SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam, tekrar qeydiyyatla bağlı sizin kalkulyatordan istifadə edirdim. Çox sadə və rahatiydi. Artıq Yeni rusumlarda təsdiqlənib. Yeni rusumlarla kalkulyator ne vaxt istifadəyə veriləcək. Teşekkürler
Ruslan | 9 Yanvar 2022 13:35
Salam. Yaxın günlərdə istifadəyə veriləcək.
Avtosfer.az | 10 Yanvar 2022 13:37
Salam zehmet olmasa deyerdZ... nivada arxa purjunlar normalda neçe dene olmaldı ????
Aygün | 9 Yanvar 2022 12:56
Salam. Onu biz bilmirik. Mağazada yenisini götürüb baxa bilərsiniz.
Avtosfer.az | 10 Yanvar 2022 13:37
Salam.18 yaşdan aşaqı şexsin maşın sürmeyin cerimesi ne qederdi?.sağolun
Nicat | 9 Yanvar 2022 12:16
Salam. 100 manat. 60 manat da maşını ona verənə yazılır.
Avtosfer.az | 10 Yanvar 2022 13:36
Salam priyora ucun zavod istehsali sport yaylara polis duracaga apara bilermi
Fexreddin | 9 Yanvar 2022 01:48
Salam. Bəli apara bilər. Qadağandır sport yaylar.
Avtosfer.az | 10 Yanvar 2022 13:35
Salam gozel insanlar size onceden cox saqolun deyirem bizi melumatlandirirsiz .he sualim.budu arxa qazanin olmamasina gore ne qeder cerime var mawinda
Emrali | 9 Yanvar 2022 00:10
Salam. Qəsdən çıxarmısınızsa 500 manat.
Avtosfer.az | 10 Yanvar 2022 13:35
salam mende mawin karopqa robotlawdirilmiwdir karopqada p herfi yoxdu mawini sondurende netirala atib sondururem ve rucnoyu cekirem ne derecede duzgun dur xaiw edirem deyerdiz
Rustem | 8 Yanvar 2022 14:38
Salam. Bunu mütəxəssislərlə məsləhətləşin.
Avtosfer.az | 10 Yanvar 2022 13:34
Salam. 05.01.22 tarixinde Qusar sheherinde olmusdum, ve BNA terefinden cerime sms-i gelib mene (IXM 346.1). Ne shekili var, ne deqiq saat vaxti yazilib. Mia-gov.az ve SMSradar saytlarda hec bir cerime gostermir menim adima. Bilmek isterdim qayda pozuntusu video/foto subutu olmadan nece cerime yazila biler ve BNA rayonlar uzre fealiyyet gosterir ki (Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.) Onceden tesekkur edirem
Sabina | 8 Yanvar 2022 12:48
Salam. Yəqin Bakıda qayda pozmusunuz, sadəcə gec gəlib sms. BNA-ya zəng edib soruşa bilərsiniz.
Avtosfer.az | 10 Yanvar 2022 13:34
Mersedes E 280 ada keçirmek rüsmü neqederdi
Rza | 8 Yanvar 2022 11:43
72 manat rüsumu var. Nömrə də dəyişsə ümumi 94 manat.
Avtosfer.az | 10 Yanvar 2022 13:32
Salam alekum .Men bir qunde baki qusar yolunda bew defe radara duwmuwem suret heddinin awilmasi .eyni cerimeden qun erzinde nece denesi qele biler zehmet oomasa cavablayardiniz
Cavid | 8 Yanvar 2022 10:35
Salam. Aralarında zaman kəsiyi olduğu üçün hamısını ödəməlisiniz.
Avtosfer.az | 10 Yanvar 2022 13:30
Vaz2107 markalı maşına R14disk cermesi ne qederdir..
Coşqun | 8 Yanvar 2022 02:46
Əgər zavod ona icazə vermirsə 150 manat cəriməsi var.
Avtosfer.az | 10 Yanvar 2022 13:29
Salam her vaxdiniz xeyr. Masinim 4gozdu faranin icine sekildeki kimi angel eyes yigsam cerimesi varmi?. Varsa ne qederdi?
Elsen | 7 Yanvar 2022 22:07
Salam. Angel işıq qanunda nəzərdə tutulmadığı üçün quraşdıra bilməzsiniz. Hər bir işıq cihazı öz funksiyası üzrə işləməlidir.
Avtosfer.az | 10 Yanvar 2022 13:28
Salam,men sizden „sport yaylar qoyulanda hansi maddeye esasen cerime olunur“sorushdum sizde „342.2.2 ci madde“dediniz.Bes orda sözü geden normativ teleblerlerin pozulub pozulmadigini nece sübuta yetirirler yerinde?hemen vaxt telebin pozulub pozulmadigini gözle teyin etmek qeyri mümkündür ki avtomobilin kütlesi oxlar üzre beraber paylanib yoxsa yox yeni sübuta yetmir.hemen vaxt sübuta yetmediyine göre bu cerimeni yerinde tedbiq etmek qanunsuzdur protokol yazmiyib cerime meydancasinada aparmaq da qanuna ziddir.bele veziyyetde ne etmek lazimdirki her shey qanun cercivesinde olsun?
Ibrahim | 7 Yanvar 2022 21:45
Salam. İstehsalçı zavod "sport" yaylar istehsal etmir. Ona görə də həmin yaylardan istifadə qadağandır. Əgər avtomobilin istehsalçısı həmin yayları özü istehsal etsəydi, onda quraşdırmaq olardı.
Avtosfer.az | 10 Yanvar 2022 13:27
qardas men bilmek isteyiremki amerkanakanin cerimesi ne qederdi 200 manat cox deyilmi ona ve eger eledise ona gore masini iceri soxa bilerlemiki?
cavid | 7 Yanvar 2022 21:07
Maşın duracağa gedir və sürücüyə 150 manat cərimə yazılır.
Avtosfer.az | 10 Yanvar 2022 13:23
Salam mənim suruculuk vəsiqəmin vaxtina bir il var onu qabaqcadan dəyişə bilərəm yəni indilərdə
İlqar | 7 Yanvar 2022 13:30
Salam. Bəli dəyişib yeni nümunəli sürücülük vəsiəqsi ala bilərsiniz. Qiyməti 30 manat 40 qəpik. İstənilən Asan Xidmət mərkəzlərinə yaxınlaşa bilərsiniz.
Avtosfer.az | 7 Yanvar 2022 13:42
salam dunen men masimi iceri saldilar sebebde budu amerkanka pavarotnikin guclu yanamsi yan perdeler birde peredok amma men masinimda peredok yoxdu men baki demirem gence demirem masin sururem 10 ilde meni saxlayan olmayib indi bular saxladi 200 manatimi aldi bunu kimese sikayet etmek olarmi
cavid | 7 Yanvar 2022 10:33
Salam. "Amerikanka" dediyiniz işıq quraşdıra bilməzsiniz.
Avtosfer.az | 7 Yanvar 2022 12:38
Salam.mende yanacaq dawiyan kamazdir.qai mawin Duran yerde gelib ki trubka siqnala gore cerme meydancasina mawin gedmelidi.ama trubka siqnal kamazin radnoy siqnalidi Cox avazli siqnal deyil.bu ne derecede duzgundur senedimi alir sorada senendsiz icaze verirki Yola davam edmeye.nede oratolol yazmir
Ramil | 7 Yanvar 2022 09:58
Salam. Biravazlı siqnaldırsa buna cərimə düşmür. DYP-yə rəsmi şikayət edin.
Avtosfer.az | 7 Yanvar 2022 12:38
Salam suruculuk vesiqesinin vaxdindan 10 gun kecibse cerimesi ne qederdi ?
Emrali | 7 Yanvar 2022 09:06
Salam. Maşını sürsəniz 100 manat cəriməsi var. Amma dəyişdirən zaman heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 7 Yanvar 2022 12:37
salam arxa purjun olu oldukda cerime olunur
elvin | 7 Yanvar 2022 08:40
Salam. Buna görə cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 7 Yanvar 2022 12:36
Salam.BNA cerimesini ne qeder vaxt erzinde odemek lazimdir?maksimum muddet ne qederdir.eger bu muddet kecerse hansi tedbirler gorule biler?
Elsen | 7 Yanvar 2022 01:22
Salam. 1 ay ərzində ödəmək lazımdır. 1 ayı keçdikdən sonra üzərinə faiz gəlir.
Avtosfer.az | 7 Yanvar 2022 12:35
Salam Suruculuk vesiqemin foto seklini nece elde etmek olar
Bayram | 7 Yanvar 2022 01:16
Salam. Yalnız DYP-dən.
Avtosfer.az | 7 Yanvar 2022 12:35
salam masini davernesi vaxti kecib davernis goturmek isdeyrem masini sahibi bakida qaldigi ucun onu tapa bilmirem ozum xacmaz rayonunda qaliram .
merahim | 7 Yanvar 2022 00:45
Salam. Bunu yalnız DYP-dən, ya da ki, qeydiyyat şəhadətnaməsindəki ünvanın telefonunu soruşmaq üçün 109 zəng xidmətindən soruşa bilərsiniz.
Avtosfer.az | 7 Yanvar 2022 12:34
Gedebey reyonundan tovuz reyonunda 2106 aformut eledirmek isdeyirem eziyet olmasa risum haqini yazardiniz
Perviz | 6 Yanvar 2022 17:39
84 manat rüsumu var.
Avtosfer.az | 7 Yanvar 2022 12:32
99xz340 nomreli vaz2107 markali masn dosdumundur arxa yaylar 10kruq yerinde ola ola masni dutacaqa yerlesdiribler Ag seher masnin arxasinda 30litirlik su kanistri olub ne ede bilerem?
Teymur | 6 Yanvar 2022 13:18
DYP-yə rəsmi şikayət edin.
Avtosfer.az | 7 Yanvar 2022 12:31
aftoxuliqan cerme meydancasina apara biler ? 511? meni apariblar masnda strafnoydadi sikayet ede bilerem?
Teymur | 6 Yanvar 2022 13:16
Avtoxuliqanlığa görə maşının duracağa aparılması qanunda nəzərdə tutulmayıb. Şikayət etmək hüququnuz var.
Avtosfer.az | 7 Yanvar 2022 12:30
50 manat cərimə nəyin cəriməsi ola bilər?
Hemze | 6 Yanvar 2022 09:29
Texniki baxışın, sığortanın, sürəd həddinin aşılması və.s
Avtosfer.az | 7 Yanvar 2022 12:30
Salam.oğul anasının maçının ehtibarname olmadan idare ede biler?
Alik | 6 Yanvar 2022 00:40
Salam. Xeyr. Mütləq etibarnamə olmalıdır.
Avtosfer.az | 7 Yanvar 2022 12:29
Dizelnen işleyen maşinlara ekologiya cerimesi düşür?
Alik | 6 Yanvar 2022 00:36
İşlənmiş qaz normadan artıq çıxırsa cəriməsi var.
Avtosfer.az | 7 Yanvar 2022 12:28
2013 niva urban yigilib senede qeyd olunmayıb qanunla cəriməsi varmi
Ulvi | 5 Yanvar 2022 22:52
Heç bir cəriməsi yoxdur. Bu cür dəyişikliyə görə sənədə nəsə yazılmasına da ehtiyac yoxdur.
Avtosfer.az | 7 Yanvar 2022 12:23
Salam F30 2015 m3 yigilma qeyd olunub texpasportda mende sesbogucunu deyishib bashqa sesbogucu qoymusham 2 cixishli tustu cixi dyp emekdashi saxladi meni dayanacaq apardi ki ancaq m3 oz orginal sesbogucusunu qoya bilersen bu konstruksiya deyishikliyidi .Bele halda hansi qanun pozuntusu var? deyir ses db normaldi amma qazani deyishmisen deye duracaqa getmelisen . onceden tesekurler
Afin | 5 Yanvar 2022 20:50
Salam. Siz heç bir qaydanı pozmamısınız. Buna görə də nə cəriməsi var, nə də ki, maşın duracağa getməməlidir.
Avtosfer.az | 7 Yanvar 2022 12:22
Salam bizim maşını 511.1 maddəsi adıyla cərimə meydançasına apardılar pratakolsuz BDYPİ də adam qalmadı şikayət etməyək ki həmin maddəylə maşın cərimə meydançasına getməməlidi və avtoxuliqanlığa aid heçnə sübut edə bilmədilər başladılar burjun kəsiydi nəmm nədi axırdada arxa stopa görə guya qanunsuzdu buraxmadılar nə pratakol var nə bişey kimin yanına geddiy dedi ged deyirəm verir maşını ancaq hamı boş oldu süründürməçiliy bütün günü hələdə maşın ordadı.bilmirsiz nədi istəyləri maşını buraxmıllar və pratakol yazmıllar
Tofiq | 5 Yanvar 2022 20:05
Salam. Məhkəməyə müraciət edin.
Avtosfer.az | 7 Yanvar 2022 12:21