SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Din.gov.az-dan 3 şikayət yollamışam. 1- DYP-yə sönəltmişəm 2- DİN 3-DİN Heç biri baxılmır və cavab verilmir.
Əbülfəz | 7 Aprel 2024 23:15
Onda oranın dəftərxanaları ilə əlaqə saxlayıb ərizənin icraatı ilə bağlı məlumat alın.
Avtosfer.az | 7 Aprel 2024 23:28
Salam elave kursitel artirilirsa cerme oluna biler bezeycun tusdu cixmamaq sertiyle
Sahib | 7 Aprel 2024 22:45
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 7 Aprel 2024 23:27
Sürücü piyadaya xesaret yetiribse cinayete celb olunur?
Nərmin Rzalı | 7 Aprel 2024 19:37
Qəzaya belə qiymət vermək olmur. Baxır necə olub qəza. Əgər piyada ölməyibsə və sürücü ilə barışıq edirlərsə, ümumiyyətlə cinayət məcəlləsindən söhbət gedə bilməz.
Avtosfer.az | 7 Aprel 2024 23:26
Yaş həddi tamam olmadan maşın idarə etmə cərməsi nə qədərdir
Elcan | 7 Aprel 2024 16:27
100 manat sürənə, 60 manat da maşını verənə.
Avtosfer.az | 7 Aprel 2024 23:24
Davernismin vaxti qutarib masnin sahibnin teflon nomresi axtaram zehmet olmasa komek ederdiz 99-NU659 Memmedov.ilham.Memmed oqlu
Etibar | 7 Aprel 2024 16:14
Bizdə belə məlumatlar olmur. Onu DYP-dən soruşa bilərsiniz.
Avtosfer.az | 7 Aprel 2024 23:24
Salam 2017 330 f30 da radnoy qazanı 74 desibel di bunun cəriməsi var?
Abidin | 7 Aprel 2024 14:01
Salam. Xeyr, Cəriməsi yoxdur.
Avtosfer.az | 7 Aprel 2024 23:23
VAZ 2106 üçun qanuni led var ve varsa hansı leddir?
Həsən | 7 Aprel 2024 10:50
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 7 Aprel 2024 23:22
Salam. YPX terefinnen isdiqametli hereket zolaqina cixmaqla otme emelliyati qaydasinin pozulmasi haqda cerime gelib. Hec bir goruntu yoxdur. Goruntu gosderilmemis cerime duzgundurmu?
Vilayet qeribov | 7 Aprel 2024 09:27
Salam. DYP-yə müraciət edin.
Avtosfer.az | 7 Aprel 2024 23:22
Mikaro avtobusun texniki pasportunda 8+1 qeyd olunub. amma ituracag sayı 7+1 dirsə cərimə odüşürmü?
Gulbala | 7 Aprel 2024 01:10
Xeyr. Oturacaq sayı azaltmaq qayda pozuntusu deyil. Əlavə oturacaq quraşdırmaq qayda pozuntusudur.
Avtosfer.az | 7 Aprel 2024 23:21
kia optima, damı panaroma lyuk qara rəngdədir( dam tam şüşədir). Sağ sol dirəkləri tam qara vinillə örtməyin qayda pozuntusu var? varsa hası maddəyə əsasən.
Sahib | 6 Aprel 2024 14:08
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/masinin-bu-hisselerini-qara-reng-eden-suruculeri-ne-gozleyir-i%CC%87zah-220078
Avtosfer.az | 7 Aprel 2024 23:19
Salam menim masinimda butun senedler qatdasindadi sadece qapida olan pilka silinib onun cermesi varsa neqederdi.onu addan ada kecirdende problem eleye bilerlermi.bilmek isteyirem Mersedesdi masinin markasi.elave menenn cox pul istyirler
Adil | 6 Aprel 2024 13:02
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/oyrenek/dyp-birkasi-olmayan-masina-gore-surucuye-ne-ede-biler-i%CC%87zah-193644
Avtosfer.az | 7 Aprel 2024 23:17
Salam Zehmet olmasa bu mawinin cerimesi , hebsi odeniwi varmi? Baxardiniz
Saipa 132 se | 6 Aprel 2024 11:44
Salam. Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 7 Aprel 2024 23:15
Salam saat 12 ye kimi polnu xodda mahniya qulaq asa bilerem?
Vuqar | 6 Aprel 2024 10:21
Salam. Qulaq asmaq olar. Sadəcə yüksək səslə qulaq asmaq kənardan yaxşı görünmür. Heç bir ölkədə belə şey yoxdur. Hər şey ölçüsündə yaxşıdır.
Avtosfer.az | 7 Aprel 2024 23:15
Qara burjunu gerimesi var
Agalar | 6 Aprel 2024 05:14
Xeyr, rəngin fərqi yoxdur.
Avtosfer.az | 7 Aprel 2024 23:14
DİN şikayətimə baxmır, artıq 20 gen keçib və 3 ədəd təkrar şikayət etmişəm gov.az-dan. Nə edə bilərəm?
Əbülfəz | 6 Aprel 2024 00:43
DIN-ə şikayət etmisiniz, yoxsa DYP-yə?
Avtosfer.az | 7 Aprel 2024 23:13
07 spoyler qoydurmaqin cermesi var?.. ve ya spoyleri nece sm qoydurmaliyamki cerme yazilmasin?
Amin | 5 Aprel 2024 13:45
Ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/oyrenek/masina-spoyler-qurasdirib-tuninq-etmeyin-cerimesi-var-vi%CC%87deo-220222
Avtosfer.az | 5 Aprel 2024 23:19
Salam. Mende maşın Chevrolet Cruz 2015 modeldi hal hazırda stoplari qırmızı rengli restayling mersedes olandı onu eyni sadece olaraq tam tünd rengli ile deyişmek isteyirem. Bunun cerimesi var?
Amin | 5 Aprel 2024 13:27
Salam. Olmaz.
Avtosfer.az | 5 Aprel 2024 23:18
Eger saga donge varsa catdririb hemin palasaya girib done bilmemişikse xett bitdikden sora donmek olar cerimesi var ya nece?
Xeyal | 4 Aprel 2024 20:54
Sualınız aydın olmadı.
Avtosfer.az | 5 Aprel 2024 23:17
Sari ustunde ag qiriq qiriq xetti kecmek olar?
Xeyal | 4 Aprel 2024 20:51
O hansı xətdir?
Avtosfer.az | 5 Aprel 2024 23:17
Salam malibu modeline sport purjuna icaze varmi?
Emin | 4 Aprel 2024 20:50
Salam. Xeyr.
Avtosfer.az | 5 Aprel 2024 23:16
Salam mən öz avtomobilimə metan qaz quraşdıra bilərəm qanun buna icazə verir?
Bəhrəm | 4 Aprel 2024 19:18
Salam. Nə avtomobilidir?
Avtosfer.az | 5 Aprel 2024 23:16
Saalam 77 RG 473 NÖMRELİ MASİNİN NÖMRESİ VE 10 SZ 878
FİRDOVSİ | 4 Aprel 2024 17:31
Salam. Sualınız aydın olmadı.
Avtosfer.az | 5 Aprel 2024 23:11
Salam. 3 gun qabaq meni saray qesebesinde dyp saxlayib. Ickili testinnen kecmiwem 4 cixib,yani ickili. Mawinimi duracaga qoyublar. Mende gedib sumqayit narkoloji xestexanasinda testden kecmiwem,0 cixib. Neise. Mene 400 azn cerime qerarsiz vurublar getirdiyim test cavabina mehel qoymayaraq.ama protokol tertib etmiyibler. Mene ise protokol lazimdi mehkemeye vermekcun. Idarelerine getmeden nece elde etmek olar protokolu?
Sabir | 4 Aprel 2024 14:32
Salam. Həm deyirsiniz 400 azn qərarsız protokol yazıblar, həm də deyirsiniz protokol tərtib etməyiblər. Nə başa düşək buradan? Məhkəməyə müraciət etmək üçün DYP-nin qərarı olmalıdır. Protokoldan məhkəməyə müraciət etmək olmur. Onlar özləri məhkəməyə müraciət edir əslində. Siz onu izləyin, görün nə vaxt məhkəməyə verəcklər, həmin vaxt məhkəmədə iştirak edib həkimin arayışını təqdim edin.
Avtosfer.az | 5 Aprel 2024 23:08
Salam Masin kia rio 1.5 dizeldir Texposbortda muherikin nomresi yazilmayib kia riolarda deyiler muherikin nomresi yazilmir bu dogrudur
Hesen | 4 Aprel 2024 10:13
Salam. Mühərrik nömrəsi varsa yazılmalıdır
Avtosfer.az | 5 Aprel 2024 23:05
Men aftomobil öz adima kecirmek istedim DYP getdim mene dedilər Ban nomre YERİNDE kesinti yox qaynar iş görulub ona göre maşindi hebs qoydular LAKİN HEMEN YER 2018 BURULMUŞDU BE KESİNTİZİZ DUZELİB BUA GÖRE NE ETMELİYEM
Şaiq | 4 Aprel 2024 03:21
Bunun üçün maşın duracaqda qala-qala araşdırma aparılmalıdır ki, hansısa bir cinayətdə iştirak edilib yoxa yox. Bundan sonra qeydiyyata alınmalıdır.
Avtosfer.az | 5 Aprel 2024 23:04
Salam. Qosquda karavan idara etmek üçün hansı kateqoriyalı sürücülük vesiqesi lazımdı. Təşəkkür.
Zaman | 3 Aprel 2024 19:57
Salam. Baxır kütləsinə və hansı maşına qoşulacağına.
Avtosfer.az | 5 Aprel 2024 22:41
salam mende 1999cu il opel astra g xezbekdi. dumannini qayilarin elinden leqv elemisem. zavod lupali fara qoymusam bilijnisi zavaçkoy lupalidi led taxmisam dalni ise lupali h 7 yeni bularin bilijnisine h7 gedir buna gore cerime oluna bilerem? ve qayi masini saxlayarken duracaqa apariram deyende yerinde pratakol yazmalidi yoxsa duracaqda?
nəbi | 3 Aprel 2024 13:02
Salam. Protokol yerində tərtib olunub duracağa aparılmalıdır. Dediyiniz lampaların qadağan olub-olmadığını şifahi şəkildə deyə bilmirik. Bunun üçün qanunu bilən mütəxəssis əyani şəkildə baxıb deməlidir.
Avtosfer.az | 5 Aprel 2024 22:40
Yuk masinin hava siqnalina cerime oluna biler
Kenan | 3 Aprel 2024 09:40
Çoxavazlı deyilsə yazıla bilməz.
Avtosfer.az | 5 Aprel 2024 22:37
Salam, aldığım maşının üzərində zavod yəni fabrik buraxılış popcorn səsboğucu sistemlə gəlir və bəzən də desibel 84-dan yuxarı ola bilir. buna görə hər hansı cərimə düşür ?
Ramil Zəkiyev | 2 Aprel 2024 18:33
Salam. 500 manat cəriməsi var. Səs desibeli 74-dən yuxarı ola bilməz.
Avtosfer.az | 5 Aprel 2024 22:36
Salam men oz şexsi masinimla dayanacaga yaxinlasdm ordada avtobusun herket i ucun ayrilmis yola girib sernisin düşürtüm . O an polis geldi mene cemre yazdiki avtobus zolaginda hereket edirsen? Bu duzdumu yeni men sernisin dusurdurdm oda hemin yerde dusmeliyid yaxsi biz jeter edey harda dusurdeyki polis cemrelemesin?
İslam | 2 Aprel 2024 17:41
Salam. Əlbəttə düz edib. Qadağan olunmayan yerdə düşürün.
Avtosfer.az | 5 Aprel 2024 22:35