Bakıda milyonluq avtomobil mərkəzi açılır

Avtobazar 5 İyun 2014 17:41 Oxunub 2701
Bakıda milyonluq avtomobil mərkəzi açılır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Lamborghini” mərkəzinin açılışı bu həftə keçiriləcək

Bakıda lüks klass avtomobillərin satışı ilə məşğul olan daha bir mərkəz açılır. Avtosfer.az-ın buro247.az-a istinadən verdiyi xəbərə görə, Flame Towers binalarından birində yerləşən “Lamborghini” mərkəzinin açılışı bu həftə keçiriləcək. Bahalı idman avtomobilləri istehsalçısı olan bu İtaliya brendinin əsası 1963-cü ildə qoyulub. Hazırda “Lamborghini” “Audi” alman şirkətinin tərkibinə daxildir.

Qeyd edək ki, Bakıda “Bentley”, “Maserati”, “Jaguar” və “Ferrari” mərkəzləri fəaliyyət göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh