SUAL-CAVAB
Bütün suallar Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov tərəfindən cavablandırılır
Ad

E-mail

Şəkil

Sual

Salam. BMW F30 kuzaya hemin seriyanin M buferleri ve iki teref diffuzorlar (qlushitel) qurashdirilib. Her hansi bir qayda pozulur bu halda?
Ritac | 27 Fevral 2024 17:29
Salam. Xeyr, heç bir qayda pozulmur.
Avtosfer.az | 3 Mart 2024 17:51
Salam..Masinin arxa yaylari qizdirilibsa Ya ölü purjun deyek yatizdirilibsa Cerimesi 50 manatdir??
Humbet | 27 Fevral 2024 17:15
Salam. Ətraflı məlumat üçün bu iki linkə daxil olun. 1) https://avtosfer.az/az/avtosfer-tv/avtomobilin-prujinlerini-qizdiran-suruculeri-ne-gozleyir-vi%CC%87deo-227297 2) https://avtosfer.az/az/oyrenek/yol-polisi-bele-prujinlere-gore-surucuye-cerime-yaza-biler-193400
Avtosfer.az | 3 Mart 2024 17:50
Salam! Suruculuk vesiqemin mehdudlawdurma vaxtin bitim tarixin bilmek isdiyerdim zehmet olmasa ne edim? Birde mehtudlawdirma tarixi bitdikde vesiqesi qoturen Zaman rusum odelinirmi?
Tebriz | 27 Fevral 2024 12:24
Salam. Rüsum ödənilmir. Tarixi bilmək üçün bu linkə daxil olun. https://cerime.mia.gov.az/
Avtosfer.az | 3 Mart 2024 17:48
Əgər sport yaylara icacə yoxdursa niə onunla bağlı hər hansısa bir cərimə növü nəzərdə tutulmayıb və niə NV ni oxlar uzrə tarazdıqının itirilməməsi barədə yazılıb Nəaqilyat üzrə ekspertRüfət Əmiraslanov da deyir ki cərimə yoxdu kimə inanaq bəs ?
Elşad | 27 Fevral 2024 10:40
Siz kimə istəyirsinizsə ona da inana bilərsiniz. Biz kimisə məcbur edə bilmərik.
Avtosfer.az | 3 Mart 2024 17:47
Salam men 902 ye nece sikiyetmi bildire bilerem wacap nomresi ve yaxut basga elage varmi ?
Rac | 26 Fevral 2024 23:14
Salam. Bu linkə daxil olaraq DYP-yə müraciət edə bilərsiniz. https://dyp.gov.az/?/az/online/
Avtosfer.az | 3 Mart 2024 17:46
20 ez 070 nömreli avtomabil kimin adinadir
Siruz | 26 Fevral 2024 18:15
Bu haqda məlumatımız yoxdur.
Avtosfer.az | 3 Mart 2024 17:45
Salam. M2 coupeye, M buferler qoyulduqda Texpasporta M qeyd olunmalıdı?
Rəşad | 26 Fevral 2024 17:34
Salam. Xeyr. Belə dəyişikliklər qeydiyyat şəhadətnaməsinə yazılmır. M sözünün yazılması özü qanunsuzdur.
Avtosfer.az | 3 Mart 2024 17:44
Salam, qeydiyyat nişanı ile avtomobil sahibinin nömresini nece tapa bilerem
Efqan | 26 Fevral 2024 16:45
Salam. Bunu yalnız DYP bilir.
Avtosfer.az | 3 Mart 2024 17:40
Salam. Hal-hazırda avtomobili etibarnamə ilə sürürəm, atamın adına keçirmək istəyirəm. TEXPASPORTda mühərrikin nömrəsi qeyd edilməyib, lakin mühərrikdə nömrə var. Adıma keçirmək üçün Sumqayıt Qeydiyyat İdarəsinə müraciət etdim, lakin məndən avtomobili adıma keçirmək üçün Xırdalan şəhərində yerləşən Mərkəzi Qeydiyyat İdarəsindən arayış almağımı tələb etdilər. Ora da getdim, lakin məndən Volgswagen Servisdən sənəd gətirməyimi tələb etdilər. Bu, nə dərəcədə düzgündür? Mən avtomobili atamın adına keçirmək üçün nə etməliyəm? Və rüsumlar nə qədərdir? Öncədən təşəkkür edirəm.
Fazil | 26 Fevral 2024 15:36
Salam. Bunu o vaxt qeydiyyata qoyanda nömrəsini yazmalı idilər. Siz indi servisdən arayış alıb gətirin ki, həll etsinlər. Ya da DYP-yə rəsmi müraciət edin kötük sənədlərə baxsınlar.
Avtosfer.az | 3 Mart 2024 17:40
Salam mən 2022 də maşın aldım öz adıma keçirtdim srazı həmin ildə satdım başqasına ancaq maşın texpasportla mənim adımadı maşına həbs qoyulub səbəbini öyrənə bilmirəm Merodan yəni qaidən dedilər ki bakı Nəsimi rayonu icra qoyub ora ilə əlaqə saxladıq dedilər bura qoymayıb səbəb nə olar? Xaiş edirəm məhdudiyyət qoyulub sadəcə mümkünsə köməklik edərdiz
Elnur | 26 Fevral 2024 14:39
Salam. Nəsimi rayon icra hakimiyyəti yox, məhkəmənin icra şöbəsi qoyub. Siz icra şöbəsi ilə əlaqə yaradın. Yaxşı olardı ki, ora gedib araşdırın.
Avtosfer.az | 3 Mart 2024 17:38
Qarşımda gedən nəqliyyat vasitəsinin sürət həddi aşağı olanda onu ötmək olar? qarşıda hərəkət edən həmən nəqliyyat vasitəsi parkinq yeri axtarırdı ötüb keçmişəm 80 manat cərimə yazılıb
Surat | 26 Fevral 2024 14:20
Xeyr, ötə bilməzsiniz. Cərimə doğru yazılıb.
Avtosfer.az | 3 Mart 2024 17:36
Salam. Mən xarici dövlətdən özüm üçün minik avtomobili gətirirəm. Məndən 700 manat utilizasiya haqqı tutulur. Bilmək istəyirəm ki, mən 700 manatı ödədikdən sonra hər texniki baxış vaxtı da əlavə olaraq utilizasiya haqqı ödəyəcəyəm, yoxsa yox?
Orxan | 26 Fevral 2024 11:28
Salam. Utilizasiya haqqı texniki baxış vaxtı tələb edilir.
Avtosfer.az | 3 Mart 2024 17:34
Salam Etibarnamənin vaxtı keçdikde nəqliyyat vasitəsini idarə etməyin cəriməsi ne qederdi
Mustafa | 26 Fevral 2024 00:35
Salam. Maşın duracağa yerləşdirilir, sürücüyə isə 40 manat cərimə yazılır. Başqa cəriməsi yoxdur.
Avtosfer.az | 3 Mart 2024 17:33
77HN251 NECE TAPMAQ OLAR SAHİBİNİN NOMRESİN
Baxis | 25 Fevral 2024 22:31
Bizdə belə məlumatlar olmur.
Avtosfer.az | 3 Mart 2024 17:32
salam 1 ildi texesmotrı olmayan maşına neçe senet ala bilerik yolda maşını cermelemesinler
Anar | 25 Fevral 2024 13:15
Salam. Texniki baxışa evakuatorla aparın.
Avtosfer.az | 3 Mart 2024 17:32
Salam bmw 5 də məlumdur ki öz zavod qazanınnan çıxan səs digər maşınlara nisbətən çoxdur. Maşında heç bir kanstruksiya dəyişikliyi aparılmıyıbsa hər şey zavoddan istehsal olduğu kimidirsə onun öz səsinə hər hansı bir cərimə düşür? ( 84 db məsələsinə görə soruşdum) onada aydınlığ gətirərdiz zəhmər olmasa öncədən təşəkkürlər
Orxan | 25 Fevral 2024 12:59
Salam. Səs desibeli 74 olmalıdır. Ondan artıqdırsa duracağa aparıla bilər.
Avtosfer.az | 3 Mart 2024 17:30
Salam Yük avtomobiline elave edilmiş resora göre cerime varmi? Ve duracaĝ aparila biler?
Zaur | 25 Fevral 2024 01:00
Salam. Xeyr, cəriməsi yoxdur.
Avtosfer.az | 3 Mart 2024 17:29
Salam. Yolun sağ tərəfindəki parking yerində dayanmışdım. Sonra yola çıxdım, bilmədim maşın gəlirmiş, ona yüngül sürtdüm. Bu halda cərimə nə olmalıdır?
Ali | 24 Fevral 2024 20:04
Salam. 40 manat.
Avtosfer.az | 3 Mart 2024 17:28
Salam arxa yan suseler zavod 70% tund ola biler?
Vüqar | 24 Fevral 2024 17:39
Salam. Bəli.
Avtosfer.az | 3 Mart 2024 17:19
Salam dumanli isiga lupali led qoymaq olar?
Yasər | 24 Fevral 2024 14:29
Salam. Bu suala şifahi cavab vermək olmur. Əgər onu quraşdıranda normativ tələb pozulacaqsa olmaz.
Avtosfer.az | 3 Mart 2024 17:18
Salam, men kohne tapilmayan faraların evezine Cinden hemin modeli ucun nezerde tutulan muasir lupali halogenli faraları sifariş verib avtomobilime qurashdira bilerem mi?
Cahangir | 24 Fevral 2024 12:06
Salam. Sizdə hansı marka model avtomobildir?
Avtosfer.az | 3 Mart 2024 17:16
Maşınımın mühərriki dağikdigi üçün yenisi ilə əvəz etmişəm, aldığım adamı tanımıram avtomobili satanda meni ceyirmə gözləyir?
Elgün | 24 Fevral 2024 11:54
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/senedsiz-muherriki-qeydiyyata-aldirmagin-qanuni-yolu-rusumu-budur-vi%CC%87deo-159658
Avtosfer.az | 3 Mart 2024 17:15
Salam. Öncədən təşəkkürlər. Nümunə kimi şəkil əlavə etmişəm. Şəkildən göründüyü kimi 1.1 xətti tam şəkildə seçilmir. Bilmək istərdimki bu halda mənə cərimə tətbiq edilə bilərmi?
Fərid | 23 Fevral 2024 17:41
Salam. Əlbəttə ki, tətbiq edilə bilər.
Avtosfer.az | 3 Mart 2024 17:14
Salam.Avtomobilime bu tip ferqli rengli fender flares elave etmeyime icaze var? Qanunla cerimesi yoxdur ki?
Kənan | 23 Fevral 2024 14:23
Salam. Əslində qanun qadağan etmir.
Avtosfer.az | 3 Mart 2024 17:13
Salam men bilmek isteyirem aftomobilin nomresi zerkalni oldugu halda ve masin qeneralni davernusda menim adima oldugu halda men masinin texpasportdaki sahibi gelmeden masini nomre qalma sertiyle atamin adina kecirde bilerem?
Cinqiz | 22 Fevral 2024 21:14
Salam. Nömrənin maşının üzərində qalması üçün ya mülkiyyətçi gəlməlidir, ya da notarial qaydada arayış almalısınız.
Avtosfer.az | 3 Mart 2024 17:12
Salam men bilmek isteyirem qeneralni davernus vasitesiyle masini addan ada kecirtmek olar?
Cinqiz | 22 Fevral 2024 21:12
Salam. Bəli olar.
Avtosfer.az | 3 Mart 2024 17:10
Aftosfer.az zavodula elaqe nomre
Taryel | 22 Fevral 2024 16:28
Belə bir zavod yoxdur.
Avtosfer.az | 3 Mart 2024 17:10
Patvarnik yerine qirmizi isiq cerimedir?
Amir | 22 Fevral 2024 01:13
Ətraflı məlumat üçün bu linkə daxil olun. https://avtosfer.az/az/oyrenek/avtomobilin-on-faralarina-qirmizi-isiq-qurasdirmaq-olar-qanun-bele-deyi%CC%87r-vi%CC%87deo-233308
Avtosfer.az | 3 Mart 2024 17:09
Salam. Avtomobilim Alfa Romeo Giulia sport Ti modelidir. AVtomobilime sport yaylar qurashdirmaq fikrindeyem. On 25 mm, arxa 30 mm alcaltma ile. Sport yaylar avtomobilin modeli ucun nezerde tutulmushdur ve avropa markasi istehsalidir. avtomobilin iline ve modeline uygun sport yay qurashdirilmasinin qanuna zidd olmadigindan melumatliyam. Bildiyi qeder ile eger avtomobilde oxlar uzre paylanan ceki eynidirse , sport yaylarin qurashdirilmasi hec bir qayda pozuntusu hesab edilmir. Ve yanilmadigim qeder ile yol hereketi haqqinda qanunda da sport yaylarla bagli her hansi madde yoxdur. MMovcud maddede qeyd olunur ki, oxlara dushen ceki eyni olsun. yeni avtomobilin qabagi yuxarida ve ya eksine arxasi yuxarida olmasin. Qanun barede soz olaraq melumatliyam, lakin maddeler ve onlarin telebleri haqqinda texniki melumatli deyilem. bu barede texniki melumatimi artirmaq ucun yol hereketi haqqinda qanunun hansi maddesine nezer yetirmeliyem? Onceden teshekkur.
Vugar | 21 Fevral 2024 13:13
Salam. Sport yaylara icazə yoxdur.
Avtosfer.az | 21 Fevral 2024 21:07
Salam Aleykum mende maşın Malibu 2018 ci ildir onun arxa stoplarında olan ağ yerleri 20 faiz tündleşdire bilerem ?
Elgün | 21 Fevral 2024 10:56
Salam. Xeyr.
Avtosfer.az | 21 Fevral 2024 21:01