SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam avtomobilin qeydiyyat zamani yoxlanishda cixan problemlere gore oz adima qeydiyyata salmaqdan saxliya bilerler cunki aformuta ele pul isteyirlerki
Elchin | 18 Yanvar 2022 10:15
Salam. 2023-cü ilə kimi texniki baxışınız varsa nasazlığa görə qeydiyyatdan imtina edə bilməzlər. Amma 2022-ci ildə texniki baxışdan keçməlisinizsə, o zaman sükan idarə mexanizmi və tormoz sistemi nasaz olan avtomobillərin qeydiyyatından imtina edilir.
Avtosfer.az | 18 Yanvar 2022 12:11
Salam Neqliyat vasitesinin arxasina yuk yerine yeni qum dolu mewok qoyulduqu teqdirde cerime var?
Emil | 18 Yanvar 2022 01:03
Salam. Qum daşınmasına görə cərimə yoxdur. Amma icazə verilən kütlədən artıq yük vursanız 40 manat cəriməsi var.
Avtosfer.az | 18 Yanvar 2022 12:10
Vaz modellerine pnevmatik amartizator qosmaq mumkundun. Qanuni.
Kanan | 17 Yanvar 2022 22:17
Xeyr, qanunsuzdur.
Avtosfer.az | 18 Yanvar 2022 12:09
Salam.mende Bmw 528i var. ses qosulub katalizatoru ustundedi.sesi 84 desepeli kecmir.Sekil atmisam sekilde necedi eledi sol teref qazandi zavod birde sag terefe cekilib balaca qazan qoyulub.Qurşitelin normativi ses ve dem qazinin normativlerin pozmuram.Bu halda kanstruksiya deyisikliyi sayilirmi?Masini dayanacaga yerlesdirmek ne derecede duz sayilir? qeyd(m5 yigilib qeyd olunub)
Rahib | 17 Yanvar 2022 20:45
Salam. səs desibeli 74-dən yuxarı olmamalıdır.
Avtosfer.az | 18 Yanvar 2022 12:08
Salam. priora üçün sport purjun qoymaq qanuni di yoxsa cərməsi var?
Anar | 17 Yanvar 2022 18:54
Salam. Qadağandır. 150 manat cəriməsi var.
Avtosfer.az | 18 Yanvar 2022 12:08
Protokol yazılıb ama video görüntü ve şekil yoxdur.şikayet edib sildire bilerem?
Ayxan | 17 Yanvar 2022 18:13
Kamera ilə çəkilib, yoxsa polis saxlayıb yazıb?
Avtosfer.az | 18 Yanvar 2022 12:07
Salam deyirsiz 30manat nomredi, 30manatda qeydiyyat sehadetnamesi. Ama gedirsen luboy bidene nomre almaqa, 350-400 manat pul isteyirler umumilikde. Bu ne dimeydi axi?
Elcin | 17 Yanvar 2022 15:56
Bununla bağlı DYP-yə müraciət edin, tədbir görəcəklər.
Avtosfer.az | 17 Yanvar 2022 16:16
Salam Xüsusi texniki vasitələr ilə inzibatı xətanın qeydə alındığı tarixdən etibarən hansı müddətə elektron kabinetə protokol yerləşdirilməlidir? Yerləşdirilmədiyi və ya 3-4 ay sonra yerləşdirilırsə bu protokol öz hüquqi qüvəsini itirirmi? Qanunuda göndərmənizi xahiş edirəm.
Orxan | 17 Yanvar 2022 13:46
Salam. 1 gün ərzində protokol tərtib edilmiş şəxsin kabinetinə yerləşdirilməlidir. 1 gün ərzində yerləşdirilməzsə xitam olunmalıdır.
Avtosfer.az | 17 Yanvar 2022 14:29
Salam.arxa stoplarin qaralmasina gore cerime meydancasina apara bilermi yoxsa cerime yazib protokol tertib etse gede bileremmi?
Habib | 17 Yanvar 2022 13:25
Salam. Yerində aradan qaldırmaq mümkündürsə protokol yazılıb buraxılmalıdır. Yox əgər yerində aradan qaldırıla bilməsə o zaman duracağa aparılmalıdır.
Avtosfer.az | 17 Yanvar 2022 14:26
Yük avtomobillerin (marka Daf və yarimqosqu) qeydiyyat rusumu nə qədərdir, addan ada dəyişmək?
Şəhriyar | 17 Yanvar 2022 09:23
30 manat qeydiyyat şəhadətnaməsi, 30 manat texniki müayinə, 10 manat da qeydiyyat rüsumu. Yarım qoşquda da 30 manat qeydiyyat şəhadətnaməsi 5 manat qeydiyyat rüsumu.
Avtosfer.az | 17 Yanvar 2022 13:07
01CH253 shevrolet cruz avtomobili kimin adindadi
Sevinc | 17 Yanvar 2022 09:21
Bunu DYP-dən soruşun.
Avtosfer.az | 17 Yanvar 2022 13:05
Maşının nömrəsinin biri itib qayıdan sənəd ala bilərəmmi müvəqqəti sürmək üçün
Salman İsazadə | 17 Yanvar 2022 02:16
Belə vəziyyətdə maşını sürmək olmaz. Gedin yeni hərf və rəqəm kombinasiyalı nömrə alın.
Avtosfer.az | 17 Yanvar 2022 13:05
Fara ve ya stopa 15-20% - vinil vurmaqin cerimesi var ? Cavablandirdiginiz ucun cox sagolun
Kenan | 16 Yanvar 2022 20:29
150 manat cəriməsi var.
Avtosfer.az | 17 Yanvar 2022 13:04
Salam 13.01.2022 çi tarixinde arxa qapılarda qarmoska perde olduğuna göre Balaken YPX reisinin gösterisi ile avtomobilin cerime meydançasına aparıldı ve 150 azn cerime tətbiq edildi,bu qanunidir? 102 xidmetine melumat vermişem amma cavab gelmeyib
Abdullayev Ramin | 16 Yanvar 2022 18:22
Salam. Qanunsuzdur. Siz zəhmət olmasa bu nömrəyə mütləq zəng edin, ətraflı məlumat verin, məsələniz araşdırılsın. 055 335 15 59 Bu nömrə sizin zənginizi gözləyir.
Avtosfer.az | 17 Yanvar 2022 13:04
Salam.Vaz modeli üçün 13-lüy diskə 215 Vitour təkərə icazə var?
Elvin | 16 Yanvar 2022 18:19
Salam. Zavod hansı ölçüyə icazə verirsə həmin ölçüdən istifadə etmək lazımdır.
Avtosfer.az | 17 Yanvar 2022 12:58
Salam meni buyun inispektor saxlatib deyir mawinivin arxasi asagadir ve hec bir subut olmadan mawini duracaga aparib qoyub mawin 2015 hundai elantiradi purjunlarda kesik yoxdu qizdirilibsada mene nece subut etmelidirler ve cermesi neqeder olmalidir ?
Orxan | 16 Yanvar 2022 17:17
Salam. Qızdırılıbsa 150 manat cəriməsi var. Baxan kimi bilinir. Yox əgər yaylar işləndikcə özü ölübsə ona cərimə yazıla bilməz.
Avtosfer.az | 17 Yanvar 2022 12:57
Salam arxa stoplar laklanib bunun cerimesi varmi ve ypx saxlayib cerime meydancasina apara bilermi?ve bundan basqa arxa stoplar laklama ve ya tundlewdirme ne derecede duzgundur.
Habib | 16 Yanvar 2022 15:04
Salam. Tündləşdirmək olmaz.
Avtosfer.az | 17 Yanvar 2022 12:56
Bir adamın adına neçe maşın ola biler
Fizuli | 16 Yanvar 2022 03:47
İstənilən qədər.
Avtosfer.az | 17 Yanvar 2022 12:55
Cermeni öyrənmək istəyirəm ki mənə pratakol yoxdu ancaq cerme gelibdi kamera EQ den və buna necə baxmaq olar harda vurulubdu cerme
Elxan | 16 Yanvar 2022 01:34
Asanpay.az saytında qeydiyyatdan keçib foto, video ilə tanış ola bilərsiniz.
Avtosfer.az | 17 Yanvar 2022 12:55
Salam avramabilin arxa nomre isiqlandicisin ikiside islemediyi ucun yol polisi ilk defe saxlayib cerime yaza bilermi yazarsa cermesi ne qederdi?
Qalib | 16 Yanvar 2022 01:28
Salam. Qanunda yazılıb ki, bu nasazlıq aradan qaldırıla bilirsə ona cərimə yazıla bilməz. İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi.
Avtosfer.az | 17 Yanvar 2022 12:53
Salam.Elave kalonkalar ve ses ucaldan qoşmaq qanun pozuntusu sayilimi??
Elmir | 16 Yanvar 2022 00:52
Salam. Dinamik və səsgücləndirici qadağan deyil.
Avtosfer.az | 17 Yanvar 2022 12:52
Salam.Vaz 2107 lider disk quraşdırmaq qanun pozuntusu sayılırmı?
Elmir | 16 Yanvar 2022 00:33
Salam. Ölçü böyükdürsə olmaz.
Avtosfer.az | 17 Yanvar 2022 12:51
Salam maşinin senedinde şasi nedir
Firuz | 15 Yanvar 2022 21:29
Saslam. Şassi iri maşınlarda olur. Məsələn Kamazda. Minik maşınlarında olmur.
Avtosfer.az | 17 Yanvar 2022 12:51
Salam.size cekdiyim inzibati xetalari nece gondere bilerem,paylashasiz yol polisi cerime tetbiq etsin ki belke birde qayda pozmasinlar
Ziyad | 15 Yanvar 2022 21:20
[email protected] emailina göndərin paylaşaq.
Avtosfer.az | 17 Yanvar 2022 12:46
Buna nece radiusa qeder diskiye icaze var?
Anar | 15 Yanvar 2022 18:07
Nəyə? Sualınızı aydın şəkildə verin.
Avtosfer.az | 17 Yanvar 2022 12:45
Salam vaz2106 aftomobilinde yaxin ve uzaq vuran isiqlar h1 ve h4 adi lampalardi. Men olari h1 ve h4 led'lerle evez ede bilerem? Qanunla bunun cerimesi var?
Alik | 15 Yanvar 2022 15:46
Salam. Ledlə əvəzləmək olar, amma normativ tələbləri pozmamalıdır. Stendlə hamısı yoxlanılmalıdır.
Avtosfer.az | 17 Yanvar 2022 12:44
Salam, meselen men masinimin dovlet qeydiyyat nomresini satdim. İndi isteyirem ki, 77ile istenilen bir nomre aformat eleyim. Neciyedi qiymet? 77ile luboy nomre neciye aformat olur? Ve 77ile istediyim nomre neciye aformat olur?
Elcin | 15 Yanvar 2022 15:21
Salam. 30 manat nömrədir, 30 manat da qeydiyyat şəhadətnaməsidir. Ümumilikdə 60 manat 80 qəpik.
Avtosfer.az | 17 Yanvar 2022 12:40
Salam.Polis əməkdaşı haqsız halda maşınımı dayanacağa(ştrafnoya) aparası olsa əgər və mən bundan narazı olsam maşınımın duracağa getməyinlə narazı olsam tabesizlik sayıb cerime ve yaxud başqa tədbir görməyə huquqları varmı bilmək istərdim. Öncədən təşəkkürlər.Bir sualımda varki ,məsələn ölü purjunuma görə bir dəfə saxlayıb xəbərdarlıq edilsə və gələn dəfə mən yenə üzəldə bilməsəm və həmin polis əməkdaşı 2 ci dəfə yenə saxlayıb mənə cərimə yaza bilər.və maşını dayanacağa apara bilər?
mahir | 15 Yanvar 2022 14:35
Salam. Ümumiyyətlə ölmüş yaylara görə polis əməkdaşı sizə cərimə yaza bilməz. Amma duracağa aparsa sizə protokol tərtib etməlidir. Siz də həmin protokoldan şikayət etməlisiniz.
Avtosfer.az | 17 Yanvar 2022 12:37
Masinin ban hissesi 20% den coxu qara rengdedir ama texpasportda masin qirmizi reng qeyd olunub,bu sebebden neqliyyat vasitesinin duracaga qoyulmasi duzgundurmu?
Isgender | 15 Yanvar 2022 10:10
Bəli aparıla bilər. Ona görə DYP-yə rəsmi müraciət edin, daha sonra qeydə aldırın.
Avtosfer.az | 17 Yanvar 2022 12:32
Salam Tural bey, Avtomobilin damına ferqli reng vinil çekilerse bu qeydiyyat shehadetnamesinde qeyd olunmalidirmi? Qanunda avtomobilin umumi kuzasinin 30% ne kimi rengleme ve ya vinil chekmeye icaze varmi? Varsa madde qeyd edebilersiz?
Yashar | 15 Yanvar 2022 02:13
Salam. Tural bəy deyil. Qanunda belə bir şey yazılmayıb. Ona görə istəyinizi öncədən DYP-yə rəsmi qaydada bildirin, razılıq aldıqdan sonra damın rəngini dəyişin.
Avtosfer.az | 17 Yanvar 2022 12:31