SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. Nizamlanmayan dairəviyol ayrıcında hərəkətdə olan zaman mənim avtomobilimi sağdan gələn avtomobil vurdu. Qeyd edim ki yolda hərəkət üstünlüyü məndə idi. Və nəticədə həmin avtomobilin sürücüsü ağir xəsarət aldı, həmin avtomobilin sürücüsü sürət həddini aşmışdı, mənə yol verməli olduğu halda mənim yoluma çıxıb mənim avtomobilini vurub, onun nə sığortası var nə də kəmər tapmışdı, ona inzibati cəri yazılır mənə isə onu görməyim halda cinayət işi açılıb ki niyə hadisənin qarşısın almamısız. Ekspert isə məni yol hərəkəti haqqında qanunun 50.1 ni pozduğumu iddia edir, bu nə qədər düzdür?
Əli | 6 Dekabr 2021 22:50
Salam. Siz qəzanın qarşısını ala biləcəyiniz halda almamısınızsa, o halda məsuliyyətə cəlb oluna bilərsiniz. Tövsiyə edirik ki, yaxşı bir vəkil tapıb ona müraciət edəsiniz.
Avtosfer.az | 8 Dekabr 2021 15:09
Salam. Lada priora markalı maşına sport purjun önə və arxaya sertifkatla ona cərmə düşür?
Anar | 6 Dekabr 2021 22:09
Salam. Belə şifahi cavab vermək düzgün sayılmaz. Əgər normativ tələbi pozursa quraşdırmaq olmaz.
Avtosfer.az | 8 Dekabr 2021 12:16
Salam.Lada 2115 avtomobilinde ön dönme işıqlarna iki kontakt lampa qoyulsa,yani bir kontakt patfarnika digeri donma işığına qoşulsa elave avadanlıq kimi cerima yazila bilarmi?
Akşin | 6 Dekabr 2021 21:18
Salam. Qadağandır bu. 150 manat cəriməsi var.
Avtosfer.az | 8 Dekabr 2021 12:16
2106 yuk yerine nece kiloluq yuk qoymaq olar qanunla?
Qurban | 6 Dekabr 2021 20:10
Bunu internet üzərindən axtara bilərsiniz.
Avtosfer.az | 8 Dekabr 2021 12:15
Salam, bilmek istirem ki EQ protokolu ne üçün yazılır. Mene yazılan cerimelere onlayn öyrene bilirem ama hansı sebebd2n yazılıb onu bilmirem. Nece öyrene bilerem bunu? Zehmet olmasa cavablandırardız
Aygün | 6 Dekabr 2021 19:38
Salam. EQ-elektron qərar deməkdir. Bunu bilmək üçün asanpay.az saytında kabinet yaradıb qərarlarla, video foto ilə tanış ola bilərsiniz.
Avtosfer.az | 8 Dekabr 2021 12:14
Salam mən Aftombiim.adım keçirmək isdəyirəm Mersedes Benz markalı Ceşqa 2/2 mayor gücü onun rüsumun mən deysinz te.0506959293
Mübariz Əhmədov | 6 Dekabr 2021 18:28
Salam. Bu link vasitəsi ilə rüsumları hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 8 Dekabr 2021 12:11
Activ ses sistemi (adi bele gedir ) sondurmey yandirmag olur ve porshede ve son yeni masinlarda oldugu kimi, ses sistemi ozunden qoymag bunu olar bizde zavadskoy bmw M paketdir masin olar olmaz? teshekur edirem cavabiniza gore sekilde gördüyünü kimi sondurmeyde olur onu
emil | 6 Dekabr 2021 17:28
Quraşdıra bilərsiniz, heç bir problem yoxdur. Buna görə cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 8 Dekabr 2021 12:10
Onda dayanma-durma ve daynma nishanlarinin fergi nedir?
elesger | 6 Dekabr 2021 17:03
"Dayanma qadağandır" o deməkdir ki, orada hərəkət sürətini sıfıra salmaq olmaz. 1 saniyə dayandınızsa, deməli qayda pozmuş hesab olunursunuz. "Durma qadağandır" isə o deməkdir ki, orada yalnız dayanıb adam mindirib-düşürə bilərsiniz və ya yük vurub-boşalda bilərsiniz. Amma siz gəlib maşının içində kiminsə binadan düşməyini və ya mağazadan çıxmağını gözləyirsinizsə qaydaları pozmuş hesab olunursunuz.
Avtosfer.az | 8 Dekabr 2021 12:03
mende zavod bmw m paketdir a.ma bu tex pasportda qeyd etmeyibler bu na gore her hansi narahat etme ola biler ?
emil | 6 Dekabr 2021 16:54
Xeyr. Belə şeyin qeydiyyat şəhadətnaməsinə yazılması qanunda nəzərdə tutulmayıb.
Avtosfer.az | 8 Dekabr 2021 12:00
salam ses sistemi mobil telefonla yandirib sonurse men ses sistemi yandirmiramsa ypx saxlaya bilermi ?
Emil | 6 Dekabr 2021 16:52
Salam. Söhbət hansı səs sistemindən gedir? Sualı aydın və ətraflı yazın.
Avtosfer.az | 6 Dekabr 2021 16:54
onceki suala baxin. Dayanma durma yox, dayanma gaydasinin pozulmagina gore.
Elesger | 6 Dekabr 2021 15:45
Durma qadağandır nişanının təsir dairəsində də maşının içində gözləyə bilməzsiniz.
Avtosfer.az | 6 Dekabr 2021 16:53
Salam men size sual vermisdim forda polka qurasdirmaq olarmi? Siz yazmisiz yuk masinidisa olar. Bunu polis neferine nece izah edim xahis edirem mene komey edin esaslandirmaq ucun bir qanun maddesi girsedin cox xahis edirem
Samir İslamov | 6 Dekabr 2021 15:38
Belə bir qanun maddəsi yoxdur. Yəni qanunda bununla bağlı heç bir məhdudiyyət yoxdur.
Avtosfer.az | 6 Dekabr 2021 16:51
Lada piryoraya arxa sport amatizator ve sport prujunlar qoymaq isdiyrem serfikati var cerimedi yoxsa qanuni?
Ulvi | 6 Dekabr 2021 15:26
Onu belə demək çətindir. Mütəxəssis rəyi lazımdır ki, görək normativ tələbi pozur, yoxsa yox.
Avtosfer.az | 6 Dekabr 2021 16:50
Salam!Xahiş edirəm bildirəsiniz oğulun adına olan avtomobili eyni ünvanda yaşayan atası etibarnaməsiz idarə edə bilərmi?
Zülfüqar | 6 Dekabr 2021 14:16
Salam. Mütləq etibarnamə lazımdır.
Avtosfer.az | 6 Dekabr 2021 16:50
salam. Dayanma durma protokolu Sheher kameralar terefinden avtomobili chekib yazila bilermi? Yoxsa yalniz polis emekdashlari cheke biler?
Mehti | 6 Dekabr 2021 14:09
Salam. Şəhər kameraları ilə çəkilməsi qanunsuzdur.
Avtosfer.az | 6 Dekabr 2021 16:49
Salam avtomobilde sonuncu etibarname menim adima oldugu ucun butun cerime ve ballar mene yazilir eger cerimeni men yox menden onceki etibarname olan sexs edibse men nece ede bileremki cerime ve ballar mene yox o sexse yazilsin.cox sag olun
Parviz | 6 Dekabr 2021 12:39
Salam. Bunun üçün DYP-yə müraciət edib cərimələrin həmin şəxsin adına keçirilməsini tələb etməlisiniz. Bu link vasitəsilə müraciət edə bilərsiniz. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 6 Dekabr 2021 16:49
Salam on fara 15% lik plonka cerimesi var? Ve neqederdir?
Qeyser | 6 Dekabr 2021 10:49
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 6 Dekabr 2021 16:47
Salam. Maşının on ve arxa buferi acib ustaya vermişem usta ise 5 gün sora vereceyini bildirir. Bununla baglı nese cerime var?
Xalıq | 6 Dekabr 2021 10:00
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 6 Dekabr 2021 16:47
Salam. Men vereselikle masini adima kecirmeliyem. 1.8 matordu. 2 ay evvel texniki baxisdan kecib. Indi oz adima kecirdende Nelere Ne qeder dovlet rusumu odemeliyem.? Zehmet olmasa cavab vererdiz. Indide tesekkur edirem.
Vaqif | 6 Dekabr 2021 05:57
Salam. Sadəcə qeydiyyat şəhadətnaməsinin rüsumunu ödəyəcəksiniz. 25 manat 40 qəpik.
Avtosfer.az | 6 Dekabr 2021 16:47
Avtomobil Aformut rüsum 21.06
Mübariz Əhmədov | 6 Dekabr 2021 02:20
Bu link vasitəsi ilə rüsum haqqında məlumat ala bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 6 Dekabr 2021 16:45
Salam menim mawinini Fialetvi patprese göre duracağa qoyublar. Plyonka deyil. Wuwenin ozu Eledir. Düzgündür yoxsa yox ?
İlkin | 6 Dekabr 2021 00:48
Salam. Şəffaflıq 75 faizdən az deyilsə düzgün etməyiblər. Şüşənin rəngini ölçməlidirlər.
Avtosfer.az | 6 Dekabr 2021 16:45
Salam. Mənim avtomobilimin arxa stopu qaraldılmışdı. YPX məni güya düz xətti tapdamaq üstündə saxladı. Sora həpsi var dedi mənim cərimələrim varıymış. Amma stoplara görə bir protokol və ya cərimə yazılmayıb mən çıxara bilərəmmi cərimələri ödədikdən sonra?
Nihal | 5 Dekabr 2021 23:28
Salam. Bəli çıxara bilərsiniz.
Avtosfer.az | 6 Dekabr 2021 16:44
Salam, 04.11.2021 terixde mene protokol tertib olunub. Protokolda unvan sehf qed olunub ve shekillerde hec bir dayanma durma nishan qeyd olunmayib, sadece menim tratuarla paralllel saxladiqim avtomobil. Shekil cekildiyi unvan yashadiqinevimin qabaqidi. Bir saat kecmeden men asanpay shikayet formasini doldurdum ve shekil yukledim harda ki hec bir dayanma durma nishan ve s qorunmur. Bir ay kecib, hec bir cavab gelmeyib. 902-de deyiller mehkemeye verin :) Men mehkemeye vermeye haziram cunki bu protokol tam qanunsuzdur sadece sizden cox hahish edirem, proseduru mene izah edin men ne etmeliyem ve hera shikayet yazmaliyim? Qabaqcadan teshekkur.
Ismayil | 5 Dekabr 2021 23:18
Qərarı aldığınız vaxtdan 10 gün müddətinə qeydiyyatda olduğunuz rayonun məhkəməsinə müraciət edə bilərsiniz. Küçənin başlanğıcından video çəkib bizə göndərsəniz biz də işıqlandıra bilərik.
Avtosfer.az | 6 Dekabr 2021 16:43
Salam mende ford transidi mene maraqlıdı ki artıq çekiye göre maşın cerme meydanına aparılır yoxsa yerinde artıq yük boşaldılmalıdır 1 de cermesi neqederdir
Anar | 5 Dekabr 2021 17:20
Salam. Buna görə maşın duracağa aparıla bilməz. Yerindəcə boşaldılmalı, 40 manat cərimə yazılmalıdır.
Avtosfer.az | 6 Dekabr 2021 16:41
Salam. istismara yararsiz arxa yayin cerimesi ne qederdi?kesilmiyib ve qizdirilmiyib illerle istifade olundugu ucun olub
Elsever | 5 Dekabr 2021 14:21
Salam. Bunun heç bir cəriməsi yoxdur.
Avtosfer.az | 6 Dekabr 2021 16:20
Salam 1998 çeşka amerkanka işığa icazə var?
Teh | 4 Dekabr 2021 23:14
Salam. Xeyr.
Avtosfer.az | 6 Dekabr 2021 16:12
aSlam. Bildirmək istəyirəmki insanların hörmət bəslədiyi və Sizin şirkətdə çalışan Hüquqşunasınız Əşrəf müəllimin şıxışlarında kamera ilə çəkilmiş foto ilə yazilmış cərəmələr inzibatı xətalar məcəlləsində göstırilmədiyinə görə yazilan cərimələr qanuna zidd olmasını bildirmişdir. Lakin BNA kamera ilə çəkilmiş fota ilə cərimələr yazır buda insanların haqlı narazılığına səbəb olur. Odurki normativ aktlara əsaslanaraq maddələri göstırmıklə bir yazı dərc etməyinizi xahiş edərdim.
Adil | 4 Dekabr 2021 20:43
Salam. Bu cür yazılar çox gedib bizdə.
Avtosfer.az | 6 Dekabr 2021 16:11
Salam. Mənə bir şey marağlıdı. Nəyə görə vaz maşınlarına kvadrat nömrə verilmir ? Ancağ başqa maşından aformut elyəndə götürməy olur yəni bunu eliyən var əvvəl bmv e36 kuzanın üstündə 10 kg 012 nömrəsindən biri kvadrat idi. 2107yə aformut edəndədə həmin cür vurdu üstünə. Əgər belə yolu varsa bunu birdəfəlik kvadrat versinlərdə.
Ferid | 4 Dekabr 2021 20:28
Salam. Hansı maşının nömrə hissəsi kvadrat istehsal olunursa həmin maşınlara verilir kvdarat nömrə.
Avtosfer.az | 6 Dekabr 2021 16:11
Salam men maşın almışam probeqi çəkilib satıblar ve men aldadilmisam .buna göre her hansı ceza tədbiri varmı?
Resad | 4 Dekabr 2021 12:17
Salam. Məhkəməyə müraciət edə bilərsiniz.
Avtosfer.az | 6 Dekabr 2021 15:45
Salam. VAZ 2115 üçün sport -90 -70 -50 amarzator qoysam cermə edə bilər polis əməkdaşı meni purjunla ? Amarzatorlarin sertifikatı var ama Hal hazırda maşınında sport amarzator zavod purjundu cermə oluamisam. Dəyişib sport qoymaq isdeyirem. Maşının texpasportu na sporta yığılıb yazdırmaq mümkündü o şeyləri rahat qoymaq ucun
Ismet | 3 Dekabr 2021 23:24
Salam. Verdiyiniz sual tam aydın olmadı. 90-70- 50 nədir?. Əgər normativ tələbi pozursa quraşdırmaq olmaz.
Avtosfer.az | 6 Dekabr 2021 15:44