SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam bayramınız mübarek titkokda bele bir ses var bu maşını buraxın getsin reyis tapşırıb yoldaş uşaq ona bir tiktok cekib öz maşınıyla Şeki yol polisi emekdaşı gelibki seni tutasıyıq kesesiyik aparıram şöbeye kentden şekiye kimi gedibler yolda 500 manatdan 350 manata düşüb uşağın pulunu alıbla bele bir video cekmem cinayet emeli dalıyırmıki
Sahib | 22 Mart 2024 08:26
Salam. Uşağın neçə yaşı var?
Avtosfer.az | 23 Mart 2024 23:29
Kend yerinde sahad 17:00 da maşın ineyi vurursa bu zaman sehv şofirdedi yoxsa ineyin sahibinde?
Ağaşirin Mahmudov | 21 Mart 2024 18:11
İnək sahibsiz şəkildə asfalt yola buraxılırsa hər bir halda onun sahibi məsuliyyət daşıyır. Yəni saat fərqi yoxdur.
Avtosfer.az | 23 Mart 2024 23:28
Sürət həddini asdigima görə radarlar sürücülük vəsiqəsi olmadığına görə 300 manat cərimə gəlib necə Izah edə bilersiz
Elşad | 21 Mart 2024 17:38
Vəsiqəniz yoxdur?
Avtosfer.az | 23 Mart 2024 23:27
Salam Tuning şəkildə yığılmış faralara icazə varmı?? Mersedes 202 lupa ilə tuning şəklində yığılmış fara
Ramiz | 20 Mart 2024 23:58
Salam. Baxır necə.
Avtosfer.az | 23 Mart 2024 23:26
Salam 2107 maşınım öz adıma keçirmək istəyirm bir dəfəlik rüsumu nə qədərdi sizdən xahiş edirəm deyərdiz
Əlhəsən | 20 Mart 2024 22:10
Salam. Bu linkə daxil olaraq hesablaya bilərsiniz. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 23 Mart 2024 23:25
Men internet üzərindən necə öyrənim ki harada radara düşmüşəm
Rövşən huseynzade | 20 Mart 2024 21:52
Asanpay.az saytında kabinet yaradaraq baxa bilərsiniz.
Avtosfer.az | 23 Mart 2024 23:25
Salam Ketde yolun kenarinda Avtomabilmi Saxlamisdim Bir Qazel Qabagimda dayanmisdi Arxaya verdi yani geriye verdi Menim Avtomabilmi Ezdi, Burda günah kimdedir Qazelde yoxsa Arxada duran Avtomabilde?
Amil | 20 Mart 2024 15:20
Salam. Təbii ki, geriyə hərəkət edən sürücüdədir günah.
Avtosfer.az | 23 Mart 2024 23:23
Salam avtomobili mühərrik nömresini eroziyaya məruz qalıb ve oxumaq mumkun deyil buna göre her hansı cerme nezerde tutulur ve ya hansısa dovlet rüsumu var?avtomobili tekrar qeydiyyat sadetnamesi aldiqda?
Rasim | 19 Mart 2024 20:28
Salam. Cərimə yoxdur. Araşdırma üçün sadəcə maşın DYP-də qala bilər.
Avtosfer.az | 23 Mart 2024 23:22
Salam. Siz verilən suallarda avtomobilin qeydiyyat şəhadətnaməsində "sport yığılıb" sözünün yazdırılmağının qanunsuz olduğunu və belə şeyin mümkün olmadığını deyirsiniz. Lakin şəkildən də göründüyü kimi müəyyən "hallar" nəzərə alınaraq xüsusi qeydlər hissəsinə yazılır. Bu qanunidir, ya qanunsuz?
Orxan | 19 Mart 2024 14:07
Salam. YHQ-nin 27-ci maddəsində belə şeylər nəzərdə tutulmayıb.
Avtosfer.az | 23 Mart 2024 23:22
İki masinin yuksek suret hedi asmasi cermesi nedir
Tural | 19 Mart 2024 09:50
Avtoxuliqanlıq əlamətidir. İXM 511-ci maddəyə baxın.
Avtosfer.az | 23 Mart 2024 23:21
Salam maşın nömrəsi tapmışam 20cm002
Qaqas | 19 Mart 2024 09:07
Əlaqə nömrənizi yazın, elan kimi verək, sizə zəng olunsun. Olar?
Avtosfer.az | 23 Mart 2024 23:20
Salam.Bizde Fort Tranzit yük avtomobilimiz var.Senedinde bort pramida ve tent yazılıb.Tez tez çerme meydancasına aparılırkı tentde maşının üzerinde olmalıdı.Bilmek isteyirdik ne derecede düzgündür.
Emil | 18 Mart 2024 18:46
Salam. Belə məcburiyyət yoxdur.
Avtosfer.az | 23 Mart 2024 23:19
Salam.Nivanın texpasportunda universal sözü yazılıbsa bunun nə üstünlüyü var?
Azər | 18 Mart 2024 11:01
Salam. Heç bir üstünlüyü yoxdur. O sadəcə modeli bildirir.
Avtosfer.az | 23 Mart 2024 23:19
Stop işığı işləməzsə yerindən aradan qaldıra bilorəmsə,mənə cərimə yazılmalədırmı? Yerində aradan qaldırmaq üçün vaxt məhdudiyyəti varmı?
Fezil | 18 Mart 2024 10:20
Vaxt məhdudiyyəti yoxdur. Amma siz də yola çıxmamışdan öncə bu şeylərə diqqət etməlisiniz.
Avtosfer.az | 23 Mart 2024 23:18
Salam mende volkswagen passat 1994 ci il unversaldi matorla kuzanin nomresi sildirsem neciye basa geler
Yasin | 18 Mart 2024 07:19
Salam. Bu nömrələri sildirmək olmaz.
Avtosfer.az | 23 Mart 2024 23:17
10_SG_679 avtomobil nömrəsi kimin adınadır onu bilmək isdeyirem
Batya | 18 Mart 2024 01:15
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 23 Mart 2024 23:15
Salam Suraxani zig yolunda sürət aşmasına görə hər iki istiqamətdə cərimə gəldi 328.2 hər iki tərəfə 45 manatdan ödədim. indi həmin yerdən yenə həmin cərimə gəlir 328.2 cərimə gəlir bu düzgündü?
Ruslan | 17 Mart 2024 23:03
Salam. Əgər Başqa vaxt törətmisinizsə ödəməlisiniz.
Avtosfer.az | 23 Mart 2024 23:15
Deyirler xirdalandan rey almalısan ki deyisilib onada 500 manat istiyirler
Rovsen | 17 Mart 2024 15:58
Prosedur belədir: Maşın duracaqda qalmalıdır və araşdırma aparılmalıdır.
Avtosfer.az | 23 Mart 2024 23:14
Kia servis deyir müherrik deyişib
Rovsen | 17 Mart 2024 15:40
Onda DYP-nin duracağında qalmalıdır maşın və araşdırma aparılmalıdır ki, mühərrik oğurluqdur, yoxsa yox. Bunlar araşdırıldıqdan sonra qeydiyyata alınmalıdır.
Avtosfer.az | 17 Mart 2024 15:52
Salam Vaz 2106 215 teker vurmaq olar
Zaur | 17 Mart 2024 07:19
Salam. Zavod icazə vermirsə olmaz.
Avtosfer.az | 17 Mart 2024 15:51
Salam meni saxlama emri vermeden saxlatdirmag isteyib saxlamamisham. Indide mene zeng edib deyrler ki 1ci gune kimi gelmesen vereciy axtarisha hebs vereciy bu mumkundu ?? hec cerme bele yazilmayib.
OmeR | 16 Mart 2024 15:37
Salam. Saxlama əmri vermədən saxlatdırmaq necə olur?
Avtosfer.az | 17 Mart 2024 15:50
Selam uzun isiqla hansi yerde qoşmaq olmaz
Ayaz | 16 Mart 2024 09:24
Salam. Sualınız aydın olmadı.
Avtosfer.az | 17 Mart 2024 15:50
Salam . Yol polis emekdasi meni saxlayib lede gore dayanacaga yerleshdirib halbuki led deil lampa idi dumannilar. Yerinde protokol acmasini istedikde ise protokol acmayacagini dedi . Seheri gun otaga yaxinlawdim 3 saat gozlemekden sonra sehflik oldugunu dediler avtobili dayanacagdan buraxdilar ... 1 gun haqsiz yere avtomobilim dayanacagda qalib bununla baglidir sualim . Eger dayanacaga salinanda protokol yazilmirsa ne ede bilerik . 102 polisin emrine tabe olmagindeir zeng etdikde . Ve 1 gun haqisz yere saxlanilmasina gore polis cezalanacagmi?
Elxan | 16 Mart 2024 05:06
Salam. Müraciət etmisinizsə cəzalandırırlar.
Avtosfer.az | 17 Mart 2024 15:49
Salam, bir neçə gün əvvəl mənə ödənimləyən cərimə borcum olduğu barədə sms göndərildi. İndiyə qədər mənə bu barədə hər hansı bildiriş, məktub, sms və s. heç bir xəbərdarlıq gəlməyib. Sonuncu dəfə bir il əvvəl yolu səhv keçdiyimə görə ypx əməkdaşı tənbeh etmişdi ancaq protokol yazmadı, sadəcə şəxsiyyət vəsiqəmi yoxlayıb sizə yaxşı yol dedi. Bir neçə gün sonra yoxladım, ancaq adımda cərimə yox idi. Bir il sonra heçbir xəbərdarlıq edilmədən protokol tədbiq olunmadan icraya verilməyim və 20 manatlıq cərimənın necə olubsa sistemdə 32 manat olması(-32 göstərir) nə qədər doğrudur?
Yusif | 16 Mart 2024 01:42
Salam. Bununla bağlı DİN-ə müraciət etməyiniz tövsiyə olunur.
Avtosfer.az | 17 Mart 2024 15:48
Salam masini offroad tipli yigdirmaq isdirem senede bu qeyd olunmalidirmi.ozum rayon qeydiyatiyam bunun ucun mutleq bakiyami muraciyyet etmeliyem ve bunun dovlet rusumu ve qanuni terefi necedir.bakida meyveli ve yaxud xirdalandaki texniki baxis menteqesine muraciyyet etmey isdememeyimin sebebi qanus yere min bir behaneden yuzlerle manat pul almalaridir.
Esqin | 16 Mart 2024 01:40
Salam. Bununla bağlı DYP-yə müraciət etməyiniz tövsiyə olunur. Razılıq alandan sonra yığdırın.
Avtosfer.az | 17 Mart 2024 15:47
Salam. Vaz 21099 markali 2003 cu il buraxilisli masinim var .bu masina dumanli fara yeri zadov buraxilisi yoxdur. Dumanli fara qoydura bilerwm? Bileremse hansi qaydalar cercivesinde? Evvelceden tesekkur edirem
Murad | 16 Mart 2024 01:21
Salam. Quraşdırmaq olar. Amma onu bilən mütəxssislə quraşdırın ki, sonradan problem yaranmasın.
Avtosfer.az | 17 Mart 2024 15:46
Salam mende masin gaz 31105 markali masindir. Sekilde qeyd etdiyim kimi masinin on panelinde birka olur texpasporta baxib birka ile muqayise edirler amma lakin mende o qeza vaxtdi birka itib indi masini adima kecirtmek isteyirem kuza nomresi mator nomresi her sey duz gelir amma birka olmadigi ucun elave mende 300 azn pul isteyirler qeza vaxtdi on panel yenisi ile evez olunub. Men ne etmeliyem.?
Kamran | 15 Mart 2024 12:36
Salam. Ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/oyrenek/birkasi-olmayan-masin-qeydiyyatdan-ve-texniki-baxisdan-kecirile-bilermi-qaydalar-beledi%CC%87r-218374
Avtosfer.az | 17 Mart 2024 15:44
Salam her vaxtiniz xeyir.Dostum Mingecevir seherinde mecburi kocgundu. Yevlax mero deyilen yere yaxinlasdiq ki,avtomobili adina kecirtsin bildirdiler ki,Agcebdiye getmelidi, yanvardan qanunda deyisiklik var,xais edirem bize etrafli melumat veresiniz bele bir sey varmi?
Eldar | 15 Mart 2024 10:45
Salam. Qeydiyyatda olduğu ünvan hara aiddirsə ora yaxınlaşmalıdır.
Avtosfer.az | 17 Mart 2024 15:42
Sobet Avtomobilinin sukanini deyisdirmeyin cerimesi var?
Fateh poladzade | 15 Mart 2024 02:48
Ətraflı məlumat üçün bu linkə daxil olun https://avtosfer.az/az/oyrenek/fiat-rulu-na-gore-cerime-yazila-bilermi-qanunsuz-deyil-68559
Avtosfer.az | 17 Mart 2024 15:41
Salam, maşın almışam adıma keçire bilmedim,300 AZN isdediler qanunu nece ede bilerem,meni get gele sala bilerler qanunu teleb etsem rüsumu neqederdi
Kamil | 14 Mart 2024 23:57
Salam. Rüsumu hesablamaq üçün bu linkə daxil olun. https://avtosfer.az/az/qeydiyyat-kalkulyatoru
Avtosfer.az | 17 Mart 2024 15:39