Bu nişanlardan hansılar sola dönməyə icazə vermir? – SUALIN CAVABI

Yarışma 23 İyun 2015 12:34 Oxunub 5909
Bu nişanlardan hansılar sola dönməyə icazə vermir? – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və cavabı ilk olaraq göndərən şəxsin kimliyini açıqlayır. Sual yol nişanlarının mənası ilə bağlı idi. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:  Bu nişanlardan hansılar sola dönməyə icazə vermir?

A) Yalnız 2-ci;

B) Yalnız 1-ci;

C) Yalnız 1-ci və 3-cü;

D) Hamısı.

Sualın ilk doğru cavabını Te Amor adlı oxucumuz verib. Dəqiq adını bilməsək də, onu təbrik edirik.

Sualın daha dolğun cavabı isə belədir: Bu şəkildəki 1-ci nişan 5.10.2. “Ümumi istifadədə olan nəqliyyat vasitələri üçün zolağı olan yola çıxış” nişanıdır və bu nişan onu ifadə edir ki, digər nəqliyyat vasitələri müvafiq yolayrıcında sola dönə bilməzlər. 2-ci nişan 3.19 “Geriyə dönmək qadağandır” nişanıdır və yalnız geriyə dönməni qadağan etməklə sola dönməni qadağan etmir. 3-cü nişan isə 5.11.1 “Geriyə dönmə yeri” nişanıdır və yolayrıcından kənar yerlərdə geriyə dönmə yerini bildirməklə sola dönməyə icazə vermir. Deməli, sualın doğru cavabı “C” variantı olacaq:  Bu nişanlardan 1-ci və 3-cü  sola dönməyə icazə vermir.

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh