Öldürməyən yük maşını təqdim edildi - VİDEO

Avtodünya 25 İyun 2015 09:38 Oxunub 2558
Öldürməyən yük maşını təqdim edildi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu ideya baş verən çoxsaylı avtmobil qəzalarından qaynaqlanıb

Nəhəng yük maşınları avtomobil yollarında tez-tez qəzalara səbəb olur. Buna səbəb, uzun ölçüləri olan yük maşınının yanından ötmə əməliyyatı gerçəkləşdirmək istəyən minik avtomobili sürücüsünün qarşıda onu nə gözlədiyindən xəbərsiz olmasıdır. Amma artıq bu problem də yavaş-yavaş aradan qalxmaq üzrədir. Dünyanın ən böyük texnologiya şirkətlərindən biri yeni konseptli yük maşınını təqdim edib. Yeni layihə əsasında yük maşınının arxa hissəsinə monitor yerləşdirilib. Bu böyük monitor hərəkətdə olan yük maşının önündəki kameranın lentə aldığı görüntüləri arxadakı sürücülərə nümayiş etdirir. Beləliklə həmin sürücü nə vaxt ötmə əməliyyatı gerçəkləşdirə biləcəyini, qarşıda sıxlığın olub-olmadığını vaxtında müəyyənləşdirə bilir.

Təhlükəsiz yük maşını ideyası Argentinada baş verən çoxsaylı avtmobil qəzalarından qaynaqlanıb.

Qeyd edək ki, yük maşını önünə yerləşdirilmiş kameralar gecənin qaranlığında da öndəki mənzərəni aydın şəkildə arxadakı ekrana ötürür. Kamera ilə ekran arasındakı əlaqə birbaşa olduğundan görüntünün gecikməsi də qeydə alınmır.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh