Bunları etsəniz DYP sizi saxlamaz- SİYAHI

Avtoxəbər 5 İyun 2014 00:40 Oxunub 4752
Bunları etsəniz DYP sizi saxlamaz- SİYAHI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisinin qayda pozan sürücüləri aşkarlamaq üçün bəzi metodları

Təhlükəsizlik kəmərini taxmışdım, ön şüşədə texniki baxışdan keçmə haqqında yapışqan var idi, sürət icazə verilən həddə idi. Ancaq nədənsə yol polisi məni saxladı. Nəyə görə? Ola bilsin ki, çox sürücünü belə sual narahat edir. "Novosti Azərbaycan" agentliyinin müxbiri yol polisinin qayda pozan sürücüləri aşkarlamaq üçün bəzi metodlarını öyrənə bilib. Bu üsullardan istifadə edərək qayda pozucularını aşkar edirlər. Əgər siz maşını qaydalar ilə idarə edirsinizsə, bununla belə sizi saxlayırlarsa, deməli, siz yol polisinin nəzər mərkəzində olarkən bəzi səhvlərə yol vermisiniz və bu səhvlər sizi saxlamağa əsas verir. 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyir ki, təcrübəli yol polisi əməkdaşı üçün içkili sürücünü aşkarlamaq çətin məsələ deyil. Onun sözlərinə görə, idarəetmə üslubundan və ya sadəcə, gözlərinə baxmaqla sürücünün sərxoş və ya ayıq olmasını aşkar etmək mümkündür. "Qanunlara riayət edin ki, polis əməkdaşı ilə rastlaşmaqdan qorxmayın", - o əlavə edib. Bununla belə, əgər sürücü qanunlara əməl etdiyi təqdirdə, yol polisi onu saxlayırsa, qaydasında olmayan nədir. Adının açıqlanmasını istəməyən təcrübəli yol polisi əməkdaşı deyib ki, bunun bir neçə səbəbi ola bilər. 

1. Alın şüşəsində texniki baxışdan keçmə və ya sığorta yapışqanı olmadıqda, 

2. Avtomobilin xarici görkəmi (nəqliyyat vasitəsinin çirkli və ya təmiz olması) 

3. Dövlət qeydiyyat nömrəsi (xüsusi avtomobil - səfirlik, konsulluq, güc strukturları, şirkətlər, dövlət avtomobilləri) 

4. Sürücünün və ya sərnişinin xarici görkəmi (qəzəbli, təhlükəli, qorxulu xarici görkəm) 

5. Hər iki əlin sükanda olması (Əgər sürücünün əllərindən biri sükanda deyilsə, ehtimal var ki, o digər əlində içki şüşəsi, telefon, odlu silah tutur. Ən sadə halda isə o əli ilə təhlükəsizlik kəmərini saxlaya bilər ki, yol polisi əməkdaşının önündən keçdikdən sonra yenidən buraxsın) 

Yuxarıda sadalananlar yol polisi əməkdaşlarının diqqət yetirdikləri əsas detallardır. Ancaq elə nüanslar var ki, heç cür açıqlanmır. Həmin nüansları yalnız yol polisi əməkdaşları bilirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh

Heydar 10 Noyabr 2014 22:55
Texniki posportu dayismak ucun mutlaq macburi sigorta olmalidi ya yox.DYP-da 304 otagda oldum.Unvanin saxsiyat vasiqasinda daydiyna cora texniki posportu dayismak ustadim.Dayismadilar dedilar mucburi sigorta ela sonra.