Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Avtoxəbər 8 May 2024 22:12 Oxunub 472
Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Hacıqabul Sənaye Məhəlləsinin rezidenti “Brake systems Azerbaijan” MMC yaxın 3 ayda istehsal gücünü təxminən 30 faiz artırmağı planlaşdırır. Bunu əyləc bəndlərinin istehsalı ilə məşğul olan MMC-nin direktoru Mehman Ağayev deyib.

M.Ağayevin sözlərinə görə, indiyədək istehsala təxminən 1,8 milyon manat investisiya yatırılıb. Yaxın 3 ay ərzində əlavə olaraq 60-70 min dollar investisiyanın yatırılması qarşıya qoyulan əsas məqsəddir. Bu investisiya hesabına yeni avadanlıqlar alınacaq:

 “Bununla yaxın 3 ayda istehsalımızı genişləndirə biləcəyik. Əlavə investisiya məhz əyləc bəndlərinin istehsalının həcminin artırılmasına yönəlib”.

M.Ağayev qeyd edib ki, əsas hədəfləri yerli bazarda təxminən 20-25 faizlik paya sahib olmaqdır:

“Bu, eyni sinifdən olan məhsulların pərakəndə satış qiymətlərinin 15-20 faiz azalmasına gətirib çıxaracaq. Hədəfimiz bu ilin sonu-gələn ilin əvvəlinədək bu nəticəni əldə etməkdir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh