinə verdiyi töhfələrə" görə təltif olunub.

 

***

Xalq artisti Brilliant Dadaşovaya Amerika Birləşmiş Ştatlarında “Big Apple Music Awards” mükafatını ermənilər verib. Mükafatı təsis etmiş qurumun idarə heyətinin sədri erməni Hakop Boyadjan, digər 2 üzv də əslən erməni – Sergey Hakopyan və Eduard Nazaryandır. Məsələylə bağlı B.Dadaşova Lent.az-a açıqlama verib: “Bunu ilk dəfə sizdən eşidirəm. Birincisi, ermənilər hər yerdə var. Məni Amerika dəvət edib. Nə etməliyəm? Genlərini yoxlamalıyam? Məni həmin mükafata təşkilatçı Zarina Usubova adlı xanım dəvət etmişdi. Bir də bu məsələdə nəsə problem görmürəm. Bilirdim ki, bu mükafata bir mız qoyacaqlar. Bu, əslində bizim musiqimizin uğurudur. Baxın, ermənilər bizim musiqini qiymətləndirir. Məncə burada qəbahət bir iş yoxdur. Qaldı ki, ermənilərin mənə mükafat verməsinə, onların rəhbərlərinin erməni olmasından bixəbərəm”.

Qeyd edək ki, B.Dadaşova “Big Apple Music Awards” mükafatına "Dünya musiqisinə verdiyi töhfələrə" görə təltif olunub.

 

http://www.bigapplemusicawards.org/#!board-of-directors/c1nuw

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh