Bu avtobusların əhatəsində sağ qalmaq qəhrəmanlıqdır – VİDEO

Avtoxəbər 4 İyun 2014 15:53 Oxunub 1794
Bu avtobusların əhatəsində sağ qalmaq qəhrəmanlıqdır – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərə avtobus görəndə uzaqlaşmağı tövsiyyə edirik!

«Koroğlu» metrostansiyasının ətrafında hərəkət edən avtobuslara diqqət etdikdə adamı dəhşət bürüyür. Avtobusların təhlükəli manevrləri, dayanacağa necə və haradan gəldi daxil olması, ətrafıdakı avtomobilləri sanki görməyib onların üstünə çıxmağa çalışması bu sahədə vəziyyətin getdikcə pisləşdiyini göstərir.

Ziya adlı oxucunun Avtosfer.az saytına təqdim etdiyi videomateraldan görünür ki, «Koroğlu» metrostansiyasının ətrafında avtobuslar əsl təhlükə mənbəyidir və onların əhatəsində sağ qalmaq, o ərazidən sağ-salamat qurtulmaq qəhrəmanlıqdır.

Videoya diqqətlə baxdıqda avtobusların yaratdığı çoxsaylı qəza şəraitini nəzərə alaraq  sürücülərə avtobus görəndə uzaqlaşmağı tövsiyyə edirik!

Qeyd edək ki, video bu gün, yəni, iyunun 4-də çəkilib.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh