Şirkətlərin taksi sürücülərinə verilən bəxşişdən faiz tutması qanunidirmi? – AÇIQLAMA

Gündəm 27 Aprel 2024 12:57 Oxunub 358
Şirkətlərin taksi sürücülərinə verilən bəxşişdən faiz tutması qanunidirmi? – AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olan bəzi sürücülər çalışdıqları şirkətin sərnişinin onlara verdiyi bəxşişdən faiz tutduğunu bildirirlər. Onlayn ödəniş vaxtı proqram sərnişinə sürücü üçün müəyyən miqdarda bəxşiş qoymasını təklif edir. Bu məbləğ 50 qəpiklə 2 manat arasında dəyişir. Sürücülər həmin bəxşişin 25 faizini şirkətin özünə götürdüyünü iddia edirlər.

Maraqlıdır, sürücünün şəxsi keyfiyyəti, nəzakətli davranışına görə ona əlavə olaraq ödənilən bəxşişdən şirkət faiz tutmalıdırmı?

Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu, şirkətlə sürücü arasında bağlanan müqavilə ilə tənzimlənməlidir:

“Əslində, şirkətin müqavilə şərtləri olmadan, müqavilədə göstərilmədən  bəxşişlərin müəyyən bir hissəsini özünə götürməsi doğru deyil. Onlarla fərdi müqavilələrin başlandığını, fərdi müqavilələrdə bunun nəzərdə tutulduğunu bilmirəm. Əgər tutulmayıbsa, şirkət birbaşa sürücülərin hüquqlarını pozur və onların ciblərinə girir. Bununla bağlı fərdi müqavilələrə baxmaqda yarar var, onların necə bağlandığını görmək lazımdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh