Bakının danışan svetoforları - "Gözləyin" və "Keçin" -VİDEO

Qaydalar 20 İyun 2015 00:54 Oxunub 2160
Bakının danışan svetoforları - "Gözləyin" və "Keçin" -VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda gözdən əllillər üçün xüsusi işıqforlar özünü doğrultmadı

Gah qırmızıda deyir keçin, gah da yaşılda. Bakıda gözdən əllillər üçün işıqforlara qurlaşdırılan cihaz özünü doğrultmayıb. İşıqfor dirəklərinə bağlanan xüsusi avadanlıqlar piyadalara səsli olaraq "Gözləyin" və "Keçin" göstərişini verir.

İnsanlar bu cihazın gözdən əlillər üçün faydalı olduğunu düşünsə də, o, istiqaməti səhv göstərir. "Gözləyin" və "Keçin" göstərişinşin aydın eşidilməməsi də problem doğrurur.

Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal" İxtisaslaşdırılmış Layihə İstehsalat İdarəsinin rəisi Məhəmməd Məmmədovun məlumatına görə, Türkiyə istehsalı olan bu cihazlar özünü doğrultmayıb. Onun sözlərinə görə cihazlar sınaq müddətində olduğu üçün piyadalar narahat olmaya bilərlər. Çünki, "Neftçilər" və "Nərimnaov" metrostansiyalarının ətrafında qurlaşdırılan 6 ədəd belə vasitə yenisi ilə əvəz olunacaq. Artıq sifariş verilib.

İşıqforlara qurlaşdırılan bu cihaz piyada ölümü ilə nəticələnən yol qəzalarının sayının azalması ilə də nəticələnəcək. Çünki bəzən yolu keçmək istəyən şəxsi diqqəti başqa yerdə olur və qəza qaçılmaz olur. Amma «keçin» və «gözləyin» səsi bu halların qarşısını almağa kömək edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh