SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam mende nissan mikradi 99cu il onun arxasi tekerden nece sm hundur olmaldi ve ya nece endirim ki cerime yaza bilmesinler
Sakit | 25 Sentyabr 2021 08:02
Salam. Konstruksiyaya müdaxilə etmək olmaz.
Avtosfer.az | 29 Sentyabr 2021 12:04
Salam masinin arxa burjunu qizdirsam cermesi ne qederdi 50? Yoxsa 150?
Ali | 25 Sentyabr 2021 00:31
Salam. 150 manat.
Avtosfer.az | 29 Sentyabr 2021 12:05
Salam Sürücülük vəsiqəmin müddəti qurtardığı üçün onun dəyişdirilməsindən ötrü lazım olan tibbi arayışın Rayon poliklinikasından alınması üçün tələb olunan 30 AZN pul vəsaiti hansı qanuna Əsaslanır və nə dərəcədə düzgündür? Təşəkkür
Rafiq | 24 Sentyabr 2021 22:30
Salam. Vəsiqənin müddəti bitdikdə 60 yaşınız tamam olmayıbsa arayışa ehtiyac yoxdur. Arayışın 30 manat olması nə dövlət rüsumu haqqında qanunda, nə də ki, tarif şurasının qərarında öz əksini tapmayıb. Ona görə də qanunsuzdur.
Avtosfer.az | 29 Sentyabr 2021 12:07
Texniki baxis bitende vaxt verilir?
Ramil | 24 Sentyabr 2021 19:28
20 gün möhlət verilir. 21 ci günü maşını sürsəniz kameralar çəkə bilər.
Avtosfer.az | 29 Sentyabr 2021 12:08
Salam.texniki baxiwdan kecerken mene dedilerki 2020ci ilde pandemiya qaydalari pozulduguna gore 200azn mawinda cerime var.cerime ise masini surmeye verdiyim adamin adinadi yani onun ad soyadi yazilib.mawini etibarnamesiz vermiwdim.indi texniki baxisdan deyirlerki odenisi 200azni et sonra kecirdek texniki baxisdan.Hemin cerimelenen adam men deyilem mawinin sahibiyem men.ne etmeliyem?
Nurlan | 24 Sentyabr 2021 15:38
Salam. Düzgün deyil. Pandemiyaya görə yazılan cərimənin yol hərəkəti əleyhinə olan cərimələrə aidiyyəti yoxdur.
Avtosfer.az | 29 Sentyabr 2021 12:09
salam her vaxtiniz xeyrli olsun demeli sualim bundan ibaretdir ki dunen meni syp emekdasi saxladi mende vaz2106 dir masinin markasi mene dedi ki sende arxa palciq tutan yeni (brizqavik) yoxdur ve masin duracaga getmelidir 150 manatda cerimesi odenilmelidir bu dogrudur yoxsa nece ?
nurlan | 24 Sentyabr 2021 14:53
Salam. Buna görə maşın duracağa aparıla bilməz. Cəriməsi isə, həmin nasazlıq aradan qaldırıla bilmədikdə 50 manatdır.
Avtosfer.az | 29 Sentyabr 2021 12:10
Salam 2005 ci ilin Niva brontonun bamperini yeni buronto ve ya qalik bamperi deyilen bamperle evez etmek olarmı. Xüsusi stend deyende ne başa düşülür ve nivaya qoyulan led faraların qanuni olduğunu harda yoxlada bilerem?
Arif Rüstəmov | 24 Sentyabr 2021 05:09
Salam. Nivaya yalnız Niva bamperi qoyula bilər. Faraları isə "VAZ" servisdə stendlə yoxlada bilərsiniz.
Avtosfer.az | 29 Sentyabr 2021 12:12
Salam .Bir sualim olacaqdi.Men qanuni sekilde nece masina pasatqa verib sure bilerem.
Murad | 24 Sentyabr 2021 00:21
Salam. Xeyr sürə bilməzsiniz.
Avtosfer.az | 29 Sentyabr 2021 12:13
salam, BMW markali avtomobilde cutlesdirilmis sesbogucu qurasdirilb ve qazana qaynaq olunub. Bu qanun pozuntusudur? cerimesi 150 manat?
Ruslan | 23 Avqust 2021 13:07
Salam. Birbaşa katalizatora qoşulmayıbsa cəriməsi yoxdur
Avtosfer.az | 23 Avqust 2021 16:01
Salam men masini adima kecirtmek isteyirem kime muraciet etmeli ve ne qeder pul odemeliyem xahis edirem cavablandirin tesekkur edirem
Mahir | 23 Avqust 2021 00:34
Salam. Bu linkə daxil olub yoxlaya bilərsiz qiyməti. DYP-yə müraciət etmək lazımdır. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 23 Avqust 2021 16:11
Salam men bilmey isteyerdimki neqliyyat vasitesinin nomresini baglamisdim hemde su idi biraz dedim 2deyqe erzinde markete su alim cixim ypx emekdasi geldi ve dayanacaqa apardi .bununla bagli cetinliyim var cavablasaniz yaxsi olar. onceden tesekkurler .
Sumsad | 22 Avqust 2021 22:55
Salam. Nomrenin uzerini baglamaga görə cərimə nəzərdə tutulur. 800 manat
Avtosfer.az | 23 Avqust 2021 16:12
Salam, masinin purjunlari yararsizdi cerime meydancasinada bu sebebden salinib masinda basqa prablem tapib o prablemede cerime yazila biler yoxsa tek hansi sebebden cerime meydancasina salinibsa tek ona yazilir ?
Xeyyam | 22 Avqust 2021 22:53
Salam. Xəta aşkarlanırsa hamısına yaza bilərlər
Avtosfer.az | 23 Avqust 2021 16:33
Salam Genceden İstanbula maşınla getmek üçün ne qeder vesait lazımdır?
İlham | 22 Avqust 2021 21:27
Salam. Onu avtovağzaldan soruşun
Avtosfer.az | 23 Avqust 2021 16:34
B prava ile hansı maşınları sürmek olar
Cavidan | 22 Avqust 2021 13:19
3.5 tona qədər olan nəqliyyat vasitələrini. 8+1 tutuma malik olanlar
Avtosfer.az | 23 Avqust 2021 16:35
Salam sapia saina 2020 maşındı mende irandan zavod istehsalı olan karlover (rucnoy pnevma) getizdimisem yeni amatırzatorun ustunnen kecen hec sertifkatıda var onu maşına bağlıyıb pastka verib sure bilerem?
Elvin | 22 Avqust 2021 00:08
Salam. Maşın zavoddan çıxanda üstündə olmayan detalı sonradan quraşdırmısınızsa qayda pozuntusu sayılır
Avtosfer.az | 23 Avqust 2021 16:35
Maşını yerinnen götürende şinnen bir defe ses çıxdı buna göre yol patrul xidmeti maşını cerime meydançasına salmağı ne,derecede doğrudur?başqa heç bir,qayda pozuntusu manevir olmayıb sadece işıqforda dayanmışdım arxamdakı maşın telesdirdi mende yerinnen götürende şinnen ses çıxdı
Reshad | 21 Avqust 2021 02:35
Salam. Buna görə cərimə düşmür. Başqa qayda pozuntuları da olsaydı avtoxuliqan kimi saxlaya bilərdilər
Avtosfer.az | 23 Avqust 2021 16:36
Salam. Avtomobildə yüksək səslə musiqi dinləmıyin cəriməsi var mı . Əgər varsa bu kiminsə şikayəti əsasında baxılır yoxsa yol patrul xidməti səbəb olmadan cərimə yazabilərmi
Ağa | 5 May 2021 14:07
Salam. Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
Avtosfer.az | 7 May 2021 13:11
Salam vaz 2107 arxa baqagjna yuk vurmuwam onun cermesi var? Ve neqeder iceze var yuk vurmaq?
Vahab | 5 May 2021 12:59
Salam. İnternet üzərindən axtarıb baxa bilərsiniz nə qədər yük vurmaq olar. Əgər normadan artıq yük vursanız 40 manat cərimə yazıla bilər.
Avtosfer.az | 7 May 2021 13:12
Salam menim masinim vaz2107 dir ve men sag sol iwiglari qosa kantakt elemiwem yanili qalir onada amerkanka deyiller onun cerimesi var ??
Nurlan | 5 May 2021 11:25
Salam. Bəli 150 manat cəriməsi var.
Avtosfer.az | 7 May 2021 13:08
Salam Vaz 2106 markalı istehsalatı dayandırlmış bir avtomabilde r13 zavod diskilərlə 215/50 şin vurmaq olar?ceriməsi var əgər yoxdursa bunu tesdiq edən maddəni yazardız zəhmət olmasa
Mirselim | 5 May 2021 03:01
Salam. Zavod tövsiyə etdiyi ölçüdən kənara çıxmaq olmaz.
Avtosfer.az | 7 May 2021 13:10
Salam vaz 2107 arxa baqaja neqeddr yuk vurmaq olar nece kq?
Vahab | 5 May 2021 01:26
Salam. Bunu internet üzərindən axtara bilərsiniz.
Avtosfer.az | 7 May 2021 13:08
Salam Qardaw Menim idare etdiyim Avtomobil Khazar SD Bilmey istediyim odur ki Bu avtombilin Arxasi hissesi purjun deil Tarsonu Yeni bolt diyilir bele O boltu acib yerin deyiwende yeni avtomobilin arxasi hundur olduguna gore men O bolt acib awagi salmiwam ona gore Yol Polisi meni saxliyib cerime meydancasina apara bileremi? Yeni burda Elave Avadanliq yox purjun deil ki kesesen yada qizdirasan Bu Bizim.Dovletin istesal elediyi Avtomobildi Zehmet Olmasa Sual Cavab Vererisiz yol.polisi Ve yaxud Postlarda Meni saxlamaga ve aftombili cerime meydancasina apara bilermi? Cox sagolun
Səbuhi | 4 May 2021 23:30
Salam. Əgər zavod qoyduğu ölçünü aşağı salırsınızsa avtomatik olaraq normativ tələbləri pozmuş olursunuz. Əgər zavod məsləhərt bilsəydi özü aşaı salıb istehsal edərdi. Şərt o deyil ki, yayları kəsəsiniz.
Avtosfer.az | 7 May 2021 13:15
Salam.menim aftomobilim Cevralet Cruze 2016 ci ildir.muherriki 1399 kub sm.Ozum rayonda yaşayiram aftomobili ise Bakı şeherinden almışam qeydiyyat seriyasi yeni nomre 90 ile başlayır.aftomobili etibarname ile sururem.İnsallah sagliqla maşını ve nomrenioz adıma kecirmek ucun ne qeder dovlet rusumu odemeliyem? Mumkunse maşının ve nomrenin rusumunu ayrılıqda qeyd edesiz.Teşekkurler
Vaqif | 4 May 2021 16:28
Salam. 81 manat 80 qəpik rüsumu var. Nömrəni dəyişsəniz əlavə olaraq 22 manat 40 qəpik də ödəyəcəksiniz.
Avtosfer.az | 7 May 2021 13:17
Salam cermeni 8aydan sonra odemiwem suruculuk vesiqesi reweniyaya gedmiwdi cermeni odeyenden sonra men mehkemeden her handi sened almaliyam dyp vermekcun xaiw edirem etrefli izah vererdiniz evvelceden tewekkur.
Aga | 4 May 2021 08:50
Salam. Sürücülük vəsiqəsi nəyə görə məhdudlaşdırılmışdı?
Avtosfer.az | 7 May 2021 12:41
Salam. Meni yol patrul inspektri saxlayanda pratakoldan narazi olanda mene qerarsizdi deyib yerinde qerarli pratakol yaza biler?
Samir | 3 May 2021 20:56
Salam. Narazısınızsa qərar verə bilməz.
Avtosfer.az | 7 May 2021 12:30
Salam.zadni isiq led spicka olarsa bunun maddesi hansidir? Ve cerimesi ne qederdi?
Elvin | 3 May 2021 18:22
Salam. 150 manat cəriməsi var. İnzibati Xətalar Məcəlləsinin 342.2.2 ci maddəsi
Avtosfer.az | 7 May 2021 12:28
Salam... yol kenarinda kran isleyen zaman sterlanin arxa terefi masina deyib...yolla hereket eden masin gelib krana ozu deyib... Bunun gunahkari kimdi.. ve cerimesi ne qederdi?
Kamran | 3 May 2021 17:20
Salam. Videoya baxmadan hüquqi qiymət vermək çətindir.
Avtosfer.az | 7 May 2021 12:12
Salam texniki baxiş zamani hami bilir ki, 80-100 man pul istəyirlər. Mənim isə onlara artiq pul vermək fikrim yoxdur. Əgər məndən də pul istəsələr hara zəng edib şikayət edim, yoxsa xeyri yoxdur pul verim?
Elyaz | 3 May 2021 15:48
Salam. Əlavə pul istəsələr Korrupsiyaya zəng edin. 161 qaynar xəttinə.
Avtosfer.az | 7 May 2021 12:10
Salam təkər ölçüsü ilə bağlı suallarım var məsəlçün maşının zavod təkəri 175/70/13 dür bunun əvəzinə 215/50/13 qoya bilərəm? Qeyd edim disk ölçülərimlə eynidir və təkər kreloya sürtünmə və yazud böyüklük vermir. Birdə avtonobilin istehsalı dayanıbsa o avtomobilə istənilən tuning etmək olar?
Tural | 3 May 2021 12:43
Salam. İstehsalçı zavod hansı ölçüyə icazə verirsə həmin ölçüdən kənara çıxmaq olmaz. Tüninqə gəldikdə isə, normativ tələbi pozmayan tüninqə icazə var.
Avtosfer.az | 7 May 2021 12:09
Salam Toyota prado 2011 modelini 2014 restayling eletdirmek isteyirem bu qanunla mumkundurmu
Kamran | 3 May 2021 11:34
Salam. Bəli mümkündür. Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qaydalar/avtomobili-bu-cur-yigdiranlari-yol-polisi-cerime-ede-biler-i%CC%87zah-138742
Avtosfer.az | 7 May 2021 12:01