SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam.Metbuat prospekti tri karona terefden sola qelebe dairesine dönmek olar? Kamera çekir.Lidere duşen yolda tri karonanın qabagından qelebe dairesine dönende.zehmet olmasa cavablandırardnz
Mehman | 29 Yanvar 2022 23:29
Salam. Xeyr olmaz. Çünki sağda 5.8.1 nişanı yalnız düzünə və sağa dönməyə icazə verir.
Avtosfer.az | 31 Yanvar 2022 13:27
Texniki baxış müddətinin yoxlanması
Nurlan | 29 Yanvar 2022 23:05
Bu nömrəyə zəng edib məlumat ala bilərsiniz. 012 511 08 40
Avtosfer.az | 31 Yanvar 2022 13:26
Avtosfer Kollektivine Salam Olsun.Men bilmek isteyirdimki mende niva var ili 1989 arxa stoplari kohne stoplardandi vaz2106 stoplarindan men onu 2000ci yani yeni nive stoplari ile evez etsem bunun ucun texpasporta xususi qeydler aparilmalidi?Tewekkur edirem Sizlere
Muzeffer Eliyev | 29 Yanvar 2022 22:19
Salam. Dəyişə bilərsiniz. Bunun üçün qeydiyyat şəhadətnaməsinə qeyd olunmamalıdır. Ətraflı məlumat almaq üçün göndərdiyimiz linkə daxil ola bilərsiniz. https://avtosfer.az/az/qaydalar/bu-deyisikliklere-gore-texpaport-deyismelidirmi-i%CC%87zah-122602
Avtosfer.az | 31 Yanvar 2022 13:25
salam men neqliyyat vasdesini 2 metir yerinnen terpedende yerde iz salmisam bu aftoxuliqanliq sayilirmi
amil | 29 Yanvar 2022 21:25
Salam. Hadisəni görmədən qiymət verə bilmirik.
Avtosfer.az | 31 Yanvar 2022 13:16
Stop işarasi yeni qoyulduğu xətti çəkilmişdir halda mənə carima yazıla bilərmi
İlham | 29 Yanvar 2022 21:09
Bəli yazıla bilər.
Avtosfer.az | 31 Yanvar 2022 13:16
salam menim masinim ktediti bitib oz adima nece kecire bilerem ve rusumu ne qederdi
səyid | 29 Yanvar 2022 19:40
Salam. Bankdan kreditin bitməsi ilə bağlı arayış alıb BDYP-yə təqdim etməlisiniz. Sonra maşını girovdan çıxarmalısınız. Qeydiyyat şəhadətnaməsində sizin adınız yazılıbsa girovdan çıxmağa 30 manat rüsum ödəyəcəksiniz.
Avtosfer.az | 31 Yanvar 2022 13:15
Maşın BMW f10-dur . Gömrük edəndən sonra texpasport alanda Əlavə pul alıb "M5-ə yığılıb" yazısını texpasporta yazdılar. Maşının arxasındakı səsboğucu başlıqların 4-dən də tüstü çıxırdı(2 başlıq sağ tərəfdə, 2 başlı sol tərəfdə) Üstündən 5 gün keçmişdi yol polisi saxladı dedi 500 manat cəriməsi var, 4-dən də tüstü çıxmaq olmaz, cərimə meydançasına aparırdı. Ənənəvi formada həll etdik Dedi icazə yoxdur , sökdür Mən də digər tərəfə gedən borunu sökdürdüm İndi yalnız sol tərəfdə 2 başlıqdan səs çıxır. Bu nə dərəcəd düzgündür? M5 yazısı üçün Yol polisi idarəsində 1000 manata yaxın pul alırlar Sonda da belə Xahiş edirəm aydınlıq gətirin
Tofiq | 29 Yanvar 2022 19:08
Qeydiyyat şəhadətnaməsinə M5 yazılıb-yazılmamağından asılı olmayaraq 4 başlıqlı səs boğucu quraşdıra bilərsiniz. Amma işlənmiş qazların xaric etməsini və səs desibelini pozmamalıdır. Ətraflı məlumat almaq üçün göndərdiyimiz linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/suruculerin-diqqetine-bmw-de-bu-deyisikliyi-etmek-olar-foto-128246
Avtosfer.az | 31 Yanvar 2022 13:13
Arxa laylari qizdirmaga gore cermesi ne qederdi
Samir | 29 Yanvar 2022 17:23
150 manatdır.
Avtosfer.az | 31 Yanvar 2022 12:57
Salam maşının cerimesin yerinde odeyirimse avtomobili dayanacaqa qoyula bilermi
Nicat | 29 Yanvar 2022 11:42
Salam. Polis əməkdaşı saxlayan kimi onlayn ödəniş edə bilirsinizsə aparmaya bilər.
Avtosfer.az | 31 Yanvar 2022 12:57
Salam, avtomobil in altına yan tereflerden, arxadan ve qabaqdan işıqların (led) qurlaşdırılması qadağandır mı?
Habil | 29 Yanvar 2022 10:23
Salam. Bəli qadağandır.
Avtosfer.az | 31 Yanvar 2022 12:56
Salam arxa stop ve ya arxa isə yanmadığı halda maşın verme meydançasına aparılması düzgündür?
Adil | 29 Yanvar 2022 00:59
Salam. Xeyr, buna görə maşın duracağa aparıla bilməz.
Avtosfer.az | 31 Yanvar 2022 12:53
Salam 2 lik pastavka qoymaq olar?
Emil | 29 Yanvar 2022 00:22
Salam. Xeyr.
Avtosfer.az | 31 Yanvar 2022 12:48
Menim maşınımın etibar namesi bitib necə edim yesi olub
Mübariz | 28 Yanvar 2022 20:32
Yiyəsi ölübsə heç cürə etibarnamə ala bilməyəcəksiniz. Öncə vərəsə müəyyən olunmalıdır. Maşın vərəsinin adına keçməlidir, ondan sonra vərəsə sizin adınıza keçirməlidir maşını.
Avtosfer.az | 31 Yanvar 2022 12:45
Arxa yaylar ne kesilib ne de qizdirilib. Sadece olarag lori dilde desek öludu. Buna gorem masin duracaga gede biler?
Mehemmed | 28 Yanvar 2022 20:21
Xeyr. Buna görə nə cərimə yazıla bilər, nə də ki, duracağa aparıla bilər.
Avtosfer.az | 31 Yanvar 2022 12:42
Salam. Yan şuşeler xamilyondur. Bunu olcmeden dyp emekdawinin ixtiyari varmi mawini duracaga qoysun. Birde bu duracaglarin gunluk qiymeti ne qederdi. Hersi bir qiymet deyir
Mehemmed | 28 Yanvar 2022 20:19
Salam. Qabaq yan şüşələr rəngi dəyişən şüşədirsə duracağa apara bilər. Duracağın qiyməti minik maşını üçün 1 manatdır.
Avtosfer.az | 31 Yanvar 2022 12:41
Salam arxa partprese "Bir gün her şey çok güzel olucak" yazdırmaq cərimədi?
Zohrab | 28 Yanvar 2022 19:32
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 31 Yanvar 2022 12:40
Salam. Maşın ağ rəngdədir. lyuku var və təbbiki qara rəngədir lyuk yeri. Mən ümumi maşının damını qaraltmaq istəyirəm. Ancaq damını qaraldacam. necə sənədləşdirə bilərəm. yolları nədir. Baş DYP-yə getməliyəm bunu bilirəm. ama necə edim ki əlavə heçnə almasınlar
Samir | 28 Yanvar 2022 17:14
Salam. Bunun üçün DYP-yə rəsmi müraciət edin. Göndərdiyimiz link vasitəsi ilə onlayn müraciət edə bilərsiniz. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 31 Yanvar 2022 12:39
Salam arxa partprese yazı yazmağın cəriməsi var?
Zohrab | 28 Yanvar 2022 12:12
Salam. Baxır nə yazırsınız.
Avtosfer.az | 28 Yanvar 2022 13:41
Salam. BMW 2008 Avtomobilin başqa Ada çekirmek üçün nomre qalmaq şerti ilə nomreye gore Dövlət rusumu ödenilmelidir?
Nizami | 28 Yanvar 2022 11:31
Salam. Nömrə maşının üzərində qalırsa ona görə rüsum ödənilmir.
Avtosfer.az | 28 Yanvar 2022 13:41
Salam men taksıde gederken maşında sendlerım qalıb amma maşın momresını bilirem o maşın nece tapa bılerem
Vusal | 28 Yanvar 2022 02:36
Salam. Ancaq DİN-ə müraciət etməklə. Əgər şirkət taksisidirsə həmin şirkətə zəng etməklə də tapa bilərsiniz.
Avtosfer.az | 28 Yanvar 2022 13:40
Salam men elbrus xelilov.bugun yeni 27.01.2022 ci il saat 22;00 radelerinde men yol gederken arxamca bir masin isiqlari ile mene yol vermeyi istedi.mende yol vererek oz yoluma davam eledim.bir qeder gedenden sonra arxamca gelen masin mene mikrafonla sagda saxlamagimi istedi.mende sag yan isigi yandiraraq yolun kenarinda saxladim.tehmin etdim ki,bu 634 nisanli yol polisidir.amma bu yol polisi gece vaxti masinin uzerinde olan isiqfonlardan istifade etmirdi.masindan duserek yaxinlasdim yol polisine ve mene arxa stop isiginin biri yanmadigini soyledi.mende cavab verdimki isiq yerinden bosalib derhal aradan qaldirdigini soyledim.yol polisi mene 50 manat cerime yazdigini soyledi ve men yeniden dedim ki bosalmis isiq yerini aradan qaldiriram.yol polisi mene soyledi ki,mene ne hormet ede bilersen,dedim ne menada yol polisi dedi ki,axsam vaxtidi cixmisiq gezintiye ne hormet ede bilersen.mende soyledim ki men size hecne vere bilmerem.yol polisi mene dedi ki,onda sene 50 manat cerime yaziram.mende dedim yazin ve men yol polis masinin yanindan uzaqlasanda polis mene nalayiq soz islederek dediki 50 manat icindedir. Indi men bilmek isteyirem her hansi catismamazligi aradan qaldirmagi bacariramsa cerime yazilmalidir.
Elbrus | 28 Yanvar 2022 00:20
Salam. Xeyr bu halda cərimə yazıla bilməz. Sizi hansı yolda saxlamışdılar?
Avtosfer.az | 28 Yanvar 2022 13:39
salam arxa remen olmadıqda cəriməsi nə qederdir?
ilkin | 27 Yanvar 2022 23:55
Salam. Nasazlığı aradan qaldırmaq mümkün olmadıqda 50 manat cəriməsi var.
Avtosfer.az | 28 Yanvar 2022 13:37
Avtomobilin butun yaylarini sport qoyduqda, yol polisi emekdashi mashini saxlayib ne tedbir gore biler? 150 manat cerime? Sonra duracaga yerleshdire biler? Haqqi varmi duracaga yerleshdirmeye?
Kamran | 27 Yanvar 2022 20:51
Sport yay quraşdırmaq olmaz. 150 manat cəriməsi var.
Avtosfer.az | 28 Yanvar 2022 13:36
Salam, Əcəmi Naxçıvani küç. 13C envanında yerləşən Medera Hospitalının yanında "işləyən parkovşiklərin" ucbatından küçə bərbad haldadır. İnsanlar evlərinə normal gedib dələ bilmir və saatlarla tixaclar yaranır. Hər şeyi edən 2-3 fərdi insandır ki, heç bir rəsmi şirkət nümayəndəsi olmadan və heç bir sənədləri olmadan küçədə parklanma biznesini zəbt etmişlərdir. İnsanlar artıq bu haldan bezib. Tədbir görməyinizi və o "qanunsuz iş adamlarının" o küçədən yığışdırılmasında köməklik göstərməyinizi xahiş edirəm. Əlavədə sizə bir neçə fotoşəkil göndərirəm.
Zeynal | 27 Yanvar 2022 19:11
Salam. Din-ə rəsmi şikayət ünvanlayın.
Avtosfer.az | 28 Yanvar 2022 13:33
Salam 27.01.2022 tarixində telefon zəngi vasitəsi ilə Suraxanı rayon polis şöbəsinin əməkdaşı olaraq təqdim edən şəxs tərəfimdən 05.01.2022 tarixində 22 gün qabaq 327.4-cü maddə ilə qayda pozuntusu edildiyi bildirildi və əvəlcə Suraxabı rayon polis şöbəsinə yaxınlaşmağımı sora isə Şəhər qayısına yaxınlaşmağı bildirdi. bildirdim ki qayda pozuntusu etmişəmsə Foto və video görüntü əlavə etməklə pozuntunu və protokolu təqdim edin. Daha sonra Portalıma qayda pozuntusunu qərarsız və video foto görüntüsüz yerləçdirdilər 100 Azn cərimə, nə dərəcədə qaydalara uyğun cərimədir? Ümumiyyətlə belə hal olmayıb, zəng edilməklə şöbəyə çağrılma - bu hal üçün nə edə bilərəm?
Valeh | 27 Yanvar 2022 15:52
Salam. Gərək yaxınlaşıb görüntü ilə tanış olardınız. Maşınınızın nömrəsi neçədir?
Avtosfer.az | 27 Yanvar 2022 16:11
Salam. İçkili halda maşınımın park yerini deyişende yol polis emekdasi saxladi. Bunun cerimesi nedir ve odeme qaydasini izah ede bilersiz?
Elçin | 27 Yanvar 2022 15:13
Salam. Ya sizə 400 manat 5 bal yazılmalıdır, ya da sürücülük hüququnuz 6 aydan 1 ilədək məhdudlaşdırılmalıdır. Buna məhkəmə qərar verir.
Avtosfer.az | 27 Yanvar 2022 16:09
2021-ci il sentyabr ayında Sumqayıt Şəhərində yol polisi inspaktoru mənə zorakılıq göstərib və məni şəxsi xidməti maşına otuzdurub aparmaq istəmişdir. Mübahisə zamanı maddi və mənəvi ziyanlar dəymişdir. BDYP idarəsinə şikayət olunsa da şikayətimə baxılaraq qanuna-zidd hərəkət olmadığını mail vasitəsilə bildirdilər. Hadisə isə TŞ kamerasının 4-5 metrliyində baş vermişdir. Bununla bağlı daha hara müraciət etmək olar ki, ədalətli və qərəzsiz nəticə çıxarılsın.
Elvin | 27 Yanvar 2022 13:09
Məhkəməyə müraciət edə bilərsiniz.
Avtosfer.az | 27 Yanvar 2022 16:08
Salam mawinda arxada zadniya atanda spickanin yanmasina cerimesi ne qederdi? Ve cerime meydancasina aparila bilermi??
Tural | 27 Yanvar 2022 11:06
Salam. Bəli cərimə meydançasına apara bilərlər. 150 manat cəriməsi var.
Avtosfer.az | 27 Yanvar 2022 15:53
Salam. Cerime qerara minenden sonra nece muddete odenilmese suruculuk vesiqesi gedir reşeniyaya?
Lale | 27 Yanvar 2022 11:04
Salam. 3 ay ərzində ödənilmədikdə.
Avtosfer.az | 27 Yanvar 2022 15:52
Salam, avtomobilin yaylarinin 4nude fabrik terefinden istehsal olunmush sport yayla evez etdirdikde, qayda pozuntusu sayilir? Sport yay qoyulduqdan sonra hansisa sened veya sertifikat almaq lazimdir?
Kamran | 27 Yanvar 2022 01:55
Salam. Bu cür yayların quraşdırılması qadağandır.
Avtosfer.az | 27 Yanvar 2022 15:52