SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam menim maşnim nivadı ama urban buferleri qoyulub senetde unversal yazlib indi davernusun vaxtna az qalib adma aformut etdirecfm setde urban kimi qeyid etrmeyin rüsmü ne qdremdi yeni iksi bir yerde hem adma aformut hemde urban kimi qeyid etdirmek
Vusal | 14 Dekabr 2021 22:08
Salam. Bu dəyişikliyə görə "urban" yazılmasına ehtiyac yoxdur.
Avtosfer.az | 15 Dekabr 2021 16:00
Salam qızdırılmış purjuna yada kesik purjuna cerime var?
Fuad | 14 Dekabr 2021 20:54
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 15 Dekabr 2021 15:59
Menim aftmabilimin (99-DE-582) ön nömresi itib. Çox xaiş edirem paylaşın belke kimse görer bildirer. Bundan elave tapa bilmesem eger yeni nömre almaq mene ümumi neçiye başa gelecek? Ve hardaN alinmali hansi üsularla. Zehmet olmasa bilgilendirersiz
Reşad | 14 Dekabr 2021 16:06
Yeni nömrə almaq üçün öncə yaşadığınız yerin polis idarəsində nömrənin itməyi ilə bağlı ərizə yazın, arayış aldıqdan sonra qeydiyyatda olduğunuz ünvanın qeydiyyat-imtahan şöbəsinə yaxınlaşın. Bundan sonra 25 manat qeydiyyat şəhadətnaməsinə və 22 manat nömrəyə görə rüsum ödədikdən sonra 30 dəqiqə ərzində yenisi ilə əvəz olunacaq. Köhnə nömrə vrilməyəcək.
Avtosfer.az | 15 Dekabr 2021 15:59
Salam, men protokol ve shikayetimle baqli BDYP muraciyyet etdim, defterxanadan qonderdiler "padvala", orada bir polisle danishdim ve o mene sohledi ki bes mehkemeye muraciyyet edin, dedim mene qerari ve ya shikayetime cavab verin muraciyyet edim. Cavab verdiki email unvani yazin, biz size 2-3 qune elektron unvana mektub qondereceyik. Nerazi olsaz cavabdan, mehkemeye muraciyyet ede bilrsiz. Emaili bir heftedir ki qozleyirem. Bir de ki, videolari size men hansi elektron unvana qondere bilerem ya YouTuba yukleyim?
Ismayil | 14 Dekabr 2021 16:02
Videonu [email protected] emailina göndərin. Sizə Badamdardakı DYP-yə getmişdiniz, yoxsa Xırdalana?
Avtosfer.az | 15 Dekabr 2021 15:56
Men seriya nömrəsi 03 BJ 650 olan avtomobilin sonuncu defe kime satıldığını necə öyrənə bilerem
Azər Kərimov | 14 Dekabr 2021 14:16
Yalnız DYP-dən məlumat ala bilərsiniz.
Avtosfer.az | 15 Dekabr 2021 15:54
Salam. Vaz ön yan şuseler tundluyune icaze var? ( patpresde ) Zavod istehsalli şuselerdir. Varsa nece % olmalidir? Vaza birde sport yaylarin cerimesi var? Oda zavod istehsali vazçun
Ilkin | 14 Dekabr 2021 14:00
Salam. 25 faiz tünd ola bilər. Həmin tündlüyü isə plyonka ilə etmək olmaz. Şüşənin özü 25 faiz tünd ola bilər.
Avtosfer.az | 15 Dekabr 2021 15:53
Salam. Hyundai elantraya sport yaylar qoysam dyp cerime yazib dayanacaqa apara biler?
Vuqar | 14 Dekabr 2021 02:23
Salam. Belə dəyişikliyə icazə verilmir.
Avtosfer.az | 15 Dekabr 2021 15:52
Salam menim masnim 2005 ci il kia sorentodur... texpasportda ban novne (tip yazlan) universal yazilib ... ofroder suv yazilmali deilmi?
Turan | 14 Dekabr 2021 02:10
Salam. Maşının kitabçasında nə yazılıbsa qeydiyyat şəhadətnaməsində də o yazılmalıdır.
Avtosfer.az | 15 Dekabr 2021 15:46
Salam men isden gelende azpetrola geden zaman ön nomre orda dusub ve men bilmemisem ypx saxlayib sobeye apardilar ve men qayitdim eyni yolu nomreni tapdim bunun cermesi var?
Nicat | 14 Dekabr 2021 01:35
Salam. Əgər həqiqətən də bilməmisinizsə buna görə cərimə yazmaya bilərdi.
Avtosfer.az | 15 Dekabr 2021 15:44
Salam mene cerime gelib 100 manat 4 bal ama video goruntu yoxdur yalniz sekil vasitesi ile gelib bu duzdur ya yox?
Tural | 14 Dekabr 2021 00:52
Salam. Nə ilə bağlı yazılıb cərimə?
Avtosfer.az | 15 Dekabr 2021 15:39
Masin 1977 ci ilin masinidi arxa yaylari 10 faldi ama masinin arxasi asaqidi ona gore cerime meydancasina gede biler masin?
Qurban | 13 Dekabr 2021 18:49
Əgər yaylara müdaxilə etməmisinizsə duracağa aparıla bilməz.
Avtosfer.az | 15 Dekabr 2021 15:23
Salam, hər vaxtınız xeyir. Qərarlı protokol ilə razı deyiləm, qayda pozmağımla bağlı bir sübut yoxdur (şəkil, videogörüntü). Bu haqda AsanPay'də şikayət yazdığım halda 20 günə yaxındır ki, cavab ala bilməmişəm. Məsələni məhkəmənin həll etməsi üçün nə etməliyəm? Hara və necə müraciət etməlyəm, forması nədir ? Əvvəlcədən təşəkkürlər.
Nail Harunov | 13 Dekabr 2021 13:44
Salam. Qeydiyyatda olduğunuz rayonun məhkəməsinə müraciət edə bilərsiniz.
Avtosfer.az | 13 Dekabr 2021 14:37
salam Mənim masinimi usda sərxoş və suruculuk vəsiqəsi olmadan idarə edib mən polis əməkdaşları maşını dayanacaqa aparıb mən maşınını çıxarmağa mənə cərimə yazilir xahiş edirəm köməklik edərdizdə
Ibrahimov Salman Savalan glu | 13 Dekabr 2021 11:58
Salam. Siz maşını niyə ustaya verirdiniz ki, sonu da belə olsun? Bununla bağlı sizə heç bir köməklik göstərə bilməyəcəyik təəssüf.
Avtosfer.az | 13 Dekabr 2021 12:30
Salam, maşını adıma keçirtmek isteyirem, lakin aidiyyeti idare emekdaşları mene bildirirler ki, npmrenin evvelki yiyesi gelmelidir ki, icaze versin nömreni saxlayaq, eks halda nömre deyişilecek. Men bilmek isteyirem ki, bu prosedur necədir. Onların nene dedikleri qanunidir yoxsa yox?
İlqar | 13 Dekabr 2021 11:19
Salam. Bəli düz deyirlər. Nömrənin sahibi ya gəlib alqı-satqıda iştirak etməlidir, ya da notarial qaydada icazə verməlidir.
Avtosfer.az | 13 Dekabr 2021 12:29
Nəqliyyat vasitesini. Purjunsuz sürmək cerimedi
Nicat | 12 Dekabr 2021 22:49
150 manat cəriməsi var.
Avtosfer.az | 13 Dekabr 2021 12:28
Salam .Mən generalni davernusnan maşın almışam . Ancak texpasport da yiyəsi tamam başka adamdır . Mənə generalni davernus verən adam davernus ləğv edirəm bilərmi ?
Orxan | 12 Dekabr 2021 21:58
Salam. Qeydiyyat şəhadətnaməsində kimin adı yazılıbsa o ləğv etdirə bilər.
Avtosfer.az | 13 Dekabr 2021 12:27
Salam aleykum VAZ 2109 da on tərəf peredoku nece barmaq olmalidi
Nicat | 12 Dekabr 2021 20:44
Salam. O barmaqla ölçülmür.
Avtosfer.az | 13 Dekabr 2021 12:26
Salam, Faraya plonka vurmag qadagandirmi?Eger qadagandisa xahiesh edirem hansi maddeli protokol tedbiq oluna biler.
Neriman | 12 Dekabr 2021 19:24
Salam. İnzibati Xətalar Məcəlləsinin 342.2.2 ci maddəsi ilə inzibati xəta tərkibi yaradır.
Avtosfer.az | 13 Dekabr 2021 12:26
menim maşinimin stoplari zavodskoy qara rengdedi meni bu gün qayi saxlayib maşinimi ştrafnoya aparib Reyis sizce bu qanun esasinda duzdu yoxsa nece
xaliq | 12 Dekabr 2021 18:27
Zavod tərəfindən qara ola bilməz. Nə maşınıdır?
Avtosfer.az | 13 Dekabr 2021 12:23
18 yasina catmamis sexsin masin surmeyinin cerimesi ne qederdir
Kamran | 12 Dekabr 2021 13:23
100 manat sürənə, 60 manat isə maşını ona verənə yazılır.
Avtosfer.az | 13 Dekabr 2021 12:22
Salam. Vaz 2106 markali avtobobile arxa isiqlara spiçka qurasdirmisam. Zadniya verende spickalar yanir sonur . Polis meni cerme meydancasina apara bilermi . Ve ne qeder cerme yazilir
Remzi | 12 Dekabr 2021 11:41
Salam. Əlbəttə apara bilər. 150 manat cəriməsi var. Maşın üzərində belə dəyişikliklər etməyin. Maşın oyuncaq deyil, nəqliyyat vasitəsidir.
Avtosfer.az | 13 Dekabr 2021 12:22
Salam. Brizqavikə görə ypx məni cərimə edə bilər? Əgər yerində həll edib brizqaviki taxıramsa cerime ede biler?
Murad | 12 Dekabr 2021 09:36
Salam. Xeyr cərimə edə bilməz.
Avtosfer.az | 13 Dekabr 2021 12:21
Avtomobil ag rengdedi. Onun damini bashqa renge boyasam. Texniki passporta nece ve necheye birde hrda qeyd etdire bilerem?
Kamran | 11 Dekabr 2021 22:18
Bununla bağlı DYP-yə müraciət etməlisiniz. Rüsumu 25 manat 40 qəpikdir.
Avtosfer.az | 13 Dekabr 2021 12:20
Salam. Avtomobili oz adima kechirmek isteyirem. 2001 ci ilin masinidi muherril 2000 kub sm. Ne qeder dovlet rusumu odenilecek? Nomre deyishilmeyecek , texniki baxishdan kechib.
Shahin | 11 Dekabr 2021 22:09
Salam. 55 manat 80 qəpik rüsumu var.
Avtosfer.az | 13 Dekabr 2021 12:19
Eyni ehemiyetli yolda men saqa donuremse ve donduyum terefden gelen vaz 2107 markali avtomobil sola men geldiyim terefe donurse ve nizamlanmamiw yolda sadece 1.1 xetti her iki terefde varsa mende yol ayricima daxil olarken saq terefden gelen 2107 a-m yol vermeliyem halbuki 2107 markali avtomobil sola donerken eks yola daxil olur ve menim geldiyim zolaqi taptaliyir qeza baw verir gunahkar kimdir???
Sabuhi | 11 Dekabr 2021 21:43
Siz sağa dönürsünüzsə onunla trayektoriyanız kəsişmir axı. O sizə necə dəyib? Aydın olmadı.
Avtosfer.az | 13 Dekabr 2021 12:16
Salam, Kaylover qurasdirmaq qanunsuzdurmu? Ve yaxud texpasporta M paket, tuning yazdiraraq istifade etmek olarmi?
Yusif | 11 Dekabr 2021 20:32
Salam. Kaylover nədir?
Avtosfer.az | 13 Dekabr 2021 12:14
Salam. Men surucuyem ve avtomobilde olan sernisin kemer baglamadigina gore ona cerime yazlib. Sualim odur ki, elave etdiyim fayldaki kimi, yəni, avtomobilin cerimesi kimi de hemin cerime gorunur. Cerime duzgun yazilib?
Seymur Əhmədov | 11 Dekabr 2021 18:14
Salam. Bəli düzgün yazılıb.
Avtosfer.az | 13 Dekabr 2021 12:13
Salam Vaz 2107 markali avtomobili Momo rulun cerimesi var?
Cavid | 11 Dekabr 2021 12:03
Salam. Cəriməsi yoxdur. Ətraflı məlumat almaq istəyirsinizsə təqdim etdiyimiz linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 13 Dekabr 2021 12:12
Salam faranin plyonkasi 15% dikdi işıqların yanmagina problem yaratmır cerimesi varmi ?
Mamed | 11 Dekabr 2021 11:28
Salam. Faraya plyonka çəkilməsi qadağandır.
Avtosfer.az | 13 Dekabr 2021 12:11
Salam.Sürücülük vəsiqəsi almaq üçün göz əlamətləri,görmə qabiliyyəti və s.qaydalarını hansı mənbədən oxuyub məlumatlana bilərəm?
Vəfa | 11 Dekabr 2021 10:58
Salam. Bununla bağlı Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 41 nömrəli qərarını oxuyun. Olsa bu qərarda olacaq. "Yol hərəkəti haqqında" qanunda bununla bağlı heç bir şey yazılmayıb.
Avtosfer.az | 13 Dekabr 2021 12:06