Bakının danışan işıqforları - VİDEO

Texnologiya 22 İyun 2015 16:14 Oxunub 1735
Bakının danışan işıqforları  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda 4 yerdə danışan işiqforlar qurlaşdırılıb

Paytaxtda 4 yerdə danışan işiqforlar qurlaşdırılıb. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, onların quraşdırılmasında məqsəd gözdən əlillərin və diqqətsiz insanların yolu keçməsi, baş verə biləcək qəzaların qarşısının alınmasıdır. 

Bu işıqforlar hələki Nərimanov rayonu Fətəli xan Xoyski küçəsində quraşdırılıb. Onun məhz burada quraşdırılmasının səbəbi sözügedən ünvanda gözdən əlillər cəmiyyətinin və onlar üçün tikilmiş yaşayış binasının yerləşməsidir. İşiqforun qırmızı işığı yanan zaman artıq xəbərdarlıq səsi eşidilir. Bununla da insanların yolu keçməsi üçün təhükənin olmadığı bildirilir.

Yaşıl işıq yanan zaman isə işıqfor səs salaraq gözləməyin lazım olduğunu deyir. Paytaxt sakinləri də bu cür işıqforların yenilik olması ilə yanaşı həm də onlar üçün çox rahat olduğunu deyirlər.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsindən bildirdilər ki, işıqforlarda gözdən əllilər üçün aparatların quraşdırılmasına iyunun 16-dan başlanılıb. Hazırda quraşdırılan aparatlar İtaliyadan və Amerikadan gətirilib. Bu cür işıqforların paytaxtın hələ bir neçə yerində də qoyulmasi planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh