"Aston Martin" DB9-u daha sürətli etdi

Avtodünya 29 İyun 2015 13:23 Oxunub 1764
"Aston Martin" DB9-u daha sürətli etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qiymət hələ ki, məlum deyil

“Aston” “DB9” ailəsini yeni versiya ilə tamamlayıb. Avtosfer.az "auto.az"-a istinadən məlumatına görə, bu, həm ikiqapılı, həm də açıq Volante variantda hazırlanmış “DB9 GT”-dir. Adındakı bu gözəl hərflər əlavə 30 güc və xüsusi kosmetika deməkdir.

Artıq altılitrlik V12 atmosferliyi burada 547 a.g. və 620 Nm fırlanma anı verir. Düzdür, təcrübədə bu, o qədərdə mühüm rol oynamadı – arxa ötürücü və 6-pilləli avtomatı saxlayan yeniliklər onun ilk yüzə sürətlənmə zamanını cəmi 0,1 saniyə tezləşdirdilər. Maksimal sürət isə 290 km/saatı ötür.

Xatırladaq ki, “Aston Martin”-də gücün artırılması ilə kifayətlənməyiblər. Həmçinin asmadakı aero əlavələrə, idarəedici elektronikası olan kupeyə yenidən yüklənmiş asılqana, yeni 20 düymlük disklərə, o cümlədən “One-77” üslubunda olan sükana və salonun tərtibatı üçün digər xüsusiyyətlərə diqqət yetirək.

http://www.fins.az/store/1%20%2831%29.jpg

Qiymət hələ ki, məlum deyil – lakin, əmin ola bilərsiniz ki, standart “DB9 GT”-dən çox baha olacaq. Yeri gəlmişkən, yəqin ki, bu xüsusi seriya ailə üçün sonunculardan biri ola bilər.

Daha əvvəl yazdığımız kimi, “Aston”-da “DB9”-un varisi üzərində çalışırlar. “DB11” adlanacaq yeniliyin buraxılışı bir-iki ilə planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh