22 il əvvəl buraxılmış avtomobil üçün təkərlər istehsal olundu

Maraqlı 9 May 2024 14:30 Oxunub 238
22 il əvvəl buraxılmış avtomobil üçün təkərlər istehsal olundu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İstənilən vaxt yeni avtomobillər üçün təkər tapa bilərsiniz. Çünki avtomobil sənayesində təkər və jant ölçüləri ilə bağlı müəyyən standartlar var. Bəs "Ferrari Enzo" kimi həqiqətən xüsusi avtomobiliniz varsa, onun üçün yeni təkərlər tapa bilərsinizmi? 

Avtosfer.az xəbər verir ki, "Pirelli" şirkəti 22 il əvvəl buraxılmış "Ferrari Enzo" üçün təkərləri yenidən istehsal edib.
Köhnə avtomobillər üçün təzə təkər tapmaq bir az çətindir. Xüsusilə avtomobiliniz "Ferrari Enzo" kimi xüsusi bir modeldirsə. Çünki "Enzo"nu qoca adlandırmaq təhqir olsa da, maşının 22 yaşı var. Aradan keçən müddətdə həm təhlükəsizlik, həm də estetik qayğılar baxımından çox şey dəyişib. "Pirelli" şirkəti köhnənin retro görünüşünü itirməmək, eyni zamanda yeni dövrün avtomobil texnologiyalarını bir araya gətirmək istəyib. Bu tələbi nəzərə alaraq, "Ferrari" keçən çərşənbə günü "Enzo" üçün yeni təkər istehsal etdiyini açıqlayıb. "Enzo" üçün istehsal edilən yeni "Pirelli P Zero Corsa System" şinləri OEM konsepsiyasını tam şəkildə yerinə yetirir. Avtomobilin orijinal təkər ölçüləri (ön 245/35ZR19, arxa 45/35ZR19) və dizaynı ilə eyni olan bu təkərlər həm də yeni texnologiya təklif edir.
 

Məhəbbət

ŞƏRH YAZ
Ad

E-mail

Şərh