Ölümlə ÜZ-ÜZƏ – Bakıda piyada səkisi yolun ortasına ÇIXIR – FOTO - VİDEO

Avtosfer Foto 7 May 2024 14:23 Oxunub 494
Ölümlə ÜZ-ÜZƏ – Bakıda piyada səkisi yolun ortasına ÇIXIR – FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Binəqədi şose yolunun qırağındakı piyada səkisi vətəndaşları avtomobil yolunun ortasına aparır. Belə ki, Binəqədi rayonu, “Azadlıq prospekti” metrostansiyasının yaxınlığından keçən Binəqədi şose yolunun qırağındakı piyada səkisi yolun yarısında bitir.

Avtosfer.az xəbər verir ki, səki ilə üzü Biləcəri, Binəqədi, Rəsulzadə qəsəbələri istiqamətinə hərəkət edən piyadalar mənzil başına çatmaq üçün yolun o tayına (o biri üzünə) keçməyə məcbur qalırlar.

Səkinin bitdiyi yerdə piyada zolağı olmadığından vətəndaşlar həm özlərinin, həm də avtomobil sürücülərinin həyatını təhlükəyə atırlar. Çünki yolu keçmək üçün istifadə edilən yerüstü piyada keçidi və piyada zolağı həmin ərazidən xeyli uzaqda yerləşir.

Bir sözlə, həmin əraziyə yolu düşən paytaxt sakinləri avtomobil yolu qurtarmamış bitən piyada səkisi ilə rastlaşıb, özlərini avtomobillərin arasında, yolun ortasında tapa bilərlər. Ümid edirik ki, ictimailəşdirdiyimiz məsələ ilə bağlı aidiyyəti qurumlar hərəkətə keçəcək.














(bizim.media)

ŞƏRH YAZ
Ad

E-mail

Şərh