Lənkəranda kişi dəstə qurub qohumunun evini qarət etdi - VİDEO

Hadisə 8 May 2024 23:24 Oxunub 306
Lənkəranda kişi dəstə qurub qohumunun evini qarət etdi  - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Lənkəran rayonunun Liman şəhəri ərazisində yerləşən evlərdən birindən 8000 ABŞ dolları və 930000 rus rublunun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

APA TV-nin məlumatına görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Rahim Əkbərov, Elşən Mirzəzadə Bakı şəhərində və Rövşən Nuruşov Saatlı rayonunda saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, dəstənin digər üzvlərinə həmin evdə külli miqdarda pulun olması barədə məlumatı zərərçəkənin qohumu Rahim Əkbərov verib. Araşdırmalar davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh