Avtomobilin duracağa qoyulma qaydası pozulub? – SUALIN CAVABI

Yarışma 29 İyun 2015 15:51 Oxunub 2892
Avtomobilin duracağa qoyulma qaydası pozulub? – SUALIN CAVABI
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Öyrənək, öyrədək!

Avtosfer.az ötən həftənin sualının doğru cavabını və bu cavabı tapan ilk şəxsin adını açıqlayır. Sual dayanma və durma qaydaları ilə bağlıdır. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov tərəfindən hazırlanan sual belədir:

Bu avtomobilin sürücüsü avtomobilin duracağa qoyulma qaydasını pozurmu?

A) Pozmur;

B) Əgər avtomobilin icazə verilən maksimum kütləsi 3,5 tondan artıqdırsa, pozur;

C) Avtomobilin icazə verilən maksimum kütləsindən asılı olmayaraq pozur.

Sualın doğru cavabı belədir: Bu şəkildə 5.1 “Duracaq yeri” və 7.6.2 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu” nişanları verilib və onlar burada nəqliyyat vasitələrinin qismən səkiyə çixmaqla parklana bilməsini ifadə edir. Lakin 7.6.2 “Nəqliyyat vasitəsinin duracağa qoyulma üsulu” nişanı yalnız minik avtomobillərinə və motosikletlərə aiddir. Deməli, icazə verilən maksimum kütləsindən asılı olmayaraq yük avtomobillərinin burada duracağa qoyulması qayda pozuntusudur. Beləliklə, sualın doğru cavabı “C” variantı olacaq:  Avtomobilin icazə verilən maksimum kütləsindən asılı olmayaraq bu avtomobilin sürücüsü avtomobilin durcağa qoyulma qaydasını pozur.

Sualın ilk doğru cavabını Nazim adlı oxucumuz verib. Nazimə uğurlar arzu edirik!

Öyrənək, öyrədək!

 

Avtosfer.az

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh