SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Birde beyaq yazdigiiz cavabi oxudum.dsbl seviyyesini olcen cihaz ne yol patrul emesdaslarinda ne ne qeydiyyat nede texniki baxi sobelerinde var.coxsu hec dsbl nedir onu bilmir.inanin mene bu beledir.siz bize komeklik edin belke bildiyiniz bir yer var ora yaxinlasaq.
faiq | 22 Yanvar 2022 11:58
Yol polislərində var.
Avtosfer.az | 25 Yanvar 2022 12:32
salam.NV-de palciq sitleri olmadiqda duracaga qoyulur?masin vaz 2101-dir.
Faiq | 22 Yanvar 2022 11:54
Salam. Palçıq fartukları olmamasına görə maşın duracağa aparıla bilməz.
Avtosfer.az | 25 Yanvar 2022 12:31
Salam amerikanka qowdurmaq olar?
Emil | 22 Yanvar 2022 01:15
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 25 Yanvar 2022 12:04
Salam Aleykum Masinim 2018 masinidi katalizator dagilib arxa gazandan cixarmisam tortokuntunu, Masin Russ istesalidi Ve Katalizatorun satisi yoxdu onu Azerbaijana getizdirmeyse cox baha bawa gelir bu halda neyniye bilerem?800gram cekiden olan katalizatordan 430gram cixmisdi kalektoru yaranda gatalizator icinde cevirilmis vezyetde idi bu halda ganun cercibesinde neynemek olar?
Bilal | 22 Yanvar 2022 00:32
Salam. Heç nə. Yeni katalizator almalısınız.
Avtosfer.az | 25 Yanvar 2022 12:02
215 tekere cerime varmı?
Asim | 21 Yanvar 2022 22:28
Sizin maşını istehsal edən zavod hansı ölçüyə icazə veribsə, həmin ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 25 Yanvar 2022 12:01
Salam mənim masinmi arxadan vurub daga soea qacıb ama sekikin ceke bilmisem masinin onu nece tapmaq olar
Elvira | 21 Yanvar 2022 22:01
Salam. DYP-yə şikayət edin tapacaqlar.
Avtosfer.az | 25 Yanvar 2022 12:00
Salam 2107 amerkanka qoyulub cermesi var?
Elvin | 21 Yanvar 2022 21:34
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 25 Yanvar 2022 12:00
Salam vaz 2107 ye tek kontakt amerikanka qoşulub buna gore qayı saxladı cerime meydançasına apardı. Amerikankaya icaze var yoxdusa cerimesi ne qederdi?
Əbdülxalıq | 21 Yanvar 2022 17:58
Salam. İcasə yoxdur. 150 manat cəriməsi var.
Avtosfer.az | 25 Yanvar 2022 11:59
Bılmək ıstəyirəm kı.minik avtomobilını mənetibarnamə ilə almışam. Hal hazırda mən istəyirəm ki.öz adıma keçirim. Nömrəni isə əvvəlki sahibinə qaytarıb bakı nömrəsini götürüm xərcim nə qədər oıacaq
Bahadır | 21 Yanvar 2022 12:59
Etibarnamə ilə özünüz öz adınıza keçirə bilməzsiniz. Prosedur belədir: 1) Siz başqa adamın adına keçirtməlisiniz maşını, o da sizin adınıza keçirməlidir. 2) Siz Əliyə etibarnamə verirsiniz, o da Vəliyə verməlidir. Sonra Vəli gəlib sizin adınıza keçirə bilər maşını.
Avtosfer.az | 25 Yanvar 2022 11:59
Salam bagislayin narahat edirem. Bir sual ile maraglanirdim… mende arxa stoplar ozu tunddu susesi, ve bir polis iwcisinen maraglanmiwam mene deyb stopun mehdudiyyeti yoxdur, yani wuwenin faiz sohbeti. Bu dogrudur? Yani arxa stoplar tundurse buna yol polisi saxlayib cerime yaza biler?
Elçin | 21 Yanvar 2022 09:27
Salam. İstər ön, istərsə də arxa işıq cihazları tündləşdirilə bilməz. Maşın zavoddan o cür çıxıb?
Avtosfer.az | 25 Yanvar 2022 11:56
Vaz 2107ya pnevma qoymaq olar
Elnur | 20 Yanvar 2022 23:41
Xeyr. Qadağandır.
Avtosfer.az | 25 Yanvar 2022 11:54
Salam axwaminiz xeyir mawinin on hissesinde nomrenin sagda yada solda olmaqinin cerimesi varmi ? Onceden cox saqolun
Emrali | 20 Yanvar 2022 21:51
Salam. Xeyr cəriməsi yoxdur. Amma nömrəni düz vurmalısınız. Asfalta doğru düz müstəvidə olmalıdır.
Avtosfer.az | 25 Yanvar 2022 11:54
Salam, Məndə maşın Passat B6 dır Arxa yaylar ölü purjun olsa ilişərlər
Xayal | 20 Yanvar 2022 14:48
Salam. Özü ölübsə problem deyil. Qızdırılıbsa qadağandır.
Avtosfer.az | 25 Yanvar 2022 11:53
Burda özünüzdə görürsüz bütün avtomobiillər kecirlər,yol polisi əməkdaşı hərəkəti davam etdir işarəsi verirdi,pik saatıydı,10 gün kecdikdən sonra 3 bal və 60 manat cərimə olunduğumuz haqda bildiriş gəldi,bu nə qədər düzğündü,kimə deyək,şikayət verə bilmədik,alınmır,kömək edin,
Vusal | 20 Yanvar 2022 10:44
Burada polis əməkdaşı görə bilmədik. Videosu var?
Avtosfer.az | 25 Yanvar 2022 11:50
Avtomobilin məcburi icbari sığortası bitdikdən sonra necə gün idarə etmək olar,ya necə gün sonra cərimələnir
Vusal | 20 Yanvar 2022 10:31
Bitən günü yenidən sığortalanmalıdır. Bitən kimi kamera ilə cərimə yazıla bilər. Texniki baxışda 20 gün möhlət verilir. Onun sığortaya aidiyyəti yoxdur.
Avtosfer.az | 25 Yanvar 2022 11:49
BNA təhlükəsiz şəhər kameralarının çəkdiyi şəkillərə əsasən parklanma qaydasının pozulmasına görə cərimə yaza bilərmi?Əgər bu qanunsuzdursa niyə bu hallar təkrarlanır?
Səyavuş | 20 Yanvar 2022 09:26
Qadağandır. Nəyə görə təkrarlanmağını BNA-dan soruşa bilərsiniz. Onu da qeyd edək ki, sürücülər də dayanma-durma qadağan olunan yerdə dayanmamalıdır. Və bu hallar təkrarlanmamalıdır.
Avtosfer.az | 25 Yanvar 2022 11:48
Salam, avtomobilə səs boğucu quraşdırıldıqda texpasporta qeyd edilməlidir mi? Birdə BMW 'lər M paketə yığılan zaman Texpasporta qeyd edilməsi zəruridir?
Natiq | 19 Yanvar 2022 20:28
Salam. Xeyr belə şeylər qeydiyyat şəhadətnaməsinə qeyd olunmamalıdır. Qanun icazə vermir. BMW-yə "m" buferlər qoyulduqdan sonra rahat sürə bilərsiniz. Bu cür dəyişikliklər sənəddə qeyd olunmur.
Avtosfer.az | 25 Yanvar 2022 11:46
Yasamal rayonu Matbuat Prospekti 3141,HAYAT Klinikanın yanı. 6 yuksekmertebeli binanın arasndakı yolda bezi yol üzərində olan sakinlər avtomobillərini məsuliyyətsiz olaraq saxlayırlar və bununla digər 5 binada yaşayanlara maneə və təhlükə yaradırlar. Bir müddət Post patrul Xidmeti ilə müqavilə bagladıq və onlar yasaq park etmənin qqarşısını aldı. Amma daha sonra maddi imkan olmadıgına görə PPX ilə müqavilə durduruldu. Sual; Bu hərcimərciliyə necə son qoymaq olar? Dayanma və Durma qadagandır nişanı quraşdırıla bilərmi? Əvvəlcədən təşəkkür edirəm
Şamil Babanlı | 19 Yanvar 2022 20:22
Siz oradan video çəkib göndərin baxaq görək söhbət nədən gedir. 055 335 15 59 nömrəsinin votsapına göndərin. Göndərəndə isə yuxarıda yazdığınız mətni yazın ki, bilək hansı məsələdir.
Avtosfer.az | 25 Yanvar 2022 11:28
Salam maşnın mator nömrəsi pozulubsa,onu necə qanun səviyyəsidə həll etməy olar
Namiq | 19 Yanvar 2022 18:15
Salam. Göndərdiyimiz linkə daxil olaraq ətraflı məlumat ala bilərsiniz. https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 25 Yanvar 2022 11:26
Salam. Sualım onnan ibarətdir ki, avtomobil idarə edərkən Yol Patrul avtomobili arxa ilə gələrək mənə hər hasnı səbəbdən saxla əmiri verə bilərmi? Bəs sürəti aşdığımı müəyyənləşdirib mənə saxla əmri verirsə mən niyə saxlamalıyam? Mənim cəriməm nədir ünvanıma göndərilmli deyilmi? və mən saxla əmrinə tabe olmuramsa Yol Patrul avtomobili ilə məni ötmə əməlyatı edərək mənim idarə etdiyim avtomobilin qabağında YP avtobobilini sürətino azaldaraq məcburi dayandıra bilərmi? Bu səbəblərdən sonra mənim avtobobilimi cərimə meydançasına aparıb protokol yazmayıb avtomobilin cərimə meydançasında qalacaqını bildirib ordan ayrılması necə qanunla düzdür və 24 saat keçdikdən sonra belə hələdə avtomobilə qayda pozuntusu kimi və ümumiyyətlə hec bir cərimə yazılmadan pratakollaşmadan cərimə meydançasında qalmağı necə qanunla düzdür? Cox xahiş edirəm mümkünsə suallarım cavablandırılardı. Məlumatınız üçün öncədən təşşəkkürlərimi bildirirəm.
Həmid | 19 Yanvar 2022 17:45
Salam. Qayda pozmadığınız halda polis əməkdaşı sizi saxlaya bilməz (stasionar postlar istisna olmaqla). Amma polis əməkdaşı sizə saxla işarəsi verərkən ona tabe olmalısınız. Bəlkə başqa məsələyə görə saxlayır? Bəlkə elə bir qayda pozuntusu etmisiniz ki, heç ondan xəbəriniz yoxdur. Ona görə mütləq saxlamalısınız. Polisdən qaçan zaman avtoxuliqanlıq hərəkətləri edirsinizsə avtoxuliqan kimi də rəsmiləşdirilə bilər.
Avtosfer.az | 25 Yanvar 2022 11:25
Salam 11 noyabr 2021 ci ilde meni goruntu kamerasi ile cerimeleyiblar amma kabinete yerlasdiriblar 13 dekabr 2021 ci il. 327.2 bendi. sekil ve ya video goruntu yoxdur. Zehmet olmasa deyardiz ne derecede dogrudur ve ne etmaliyam. Sikayet yazmisam kabinetda. zeng vurub 104 kabineta devet edirlar ancaq. Video goruntu yoxdu biz yerlasdire bilmirik deyillar.
Ruslan | 19 Yanvar 2022 15:50
Salam. İnzibati Xətalar Məcəlləsinin 38.6-cı maddəsində qeyd olunub ki, "Bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında elektron qərar və onun əlavəsi (foto və ya video materiallar) inzibati xətanın törədildiyi gündən bir gün müddətində hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılan elektron kabinetdə yerləşdirilmədikdə, şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz". Siz bu maddəni əsas gətirərək protokolu ləğv etdirə bilərsiniz. DYP ləğv etməsə məhkəməyə müraciət edin.
Avtosfer.az | 19 Yanvar 2022 16:27
Salam.bir nece sualim olacaq zehmet olmasa cavablandırardınız.opel astra h ses boğucu deyişiklik olunub.sesi 60 desiperi keçmir.qayı saxlayıb cerime yaza bilermi yazarsa neye esasen?desiper norması neçeye qederdir?desiper ölçme cihazı qayılarda olur yoxsa texniki şöbede?
Tural | 19 Yanvar 2022 15:41
Salam. 74 db- i keçmirsə heç bir problem yoxdur. Desibeli ölçən vasitə həm yol polislərində olur, həm də qeydiyyat və texniki baxış şöbələrində.
Avtosfer.az | 19 Yanvar 2022 16:24
Yol hereketi qaydasi pozulmadiqda ypx emekdasi rayonlar arasi yolda surucuye saxla emri vererek arxa suse silici olmadiqi ucun cerime tedbiq ede bilermi.Masin texniki baxisdan hemin veziyetde kecmisdir
Bəhram | 19 Yanvar 2022 13:10
Ümumiyyətlə arxa şüşə silgəcinin olması məcburi sayılmır. Yalnız ön şüşə silgəcləri məcburidir.
Avtosfer.az | 19 Yanvar 2022 13:33
Salam.Bu tip suallar size cox verirlir oxyuyruam.Bmw ye oz qazani daxilinde səsə görə dəyişiklik olub.Katalizator(Rezanator)a toxunulmuyub.səs desepeli 70-72dir.Bir sözlə 74ü keçmir.sağ tərəfədə qazan qoyulub.Dyp saxlıyır deyir sağ tərəfdən niyə hava çıxır maşının səsi o biri bmw 5 seryalarindan cox gelir ya qazan daxilinde konstruksiya deyisikliyi elemisen gedib bwm m5 in oz qazanin almaliydin.halbuki m5 in oz qazani 96 desepel ses yayir.Bilmek istediyim daxilde elediyim deyisiklik normativleri pozmursa dypin masini duracaga yerlesdirmesi ne derecede duzdu?Dyp saxliyarken kor korana sesi cox gelir yox cihazla ses desepelin olcmeli katalizatoru varmi ekalogiyani cirklendirirmi? Hec bir normativi pozmadan kanstruksiya deyisikliyi 150 manat cerime.Sualim boyuk oldu uzrlu sayin.Sadece deqiqin bilmek istiyirem gedib sagteref qazani legv eletdirmeye elim gelmir)qeyd eliyim dyp in bəzisi saxlıyır qazanı görür baxır deyir normaldı.bəzisi deyir ki m5 yazılıbsa qazanıda m5in qazanın qoymalısan sənədiynən.öncədən təşəkkürlər.
Orxan | 19 Yanvar 2022 12:47
Salam. Səs 74 db-dən artıq deyilsə, işlənmiş qazların xaric olunmasında normativ tələblər pozulmayıbsa polis sizə heç br irad bildirə bilməz. Gördüyü hər bir şeyə "əlavə avadanlıqdır" deyib duracağa apara bilməz.
Avtosfer.az | 19 Yanvar 2022 13:27
Salam men masini adima kecirtmek isteyirem ama menim adima genralni davernusu dostumdan almiwam onunda adina genralni idi birbawa yiyesi vermiwdi indi men oz davernosumu legv elesem gedib dostumla oz adima kecire bilerem ya uje onun mulkiyetciliyi legv olub ?
Rəvan | 19 Yanvar 2022 11:47
Salam. Dostunuzun etibarnaməsi artıq ləğv olunmuş hesab olunur. Siz Əliyə etibarnamə verməlisiniz, Əli də Vəliyə etibarnamə verməlidir. Bundan sonra Vəli maşını sizin adınıza keçirə bilər. Və yaxud siz maşını alqı-satqı ilə Əlinin adına keçirirsiniz, Əli də yenidən alqı-satqı edib sizin adınıza keçirə bilər.
Avtosfer.az | 19 Yanvar 2022 13:09
Maşının nömrəsi itib maşın olmadan qeydiyyat şəhadətnaməsi və qalan bir nömrə ilə gedib maşınsız qayıdan yeni nömrə ala bilərəmmi və dəişmək üçün hansı sənədlər lazmdı birdə rüsumlar zəhmət olmasa
Salman İsazadə | 19 Yanvar 2022 11:12
Əslində maşınsız gedə bnilərsiniz. Rüsum 30 manat nömrə, 30 manat da qeydiyyat şəhadətnaməsi.
Avtosfer.az | 19 Yanvar 2022 13:05
Masinda arxa yaylarin kesilmesi ve ya qizdirilmasina gore cerime tedbiq edile bilermi ve cerime meydancasina aparila bilermi?
Bəhram | 19 Yanvar 2022 01:04
Əlbəttə. Bu şeylərə görə maşın duracağa aparılmalıdır.
Avtosfer.az | 19 Yanvar 2022 13:03
BNA dayqnma durmaya gore kamera vasitesi ile pratakol yazib,bunu legv etmey ucun neynemelimey
Amid | 18 Yanvar 2022 22:11
Məhkəməyə müraciət etməlisiniz.
Avtosfer.az | 19 Yanvar 2022 13:03
Salam mende mawin PX-dir seriya lizingdi men onu adima kecirmek ucun rusum ne qeder odemeliyem ve ya nomreni deyiwdirmek bunlarim qiymet ferqi ne qeder olacaq?
Bahruz | 18 Yanvar 2022 20:44
Salam. Bu linkə daxil olaraq rüsumları hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 19 Yanvar 2022 13:02
Men protokolu odemiwem çəkde var ama portokol silinmeyib ve 902 telefonlara cvb vermir seherden bura ne qeder knt gedib
Tural | 18 Yanvar 2022 18:24
DYP tərəfindən tərtib edilmiş protokoldursa bu link vasitəsi ilə DYP-yə onlayn şikayət yazın. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 19 Yanvar 2022 13:02