SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam eq7985493 ne cerimesidi neye göre bu protokol tertip olunur?
Eldar | 9 Oktyabr 2021 03:30
Salam. 45 manat cərimədir. Nəyə görə yazıldığını biz bilmirik. RUSLAN MAHMUDOV-un adına elektron kabinet yaradıb cərimə və fotoları ilə tanış ola bilərsiniz.
Avtosfer.az | 11 Oktyabr 2021 12:28
Salam menim maşınım Opel Astra h madeli di onun arxa stopuna Vinil çəkdirmək istəyirəm qara rəng cəriməsi var ya yox varsa nə qədərdi xaiw edirəm cavablandirasiz
Ulvi | 8 Oktyabr 2021 23:58
Salam. 150 manat cəriməsi var.
Avtosfer.az | 11 Oktyabr 2021 12:22
Demir zolagin acig oldugu ve kecid qadagandir nisani olmuyan yerde vetendasin cerimelenmesi mumkundumu?
Eflatun | 8 Oktyabr 2021 22:19
Sualnız aydın olmadı. Dəmir zolağı nədir, keçid qadağandır nişanı hansıdır?
Avtosfer.az | 11 Oktyabr 2021 12:21
Salam zehmet olmasa vaz 2107 zavod peredoka neler daxildir izah ede bilersiz
Cavid | 8 Oktyabr 2021 18:00
Salam. Biz usta deyilik.
Avtosfer.az | 11 Oktyabr 2021 12:21
Salam Men masinimin matorunu deyismisem.Amma senedde deyisdiyim nomre yazilib.Indi mene prablem yaradir halbuki muherrik ogurluq deyil.Men teze matorun nomresini dwyismek,yazmaq ucun senede neynwmeliyem
Samir | 8 Oktyabr 2021 17:37
Salam. Bunun üçün mühərrikin mənbə sənədini təqdim etmək lazımdır və yaxud da avtomobili DYP-nin duracağında saxlayıb araşdırılmasını tələb etməlisiniz.
Avtosfer.az | 11 Oktyabr 2021 12:20
Ama menden polis 150 manat pul aldi ve 40 manat verme yazdı mene
Cavid | 8 Oktyabr 2021 17:09
DIN-ə rəsmi qaydada şikayət ərizəsi ünvanlasınız pulunuzu geri ala bilərsiniz.
Avtosfer.az | 11 Oktyabr 2021 12:19
Salam. Etibarnamenin vaxtı kecibse cerime ne qederdi? Ve hansi maddeye esasen ?
Səməd | 8 Oktyabr 2021 16:30
Salam. 40 manat cəriməsi var. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə əsasən.
Avtosfer.az | 8 Oktyabr 2021 16:50
Salam..maşını alqı satqı ederken texniki nasazlıqlar aradan qaldırılmalıdırmı..?
Natiq | 8 Oktyabr 2021 15:34
Salam. Gələn ilə kimi texniki baxış varsa, nasazlıq olsa belə qeydiyyatdan keçirilməlidir. Yox əgər bu il texniki baxışın vaxtıdırsa, o zaman qeydiyyat vaxtı tormoz və sükan idarəetmə mexanizimində nasazlıq aşkar olunarsa qeydiyyatdan imtina edə bilərlər.
Avtosfer.az | 8 Oktyabr 2021 16:17
Salam texniki baxisdan kecmeyen neqilayat vasitesi kameralar vasitesiyle cerime olunduqda 1 ay tamam olmadiqda ve neqliyat vasitesi baxisdan kecmedikde tekrar hemen cerime yazila bilermi?
Xasay | 8 Oktyabr 2021 06:18
Salam. Cərimə yazıldıqdan sonra 20 gün möhlət verilir. 21-ci gün maşını sürsəniz kameralar təkrar protokol tərtib edəcək.
Avtosfer.az | 8 Oktyabr 2021 15:21
Salam mən şirkət maşını sürürəm maşınla avto qəza totediremse maşın yoldan çıxıb aşir bunun cermesi ne qederdi ve buna göre menim pravam MEROYa gedə bilər yeniden imtahanı vermeye üçün? Ama menim pravam ola ola sürmüşəm və yol vereqəside menim adınadır zəhmət olmasa cavab verərdiz
Cavid | 8 Oktyabr 2021 02:10
Salam. Əgər qəzada xəsarət alan yoxdursa və əks yola çıxmamısınızsa bunun cəriməsi 40 manatdır. Əks yola çıxdığınız hald isə uzağı 3 bal 60 manat cəriməsi var. Sürücülük hüququndan məhrum oluna bilməzsiniz.
Avtosfer.az | 8 Oktyabr 2021 15:20
10 uy 025 niva markalı maşın kimin adnadı
Nazlı | 7 Oktyabr 2021 18:50
Bunu DYP-dən soruşun.
Avtosfer.az | 8 Oktyabr 2021 15:18
Salam hava limani daxilinde odenis aparati onunde qezam olub burda kunah kimdedi
Elcin | 7 Oktyabr 2021 06:30
Salam. Biz bilmirik axı qəza necə baş verib. Təfərrüatı yazın.
Avtosfer.az | 8 Oktyabr 2021 15:17
Salam, 1.Sport senedi Lada Priora ucun nezerde tutulubu? Tutulubsa dovlet rusumu nedir? Ve hara muraciet etmeliyem? 2.Volqa Qaz 31029 modeline,Qaz qurgusu terlesdirmek ucun hansi senedler teqdim edilmelidir? Birde dovlet rusumu ne qederdir? Onceden tesekkurler
Nicat | 7 Oktyabr 2021 03:43
Salam. 1) "Sport" deyilən sənəd yoxdur. 2) Qaz avadanlığı quraşdırma olar. Bunun üçün öncə DYP-yə rəsmi müraciət edin yazılı şəkildə. Cavab gəldikdən sonra avtomobilinizi aparın baxış keçirsinlər. Daha sonra avadanlığı quraşdırdıqdan sonra sənədləşmə üçün 30 manat texniki müayinə, 25 manat isə qeydiyyat şəhadətnaməsi üçün dövlət rüsumu ödəməlisinz.
Avtosfer.az | 8 Oktyabr 2021 15:16
Etibarnamenin vaxtı keçarsa maşın dayanacağa aparılır?
Rəhman | 6 Oktyabr 2021 12:04
Bəli aparılır.
Avtosfer.az | 6 Oktyabr 2021 14:13
Varideynin icazesi olmadan övlad maşını sürü biler
Aqil | 6 Oktyabr 2021 06:15
Sürücülük vəsiqəsi və etibarnaməsi varsa icazəsiz sürə bilər.
Avtosfer.az | 6 Oktyabr 2021 14:10
Salam vaz2107 ve ya nivaya pnevma qosdurmaq isdiyirem senede yazdirmaq olur? Pnevmatikde olsa olar masinin gornusu duzeısin deye indiden tesekkurler
Mehemmed | 6 Oktyabr 2021 01:08
Salam. Mübahisəli məsələdir. Ona görə də tövsiyə olunmur.
Avtosfer.az | 6 Oktyabr 2021 14:01
Salam. Mənim avtomobilim rus nömrəsi ilədi, nömrəmin biri itib və sərhədi keçə bilmirəmki dublikat nömrə çıxartdırım və bu halda Azərbaycanda avtomobili bir nömrəsi olmadan hansı sənədim olmalıdırki idarə edə bilim? 2ci sualımda udurki avtomobilimin üzərində sport yaylar var sertifikatı isə russiyadadır buna görə məni cərimə edə bilərlər?
Ramazan | 6 Oktyabr 2021 00:43
Salam. Siz Rusiya səfirliyinə yaxınlaşıb probleminizi ora bildirə bilərsiniz. Onlar sizə köməklik edəcək. Sport yaylar normativ tələbi pozmursa sertifikata ehtiyac yoxdur.
Avtosfer.az | 6 Oktyabr 2021 13:59
Salam menim masin bmw f10 dur buferleri m buferdir dyp emekdasi deyirki, siz bunu masinin tex pasportunda qeyd etmelisiniz
Samir | 5 Oktyabr 2021 20:41
Salam. Elə şey yoxdur. Polis əməkdaşı düzgün demir.
Avtosfer.az | 6 Oktyabr 2021 13:55
Salam vaz 21015 masinima bu sukandan qoymuşam. Yol polisi meni cerimeleye bilermi? (Sadece sukan deyisilib rulavoya deyilmeyib)
Asiman | 5 Oktyabr 2021 04:20
Salam. Heç bir problem yoxdur. Linkə daxil olub ətraflı izahla tanış ola bilərsiniz.
Avtosfer.az | 6 Oktyabr 2021 13:54
Salam.NV-ne sesbogucu qurwadirilibsa ses nece DB olmalidir? Ve hemin o ses bogucu deyiwiklik etmeden yeni arxa qazan cixarilmadan qazannan sonra qurawdirilbsa qaynaq vasitesiyle bunda bir qebahet var?
Ilham | 5 Oktyabr 2021 01:56
Salam. 84 db olmalıdır. Səsboğucu başlıq yaraşıq üçün quraşdırılıbsa heç bir problem yoxdur.
Avtosfer.az | 6 Oktyabr 2021 13:52
Salam. Her vaxtınız xeyirli olsun. Men Avqust ayında yol hereket qaydasını pozmusam. Mene 1 aydirki heç bir xeberdarliq olunmayıb. Bu gün mene dyp emekdaşi melumat verib ki sen cerime olunacaqsan. Bu cerime heç smsradar proqramında bele bu güne qeder olmayıb. Bu gün mene tsk kameranin çekdiyi avqust ayındakı yol hereket qaydasını pozdugumun şekilin gosteribler. Bu ne qeder düzgündür?
İbrahim | 5 Oktyabr 2021 00:44
Salam. etibarnamə ilə idarə edirsinizsə, bəlkə mülkiyyətçinin ünvanına göndərilib? Öncə onu dəqiqləşdirin, daha sonra şikayət edin.
Avtosfer.az | 6 Oktyabr 2021 13:49
Salam men maşınım rol deyişmek istiyirem Teze almaq istiyirem sport rol almaq istiyirem cerime yazılmıyacaq?
Revan | 4 Oktyabr 2021 21:04
Salam. Xeyr. Sükan çəmbərinin dəyişdirilməsinə görə cərimə nəzərdə tutulmayıb.
Avtosfer.az | 6 Oktyabr 2021 13:47
Salam. Mən etibarnamə ilə oğluma məxsus 2018 ci il istehsalı Land Gruzer Prado markalı avtomobil idarə edirəm. Avtomobili öz adıma keçirmək istəyirəm. Mühərrikin həcmi 3000 dir. Texniki baxış vaxtı çatmayıb, dövlət nömrə nişanını dəyişmək istəmirəm. Maşının oğlumun adından mənim adıma keçməsi üçün dövlət rüsumu nə qədərdir? On line müraciət edə bilərəmmi? Gəncə şəhərində qeydiyyatdayam. Öncədən təşəkkür edirəm.
Məsim | 4 Oktyabr 2021 16:18
Salam. 225 manat dövlət rüsumudur. Bu barədə DYP-yə müraciət etmək hüququnuz var.
Avtosfer.az | 6 Oktyabr 2021 13:46
Salam polis emekdasi arxa yaylara gore saxliyib cerme meydancasina apardiqdan sora pratakola star stopun eleve avadanniq kimi yazib.bununla baqli hara eytirazimi bildirmeliyem.vaz2107ye qurasdirilmis star stop elave avadanliqdirmi? Qanunnan cerimesi neqderdir
Fazil | 4 Oktyabr 2021 11:41
Salam. Start-stop əlavə əlavə avadanlıqdır, amma normativ tələbləri pozmur. Ona görə də cərimə yazıla bilməz. DİN-ə müraciət edin. Müsbət cavab ala bilməsəniz məhkəməyə müraciət edin.
Avtosfer.az | 4 Oktyabr 2021 15:21
BMW markali.mawina enni teker qoymaq olar zavod 16 olculu diske 16 liq enni pakriwka? Winler yeni
Emil | 4 Oktyabr 2021 00:49
Zavod verdiyi ölçülərdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 4 Oktyabr 2021 15:19
Salam ses bogucu baslig vidcun masina qoysam cerme olunacam eyer hec bir ses kuy yaratmasa zavod sesi cixsa?
Qurban | 3 Oktyabr 2021 23:30
Salam. Buna görə heç kim cərimə yaza bilməz. Çünki normativ tələbləri pozmur.
Avtosfer.az | 4 Oktyabr 2021 15:19
Salam qezadan sora xesaret alan yoxdursa gunah olan terefe 40 manat cerime yazilib surucu mawini temir ucun aparmali deyilki? Mawin wtrafnoya aparilmasi ve senedlerin alinmasi ne derecede duzgundur? Sebeb olarag guya tormuzlarin mawinin texniki veziyeti yoxlanilacaqmiw ve mawinin sesbogucu sistemi xorulduyrmuw zehmet olmasa bu barede melumat vererdiz mawinin ses bogucu sistemi aciq havada desibel olcen aparatla olculmeli subut olinmali deyilmi hecbir protokol yazilmadan mawin niye duracaga qoyulmalidi senedlerde alinib inspektor terefinden
Ibrahim | 3 Oktyabr 2021 17:46
Salam. Bu halda maşının duracağa aparılması qanunsuzdur. Səs desibeli isə yoxlanıldıqdan sonra (xüsusi meydançada) normatan artıq səs çirkliliyi olarsa, o zaman duracağa aparılmalıdır.
Avtosfer.az | 4 Oktyabr 2021 15:18
miqalkanı kimler istifade ede biler
pünhan | 3 Oktyabr 2021 12:50
Yalnız operativ nəqliyyat vasitələri.
Avtosfer.az | 4 Oktyabr 2021 15:16
Salam.mende nivadi.internetde arasdirmisam 400 kq kimi yuk goture biler.men baqaja 200 kq yuk vursam cerime olur?
Eli | 3 Oktyabr 2021 08:59
Salam. Xeyr, cərimə oluna bilməzsiniz. 400 kq-dan çox yük vursanız, o halda 40 manat cərimə yazıla bilər.
Avtosfer.az | 4 Oktyabr 2021 15:16
Salam elektron piyada keçidinde piyada keçdikden sonra yaşil işiq yanmadan piyada olmasa keçmek olar?elnen nizamlanan piyada işiqforundan gedir söhbet
İbrahim | 2 Oktyabr 2021 23:45
Salam. Xeyr. Yaşıl işığın yanmasını gözləmək lazımdır.
Avtosfer.az | 4 Oktyabr 2021 15:15